Şumer — Vikipediya
Əyalətlər və dövlətlər Əhali Əlyazmalar Dillər Mifologiya |
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar.
Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir. Hal-hazırda bu ərazinin böyük hissəsi İraq dövlətinin, şimalda az bir hissə isə Türkiyənin tərkibinə daxildir. Qədim zamanlarda isə burada Şumer, Akkad, Babil kimi bir neçə dövlət mövcud olmuşdur. Daha sonra bu ərazilər Assuriya və İran imperiyalarının tərkibinə qatılmışdır.
Mənşəyi və dili
[redaktə | mənbəni redaktə et]Şumerlərin mənşəyi haqqında çeşidli fərziyyələr irəli sürülmüşdür[1]. Bəzi alimlər hesab edirdilər ki, bu xalq Orta Asiyadan Mesopotamiya ərazisinə gəlmişdir. Başqaları isə onların Qafqazdan, Hindistandan, hətta İndoneziyadan gəldiklərini iddia edirdilər. Ancaq onların Orta Asiyanın dağlıq ərazilərindən gəldikləri fərziyyəsi daha da məntiqli görünür. Buna dəlillərdən biri kimi, şumer tapınaqlarının (məbədlərinin) süni düzəldilmiş yüksəkliklərdə tikilməsini göstərirlər. Bu adət yalnız dağlarda yaşayan xalqların özəlliyidir.
Şumerlərin yazılı ədəbiyyatının bizim zamanəmizə qədər çatması səbəbindən, onların dili çağdaş araşdırmaçılara məlumdur. Ancaq bu dilin çağdaş xalqlardan hansının dilinə daha da çox bənzəməsi məsələsi hələ də mübahisə obyekti olaraq qalmaqdadır[2]. Onun sami dillərinə yaxın olması fərziyyələri öz təsdiqini tapmamışdır. Bu fikri dəstəkləyən alimlər tədqiqatlar zamanı sonda belə qərara qəlmişdilər ki, şumer dilinin hansısa başqa kökləri vardır. Bəzi alimlər onların dilinin hind-avropa dillərinə yaxın olduğunu iddia edir. Başqa alimlər şumer dilinin kadusi dilinə yaxın olması fikirini dəstəkləmişdilər və buna dair bəzi dəlillərlə çıxış etmişdilər. Buna dair dəlillərlə ilk dəfə XIX-cu yüzilliyin ortalarında məşhur ingilis şərqşünası Henri Kresvik Raulinson çıxış etmişdir. Doğrudan da, qədim şumer yazılarında bəzi sözlərin kadusilərin sözlərinə bənzəməsi faktı aşkarlanmışdı. Məsələn, tir (tiri), yüzü (yezu), eştu (ıştu), kir (kir), dingir (tıngir, ud (od), uzuk (usuk) gen (geni) və s.
Şumer və qədim türk dillərində ortaq sözlər (səs və məna baxımından) aşkar olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]İkiçayarasının cənubunda qədim əhali Şumerlər idi.Adətən İkiçayarasında Şumerlərdən əvvəl meydana gəlmiş mədəniyyətin yaradıcısıni Proto-Şumer( Erkən Şumerlər),yaxud Ubaydilər(Əl- Übeyd arxeoloji mədəniyyətinə əsasən) adlandırırlar. Şumerlər isə gəlmə xalq hesab edilir. Son Əl -Übeyd(e.ə IV minillik), Uruk(e.ə 3000–2800) və Cəmdət-Nəsr(e.ə 2800–2600) arxeoloji mədəniyyətləri ehtimala görə, şumerlər tərəfindən yaradılıb.Şumerdə – Eredu, Ur, Larsa, Uruk, Laqaş, Umma, Şuruppaq, İsin, Nippur və Kiş — kimi bir sıra böyük müstəqil şəhərlər olmuşdur. İlkin dövrlərdə onlar "en" adlanan ali kahin tərəfindən idarə olunurdu. Daha sonralar bütün Mesopotamyaya hakim olan hökmdar — "luqal" yarandı. Sonrakı dövrlərdə isə hər iki söz "hökmdar" mənasında işlənirdi, və bəzi şəhərləri luqal’lar, bəzilərini isə ensi’lər idarə edirdilər. Şəhər ərazisindəki torpaqların bir hissəsi sakinlərin, qalan hissəsi isə kahinlərin nəzərində olan məbədlərə məxsus olmuşdur.
Şumer şəhərləri arasında şiddətli münaqişələr və savaşlar baş verirdi. Bir-birinin ardınca, əvvəlcə Kiş, sonra Uruk, daha sonra isə Ur şəhərlərinin siyasi, iqtisadi və hərbi nüfuzu artmış, ancaq sonra onlar çökmüşdürlər. E.ə. XXVII-XXVIII-ci əsrlərdə Uruk şəhərinin hökmdarı Gilqameş güclənmişdir, və Şumerin böyük ərazisinə nəzarət edirdi. Təxminən yüz ildən sonra Laqaş şəhərinin hökmdarı Eannatum Şumer ərazisinin əksəriyyətini öz hakimiyyətinə tabe etmişdir.
