Azərbaycanın Milli Qəhrəmanı — Vikipediya
Azərbaycanın Milli Qəhrəmanı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Tip | Medal |
Təltif edir | |
Status | Təqdim olunur |
Statistika | |
Təsis tarixi | 25 mart 1992 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 219 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Vətən Müharibəsi Qəhrəmanı" medalı |
Aşağı mükafat | "Vətən uğrunda" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının fərqlənmə dərəcəsi.[1][2]
Təsis edilməsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.[1]
Əsasnaməsi
[redaktə | mənbəni redaktə et]"Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
- Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
- xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı;
- "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
- Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
- "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
— medal haqqında ƏSASNAMƏ[2]
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı
[redaktə | mənbəni redaktə et]Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir.[3]
"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir.[4]
Azərbaycanın Milli Qəhrəmanları
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu Arxivləşdirilib 2018-03-06 at the Wayback Machine (az.)
- ↑ 1 2 "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikasının Əmək Məcəlləsi>Maddə 120". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 11.01.2012. 2012-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- "Qızıl Ulduz" medalı
- "Ay-Ulduz" medalı
- Vətən Müharibəsi Qəhrəmanı
- "Vətən Müharibəsi Qəhrəmanı" medalı