8 №-li Qayıdış qəsəbəsi — Vikipediya
8 №-li Qayıdış qəsəbəsi | |
---|---|
39°44′11″ şm. e. 47°30′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 sentyabr 2004 |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Nəqliyyat kodu | 19 |
8 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 8 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla 8 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[3][4]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
Təhsil
[redaktə | mənbəni redaktə et]8 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında". anl.az. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avq 2024.
- ↑ Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Füzuli rayon bələdiyyələrinin siyahısı
- Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. - 2009. - 31 iyul. - S. 1.
- Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
- ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli Qanunu" (az.). president.az. 2014-05-30. 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.