Ancaq ardı arası kəsilməyən savaşlar və iç çəkişmələr şumerliləri zəyiflətmiş və sonda onlar Akkad dövləti tərəfindən işğal edilmişdir. Lakin bundan sonra da bəzi şumer şəhərləri müstəqil olmuşdurlar. Məsələn e.ə. XXII-ci yüzillikdə Laqaş və Ur şəhərəri yenə də böyük nüfuz qazanmışdır. Ancaq bundan sonra şumer mədəniyyəti və xalqı tarixdən silinib getti, əzəmətli şəhərləri isə xarabalıqlara çevrildi.
Ancaq onların bütün sahələrdə olan nailiyyətləri gələcək tarixə, dünya mədəniyyətinə və elminə böyük təsir göstərmişdir. Hesab olunur ki, şumerlərin əksəriyyəti akkadlarla qarışmış, onların dili də ortalıqdan çıxmışdır[3]. Şumerlərin fars mənşəli olduğunu iddia edən alimlər hesab edirlər ki, qonşu xalqlarla saysız hesabsız savaşlara dözməyərək, bu xalq yenidən körfəzə köçdü və dari millətləri onlardan yaranmışdırlar.
Şumerlərin kəşfləri
[redaktə | mənbəni redaktə et]- Yazı; Şumer yazıları bizim zamanımıza qədər çatmışdır. Onlar bəşəriyyətin ən qədim yazı nümunələridir. Qədim şümerlərin müəyyən sözləri və yə cümlələri işarələrlə gil və ya daş lövhələri üzərində cızılmışdır. Bu işarələrin paz şəkilli olduğuna görə, cızılmış yazılara "mixi yazı" deyilir. İşarələr isə "idioqrammalar" deyilir. Ümumiyyətlə bu cür cızılmış yazı üslubu qədim zamanlarda Yaxın Şərq xalqları arasında, Misirdə, Çində və başqa yerlərdə də yayılmışdır. İdioqrammaların oxunması mümkün olandan sonra, məlum olmuşdur ki, onlar eyni zamanda hecaları da ifadə edirdilər. Məsələn "ayaq" sözü şumer dilində "du"dur. Buna görə də "ayaq" şəkilli idioqramma sonraki dövrlərdə "du-" hecasını ifadə edirdi və artıq başqa sözlərin yazılışında da istifadə olunurdu.
Sitat səhvi: <ref>
açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır
- Araba təkəri; Hesab olunur ki, təkəri və ilk nəqliyyət vasitələrini (arabaları) də şumerlər yaratmışdılar.
- Rəngli şüşə;
- 6-lıq (60-lıq) hesablama sistemi; 1 dəqiqənin 60 saniyə, bir saatın 60 dəqiqə, çevrənin dərəcə ölçüsünün 360° olması şumerdən qalmadır;
- Məhkəmə sistemi'
Mədəniyyət
Bəzi alimlər hesab edirlər ki, ilk insanlar Mesopotamiyanın ərazisində təxminən e. ə. XXX-cu minillikdən yaşamağa başlamışdırlar. E.ə. VII–VI minilliklər ərzində Mesopotamiyada ibtidai icma quruluşunun dağılması prosesi başlanmışdı. E. ə. IV minillikdən başlayaraq, onun cənub hissəsində, yəni İran (Ərəb) körfəzi yaxinlığında, şumer xalqı məskunlaşmışdı. Onlar özlərini "Sag-Giq" adlandırırdılar. Bu xalqın dünyanın ən qədim inkişaf etmiş xalqı olması və yüksək mədəniyyət yarada bilməsi bilinməkdədir.
Arxeoloji qazıntılar zamanı bilinmişdir ki, şumer xalqı yüksək mədəniyyətə malik olan xalq olmuşdur. Onların çoxlu sayda savaşlar aparması haqqında bilgilərimiz vardır. Bu savaşlar zamanı onların əlinə çoxlu sayda hərbi əsir keçirdi. O dövrün qanunlarına uyğun olaraq, onlar kölə olurdular.
