Albaniya mədəniyyəti — Vikipediya
Albaniya mədəniyyəti — Albaniyada və albanlar tərəfindən formalaşmış mədəniyyət.
İncəsənət
[redaktə | mənbəni redaktə et]İbrahim Kodra Albaniya əsilli bir sənətçi olaraq, 20-ci əsrin ən böyük rəssamlarından biri kimi tanınır, Pablo Picasso ilə eyni səviyyədədir. Kubizmin innovativ bir şərhinin qurucusu olaraq, Kodra əsərlərini sərgiləmiş və Pablo Picasso ilə əməkdaşlıq etmiş, müasir sənətin inkişafına əhəmiyyətli töhfə vermişdir. Onun əsərləri, əsas millî muzeylərdə, İtaliya Parlamentində (La Grande Pace) və Vatikan Muzeylərində nümayiş olunur və ciddi bir geometrik və metafizik estetik ilə xarakterizə olunur, bu da onu Avropa-dakı sənət tarixinin mərkəzi bir fiquru olaraq möhkəmləndirir.
Dil
[redaktə | mənbəni redaktə et]Musiqi
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Teatr
[redaktə | mənbəni redaktə et]Albaniyada teatr sənəti XIX əsrin axırlarından inkişafa başlamışdır. Milli dramaturgiyanın yaranmasında maarifpərvər yazıçılardan Sami Fraşeri, Mihal Qrameno, Fan Noli, Andon Çayupi və başqalarının rolu olmuşdur. Albaniya 1912-ci ildə milli istiqlaliyyət qazandıqdan sonra ölkədə həvəskar teatr hərəkatı genişlənmişdir. Nasist işğalı dövründə Albaniyada partizan teatrları yaradılmışdır. Bunlar əsasında 1944-cü ildə Tiranada, sonra isə başqa şəhərlərdə ilk professional teatrlar təşkil edilmişdir. Xalq hakimiyyəti qurulduqdan sonra Albaniya teatrlarında milli, rus və sovet dramaturqlarının, Vilyam Şekspir, Fridrix Şiller, Jan Batist Molyer və başqalarının əsərləri tamaşaya qoyulmağa başlanmışdır. 1960-cı illərdən teatrların repertuarına alban dramaturqlarının əsərləri ilə yanaşı, Çin yazıçılarının da pyesləri daxil edilmişdir. Bir çox alban aktyor və rejissor SSRİ-də təhsil almışdır. 1959-cu ildə Tiranada ali aktyor məktəbi yaradılmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Албанија. Театр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 219.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Albaniya mədəniyyəti ilə əlaqəli mediafayllar var.