Çaun rayonu — Vikipediya

Çaun rayonu
Gerb
Gerb

68°52′06″ şm. e. 170°36′29″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Pevek
Tarixi və coğrafiyası
Yaradılıb 1933
Sahəsi
  • 67.091 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.932 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 42737
Rəsmi sayt
Çaun rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çaun rayonu (çuk. Чаан район, bəzən Ча́ун-Чуко́тка) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rayonun daxilində Çaun şəhər dairəsi yerləşir[3]. İnzibati mərkəzi Pevek şəhəridir (Rusiyanın Şimal qütbünə ən yaxın şəhəri).

Çaun rayonu diyarın şimal-qərbində, Şərqi Sibir dənizi sahilində yerləşir. Sahil xəttinin uzunluğu 580 km-dir. Çaun ovalığını və Çaun körfəzinin adaları (Ayon, Böyük Routan, Şalaurov) rayon ərazisinə daxildir. Şərqdən qərbə Çaun rayonu 290 km, cənubdan şimala 330 km məsafədə uzanır. Şelaqski burnu rayonun və Çukot Muxtar Dairəsinin materik hissəsinin ən şimal nöqtəsidir.

Şərqdə Anadır rayonu, cənubda Bilibin rayonu ilə, şimal-şərq isə İultinski rayonu ilə həmsərhəddir.

Çaun rayonunun bütün ərazisi Şimal Qütb dairəsi daxilində yerləşir.

İqlim

Rayonda uzun şaxtalı qışlar və aşağı müsbət temperaturlu qısa (2-3 ay) yay ilə xarakterizə olunur. Şaxtalar hətta isti yay aylarında (iyul - avqustun əvvəlləri) müşahidə edilir. Ən soyuq ay yanvar-fevral, ən isti aylar isə iyul-avqustdur. Davamlı qar örtüyü ümumiyyətlə sentyabr ayının sonlarında düşür. Tundranın düz hissələrində qarın qalınlığı nadir hallarda 0,5-0,7 m-dən çox olur, lakin alçaq hissələrdə 3-5 m-ə qədər qalınlığa çata bilir. Rayonda illik yağıntının miqdarı 150-200 mm-dir.

Hidrologiya

Rayon tamamilə tundra zonasında yerləşir. Şimal ovalıqlarında bataqlıq ərazilər üstünlük təşkil edir. Alcaq Çaun ovalığı Çaun buxtasını geniş bir halqa ilə əhatə edir.

Aayonun alçaq tundra sahələrinin təxminən yarısı göllərlə örtülüdür. Ən böyük çayları: Çaun, Palyavaam, İçuveem. Çaylar ildə 3 aydan çox olmayaraq buzdan azaddır.

Seysmik avtivlik

Çaun rayonunun şimal hissəsində seysmoloji monitorinqə görə 5 bal, ərazisinin qalan hissəsində 6 bala qədər gücündə zəlzələ mümkündür[4].

Rayon 10 dekabr 1930-cu ildə yeni qurulan Çukot Milli Dairəsinin bir hissəsi olaraq təşkil edildi[5].

Rayonun təməlinin mənbəyində sovet dövlət xadimi Naum Filippoviç Puqaçyov dayanmışdı. Onun rəhbərliyi altında bölgənin mədən sənayesi sürətlə inkişaf etməyə başladı.

SSRİ-nin dağılması Çaun rayonu əhalisinin iqtisadiyyatına və həyat səviyyəsinə çox təsir etdi. 1991-2002-ci illərdə ərzinsə əhali 22 min 321 nəfər azalıb. Qalay istehsalı dayandırıldı, inzibati mərkəz və milli kəndlər istisna olmaqla bütün yaşayış məntəqələri ləğv edildi.

Çukot Muxtar Dairəsinin 8 iyun 2015-ci il tarixli 50-OZ qanunu[6] ilə Çaun rayonunun bütün inzibati vahidlikləri (Pevek şəhər tipli qəsəbəsi, Ayon, Billinqs, Rıtkuçi kəndləri) ləğv edilərək Pevek şəhər dairəsinə birləşdirildi.

Çaun rayonu inzibati ərazi vahidi olaraq öz statusunu qoruyub saxlayır[7]

1930-cu illərdə Çaun hələ praktik olaraq mənimsənilməmiş bölgə idi. 138 min km² ərazidə, 1 yanvar 1940-cı il tarixinə olan məlumata görə cəmi 2467 nəfər yaşayırdı. Onlardan 1919 nəfəri yerli, 548 nəfəri isə gəlmə idi[8].

Bütövlükdə rayonda əhalinin çoxalması təbii artım və müsbət miqrasiya ilə əlaqədar idi.

Milli tərkib

1 yanvar 2016-cı il tarixinə (2010-cu il sonuncu Ümumrusiya əhalisinin siyahıyaalma nəticələrini nəzərə alaraq) görə Çaun rayonunda 44 xalqın nümayəndəsi yaşayır: Ruslar - 3557 nəfər, çukçalar - 1027 nəfər, ukraynalılar - 523 nəfər, tatarlar - 50 nəfər, belaruslar - 49 nəfər, moldovanlar - 26 nəfər, kalmıklar - 26 nəfər.

Çukotkanın yerli xalqlarından rayonda 1.051 nəfə yaşayır: çukçalar - 1027 nəfər, eskimoslar - 15 nəfər, çuvanlar - 3 nəfər, evenslər - 2 nəfər, koryaklar - 2 nəfər, yukagirlər - 2 nəfər[9].

Urbanizasiya

Şəhər şəraitində (Pevek şəhəri) rayon əhalisinin 81.27% -i yaşayır.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Численность населения Чукотского автономного округа по городским округам и муниципальным районам на 1 января 2023 года и в среднем за 2022 год (с учётом итогов ВПН-2020).
  3. "Устав городского округа". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
  4. "Сейсмологическая обстановка на территории ЧАО". ГУ МЧС РФ по Чукотскому автономному округу. 20 мая 2017. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
  5. Постановление Президиума ВЦИК от 10 декабря 1930 года «Об организации национальных объединений в районах расселения малых народностей Севера», СУ РСФСР, 1931, № 8, ст. 98
  6. Закон Чукотского автономного округа от 08.06.2015 № 50-ОЗ «Об объединении поселений, входящих в состав Чаунского муниципального района, и организации местного самоуправления на объединённой территории»
  7. "Закон «Об административно-территориальном устройстве Чукотского автономного округа»". 2018-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
  8. "ИСТОРИЯ ЧУКОТСКОГО АВТОНОМНОГО ОКРУГА 2011" (PDF). 2018-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-29.
  9. "Информация о городском округе Певек". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.