Kölələr çeşidli sahələrdə çalışırdılar və ən ağır işlərə də cəlb olunurdular. Beləliklə şumerlər ölkələrində quldarlıq cəmiyyəti qurmuşdular. Kölə əməyindən istifadə edərək, onlar böyük şəhərlər salmış, əzəmətli saraylar, suvarma sistemləri yaratmışdılar. Şumerlər inşaat işlərində qil kərpicdən, dəmir və bürünc alətlərdən istifadə edirdilər. Bundan başqa, şumer ustaları tökmə, lehimləmə, pərçimləmə sənətlərinə də yiyələnmişdilər; qızıl, gümüş və misdən zinət əşyaları düzəldirdilər. Şumerdə tacirlər zümrəsi və peşəkar ticarət sənəti də ilk dəfə meydana gəlmişdir və ticarət əməliyyatlarında artıq qümüş və mis hesablaşma ölçülərindən də istifadə edirdilər. Onlar həm də ticarəti xarici dövlətlərlə aparmışdılar. Bəşəriyyət tarixində burada ilk dəfə məhkəmə sistemi və təbabət yaradılmışdır.
Şumerlər astronomiya və riyaziyyat elmlərinin təməlini qoymuşdurlar və bu sahələrdə çox dəqiq hesablamalar aparmışdırlar.
Dini
[redaktə | mənbəni redaktə et]Çoxtanrılı və bütpərəst idilər. Əvvəllər şumerlər şəhər-dövlətləri halında yaşayırdılar. Hər dövlətin hökmdarı və tanrısı (tanrıları) fərqli idi. Mətnlərdə tanrı siyahılarına rast gəlinir. Bu mətnlərə görə 4 əsas tanrı var, bunlar yaradıcı tanrılardır. Tanrılar insan formasında təsvir olunurdu, Tanrılar arasında insanlarda olduğu kimi iş bölgüsü aparılmışdı. Şumerlərdə qadın ilahların çoxluğu onlarda matriarxat quruluşu olmasının göstəricisi hesab olunur. Sonrakı dövrlərdə şumerlərdə qadın obrazının mövqeyi nisbətən zəifləmişdir. Məbədlərdə rəqqasələr, çalğıçılar fəaliyyət göstərirdi. Onların ən vacib işləri tanrıları əyləndirmək idi. Şumerlər tanrıların qəzəblənərək onları cəzalandırmalarından qorxurdular.
Ayrıca məqalədə verilmişdir:
Həm də bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Şumer və Akkad tarixi // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Mosopatomiya xalqı Mesopotamia: Assyrians, Sumerians, Babylonians (Dictionaries of Civilizations; 1). Berkeley: University of California Press. ISBN 0-520-25266-7 (paperback).
- Bottéro, Jean, André Finet, Bertrand Lafont, and George Roux. 2001. Everyday Life in Ancient Mesopotamia. Edinburgh: Edinburgh University Press, Baltimore: Johns Hopkins University Press.
- Crawford, Harriet E. W. 2004. Sumer and the Sumerians. Cambridge: Cambridge University Press.
- Leick, Gwendolyn. 2002. Mesopotamia: Invention of the City. London and New York: Penguin.
- Lloyd, Seton. 1978. The Archaeology of Mesopotamia: From the Old Stone Age to the Persian Conquest. London: Thames and Hudson.
- Nemet-Nejat, Karen Rhea. 1998. Daily Life in Ancient Mesopotamia. London and Westport, Conn.: Greenwood Press.
- Kramer, Samuel Noah. The Sumerians: Their History, Culture and Character. University of Chicago Press. 1963. ISBN 0-226-45238-7.
- Kramer, Samuel Noah. Sumerian Mythology: A Study of Spiritual and Literary Achievement in the Third Millennium BCE.
- Roux, Georges. 1992. Ancient Iraq, 560 pages. London: Penguin (earlier printings may have different pagination: 1966, 480 pages, Pelican; 1964, 431 pages, London: Allen and Urwin).
- Schomp, Virginia. Ancient Mesopotamia: The Sumerians, Babylonians, And Assyrians.
- Sumer: Cities of Eden (Timelife Lost Civilizations). Alexandria, VA: Time-Life Books, 1993 (hardcover, ISBN 0-8094-9887-1).
- Woolley, C. Leonard. 1929. The Sumerians. Oxford: Clarendon Press.
- Нуреев Р. М. Древний Шумер: учёт как основа организации государственного хозяйства // Всемирная история экономической мысли: В 6 томах / Гл. ред. В. Н. Черковец. — М.: Мысль, 1987. — Т. I. От зарождения экономической мысли до первых теоретических систем политической жизни. — С. 50–53. — 606 с. — 20 000 экз. — ISBN 5-244-00038-1.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Piotr Michalowski, "Sumerian," The Cambridge Encyclopedia of the World's Ancient Languages (2004, Cambridge), pg. 22
- ↑ Karen Rhea Nemet-Nejat (30 September 1998). Daily life in ancient Mesopotamia . Greenwood Publishing Group. p. 13. ISBN 978-0-313-29497-6. Retrieved 29 November 2011.
- ↑ Woods C. 2006 "Bilingualism, Scribal Learning, and the Death of Sumerian" . In S.L. Sanders (ed) Margins of Writing, Origins of Culture: 91–120 Chicago