Pəhlivan Fərzəliyev — Vikipediya

Pəhlivan Fərzəliyev
Pəhlivan Əhliman oğlu Fərzəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 sentyabr 1958(1958-09-27)
Doğum yeri
Vəfat tarixi 11 aprel 1992(1992-04-11) (34 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Baş leytenant
Vəzifəsi Taqım komandiri
Təltifləri "Qızıl Ulduz" medalı

Pəhlivan Fərzəliyev (27 sentyabr 1958, Qobu Dilağarda, Qaryagin rayonu11 aprel 1992, Füzuli rayonu) — Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur[1]. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.

Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.[mənbə göstərin]

  1. "MİLLİ QƏHRƏMAN Fərzəliyev Pəhlivan Əhliman oğlu". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]