Yuxarı Quşçular — Vikipediya
Yuxarı Quşçular | |
---|---|
39°49′56″ şm. e. 46°48′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 758 m[1] |
Saat qurşağı | |
Yuxarı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yuxarı Quşçular kəndi Malıbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçular kənd Soveti yaradılmışdır.[2] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Yuxarı Quşçular kəndinin tarixi XVIII əsrdə buraya yerləşən əhali ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç etmişdir. Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə kənddəki əhalinin sayı 280 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır.
01.01.2013 tarixindəki məlumata 1143 nəfər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://wikimapia.org/1974471/ru/Малыбейли.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- ↑ "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.