Ədalət Partiyası (Azərbaycan, 1993) — Vikipediya

Ədalət Partiyası
Loqonun şəkli
Sədri İlyas İsmayılov
Sədr müavinləri Mütəllim Rəhimli
Elxan Şükürlü
Quruluş tarixi 1993 (ilk)
2 iyul 2001 (ikinci)
Qeydiyyat tarixi 18 may 2002
Birləşən Azərbaycan Demokrat Partiyası (1996-2000)
Baş qərargah
İdeologiya liberalizm, sosial-demokratiya, Proqressivizm
Üzvlüyü Demokratik Azərbaycan Bloku (2004-2005)
İslahat Bloku (2010-2013)
Vətən Bloku (2013-2015)
Üzv sayı 5 472[1] (2023)
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156

Ədalət Paryiyası — 1993-cü ildə İlyas İsmayılov tərəfindən yaradılan sol təmayüllü siyasi partiya.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ədalət Partiyasının üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur.[2]

Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir.[3] Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.[3][4]

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[5] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[3][4] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[3]

5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi.[6] 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi.[3] Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.[3]

2001-ci ildən indiyədək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İ. İsmayılov 1992, 2003 və 2013-cü illərdə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd və Milli Məclisin deputatı olub.

2007-ci ildə Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında partiyaların birləşməsi təklifi üzərinə müzakirələr başlamış, lakin birləşmə gerçəkləşməmişdir.[7]

2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.[8]

2013-cü ildə Ədalət Partiyası Azərbaycan Yaşıllar Partiyası ilə "Vətən" Siyasi Blokunu təsis etmişdir. Daha sonra bloka Azərbaycan İslam Partiyası da qatılmışdır. Blok 2013-cü il prezident seçkilərində vahid namizədlə — İlyas İsmayılov ilə qatılmışdır.[9][10] Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.[11]

Partiya qərargahı

[redaktə | mənbəni redaktə et]

Əvvəllər Ceyhun Hacıbəyli 2 ünvanında yerləşən ofisdə fəaliyyət göstərən Ədalət Partiyası hazırda Nizami rayonunda Neftçilər metrosunun yaxınlığında Əzim Əzimzadə küçəsindəki binada yerləşir. Bina partiyaya dövlət tərəfindən icarə müqaviləsi ilə verilib. Ədalət Partiyası ilə bərabər sözügedən binada Böyük Quruluş və Azərbaycan Liberal Demokrat partiyaları da yerləşir. Özünə görə hər üç partiyanın qərargahını normal hesab etmək olar[12].

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

İlyas İsmayılov
0 / 100
Partiya vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərdə iştirak etmədi.
0 / 125
2000 Ədalət Partiyası 1996–2000-ci illərdə Azərbaycan Demokrat Partiyasına birləşmişdir.
2005

İlyas İsmayılov
0 / 125
0 / 125
2010 12 761 0.53
1 / 125
1 / 125
2015 6 507 0.23
0 / 125
0 / 125
2020
0 / 125
0 / 125
2024
Seçki Sədr Səs Mandat
# %
2006 İlyas İsmayılov
1 / 10

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Yer
# % ±
2004 İlyas İsmayılov
2009
13 / 15.591
2014
2019

Ara bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006 İlyas İsmayılov
1 / 1.901
  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  3. 1 2 3 4 5 6 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  5. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  6. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  7. "İlyas İsmayılov: "Ədalət və Azadlıq partiyalarının birləşməsi üçün işçi qrup yaradılıb"". 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  8. ""Ədalət"çilər birləşməkdən danışır…". 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  9. "Azərbaycanda iki partiya "Vətən" bloku yaratdı". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  10. "İslamçıların seçki sirri: "Hökumətin öz maraqları olub"". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  11. ""Vətən" bloku bütün dairələrdən namizəd irəli sürəcək - Mayis Güləliyev". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  12. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.