Ana Vətən Partiyası (Azərbaycan) — Vikipediya

Ana Vətən Partiyası
Sədri Fəzail Ağamalı
Qurucu Fəzail Ağamalı
Sədr müavinləri Elçin Ağamalı
Yalçın Hacızadə
Quruluş tarixi 24 noyabr 1990
Qeydiyyat tarixi 11 avqust 1992
Birləşən Vətən Ocağı Partiyası (1993)[1][a]
Bölünmə Azərbaycan Hümmət Partiyası (1993) [1][b]
Baş qərargah Ə. Əliyev küç. 3, Nərimanov rayonu
İdeologiya Azərbaycan milliyətçiliyi
İdeoloji spektr mərkəz sağ
Üzvlüyü Məşvərət Məclisi (1997-?)
Üzv sayı 5 mindən çox[2] (2023)
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə üzvləri
187 / 15.156
Saytı avp.az

Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ana Vətən Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur.[3]

1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin üzvü olan Fəzail Ağamalı, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə arasında yaranan fikir ayrılığına görə Azərbaycan Xalq Cəbhəsindən istefa verdi. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sabiq üzvləri Qabil HüseynliFəzail Ağamalı Ana Vətən Partiyasının qurulması üçün Təşkilat Komitəsi təsis etmişdirlər.[4] Lakin partiya qurulmadan Qabil Hüseynli burada fəaliyyətinə son vermişdir.[5] Tərəfdarları ilə birgə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasının təsis qurultayını keçirərək həmin partiyanın sədri seçildi. Ana Vətən Partiyası (AVP) 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[6]

2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif etmişdir, lakin Yeni Azərbaycan Partiyası tərəfindən bu təklifə müsbət cavab gəlməmişdir.[7]

Ana Vətən Partiyası 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını bildirdi, amma Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçimlərində namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Onun bu addımı Ana Vətən Partiyasının nizamnaməsinə zidd olduğu üçün Ana Vətən Partiyasının sədrinin müavini vəzifəsindən azad edildi və ümumiyyətlə partiya sıralarından xaric edildi.

23 dekabr 2023-cü ildə Ana Vətən Partiyasının VIII Qurultayı keçirilmiş və Qurultayda prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevi dəstəkləmək qərarı alınmışdır. Həmçinin Qurultayda "Siyasi partiyalar haqqında" yeni Qanuna əsasən yenilənmiş Nizamnamə qəbul olunmuşdur.[8]

Ana Vətən Partiyasının (AVP) 6 nəfərdən ibarət olan Siyasi Şurası, 14 nəfərdən ibarət olan isə Ali Məclisi mövcuddur. Ana Vətən Partiyasının həmçinin Gənclər Komitəsi və Qadınlar Şurası, habelə 55 rayonda və 4 şəhərdə Rayon Şöbələri mövcuddur.

Qadınlar Şurası

[redaktə | mənbəni redaktə et]

Ana Vətən Partiyasının Qadınlar Şurası 1997-ci ildə yaradılmışdır. Ana Vətən Partiyasının 21 noyabr 2020-ci ildə keçirilən VII Qurultayında partiya sədri Fəzail Ağamalının qızı Günay Ağamalı Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri seçilmişdir.

Gənclər Təşkilatı

[redaktə | mənbəni redaktə et]

Ana Vətən Partiyasının Gənclər Təşkilatı 2009-cu ildə yaradılmışdır. Gənclər Təşkilatı Gənc Ana Vətənçilər Assambleyası (GAVA) bazasında yaradılmışdır. GAVA isə 1991-ci ildə yaradılan Boz Qurd Gənclər Təşkilatının bazasında yaradılmışdır.

Qurultay Tarix Seçilmiş sədr Namizəd
I Konfrans 7 dekabr 1991 - -
II Konfrans 20 dekabr 1992 - -
I (Quruluş) Qurultay 3 iyul 1992 Fəzail Ağamalı Fəzail Ağamalı
II Qurultay 3 iyun 1995
III Qurultay 28 may 1997
IV Qurultay 11 iyun 2003
V Qurultay 17 iyun 2009
VI Qurultay 3 avqust 2013
VII Qurultay 21 noyabr 2020
VIII Qurultay 23 dekabr 2023[8]

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

Ana Vətən Partiyası 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində mübarizə apardı. Partiya seçkilərə 17 namizədlə qatılsa da onlardan yalnız 3-ü qeydiyyata alındı.[9]

