Xələfşə — Vikipediya
Xələfşə | |
---|---|
39°33′15″ şm. e. 47°06′55″ ş. u.HGYO | |
Ölkə | |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Tarixi
[redaktə | mənbəni redaktə et]Xələfşə kəndi Füzuli şəhər mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-ci il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır.
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir
Toponimikası
[redaktə | mənbəni redaktə et]Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Xələfşah adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. Xələfşə variantında da qeydə alınmışdır.[2]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427