Proporsional seçki üzrə Ana Vətən Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[8]

  1. Fəzail Ağamalı
  2. Azər Bayramov
  3. Tofiq Əliyev
  4. Afət Qurbanov
  5. Mövlan Babayev
  6. Yusif Həsənov
  7. Zakir Məmmədov
  8. Yusif Bağırov
  9. Məhərrəm Allahverdiyev
  10. Yusif Yusifov
  11. Salam Novruzov
  12. Etibar Quliyev
  13. Bəxtiyar Bayramov
  14. Mikayıl Səfərov
  15. Maya Əlləzova
  16. Akif Kərimov
  17. İbrahim Hadıyev
  18. Şamil Vəliyev
  19. Ələkbər Məmmədov
  20. Yaşar Səfərov
  21. Vaqif İsrafilov
  22. Mehralı Nəzərov
  23. İlyas Heydərov
  24. Rəfail Məmmədov
  25. Şahin Verdəliyev

Rəsmi nəticələrə əsasən Ana Vətən Partiyası 140 821 (4%) səs toplamasına baxmayaraq Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. 1996-cı il fevralın 4-də isə 15 yer üçün əlavə seçkilər baş tutdu və rəsmi nəticələrə əsasən 39 saylı Sumqayıt II dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və Milli Məclisin deputatı oldu.

Daha sonra Ana Vətən Partiyası 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 30 saylı Yevlax dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. 2001-ci il yanvarın 7-də baş tutan 11 yer üçün təkrar seçkilərdə isə 56 saylı Bərdə dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldi və Milli Məclisin deputatı oldu. Bununla da Ana Vətən Partiyası II çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olunurdu.[10]

Ana Vətən Partiyası 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və üçüncü dəfə Milli Məclisin deputatı oldu. 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Orucda qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. Bununla da Ana Vətən Partiyası III çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olundu.[11][12][13]

Ana Vətən Partiyası 2010-cu il noyabrın 7-də baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldilər və Milli Məclisin deputatı oldular. Ümumi olaraq Ana Vətən Partiyası 33 275 səslə dördüncü pillədə qərarlaşdı.[14]

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Fəzail Ağamalı
1 / 100
140,821 4.00
0 / 25
1 / 125
2000
1 / 100
N/A N/A N/A
1 / 125
2005
1 / 125
N/A N/A N/A
1 / 125
2010 33,275 1.40
2 / 125
N/A N/A N/A
2 / 125
2015 28,484 1.00
1 / 125
N/A N/A N/A
1 / 125
2020
1 / 125
N/A N/A N/A
1 / 125
2020 N/A N/A N/A

Ara parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Mandat
# %
yanvar 2001 Fəzail Ağamalı
1 / 10

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Yer
# % ±
1999 Fəzail Ağamalı
385 / 20.456
2004
140 / 20.346
2009[15]
214 / 15.591
2014
192 / 15.035
2019
187 / 15.156

Ara bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006[16] Fəzail Ağamalı
5 / 1.901
2011

Qərargah və təşkilatlanma

[redaktə | mənbəni redaktə et]

Ana Vətən Partiyasının qərargahı Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 3 ünvanında yerləşir. Partiyanın 62 rayon təşkilatı mövcuddur.

  1. Partiya dövlət qeydiyyatında olmayıb.
  2. Vətən Ocağı Partiyası üzvləri prezident seçkilərində Heydər Əliyevi dəstəkləməmək qərarı almış və yeni partiya yaratmışdır. Bu partiya da dövlət qeydiyyatına alınmamışdır.
  1. 1 2 "Arxivlənmiş surət". 2020-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  2. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  3. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  4. ""Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım" – Qabil Hüseynli". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  5. "Məşhurların övladları: Qabil Hüseynlinin pianoçu oğlu - FOTOLAR". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  6. "Rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyaların siyahısı (2020)". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  7. modern.az. "YAP Ana Vətən Partiyası ilə birləşməkdən imtina edib". modern.az (az.). 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-18.
  8. 1 2 3 "Ana Vətən Partiyası Prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək". Pravda.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  9. "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.
  10. "2000-ci parlament seçkilərinin nəticələri". 19 Mart 2007. 2007-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24. (#invalid_param_val)
  11. "IPU". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
  12. 2000 seçkiləri (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-24.
  13. "Ümumi nəticələr". 25 Nisan 2001 tarixində arxivləşdirilib.
  14. "Election Passport". 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
  15. "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  16. "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.