Bayraq meydanı (Şuşa) — Vikipediya

Şuşa Bayraq meydanı
Şuşa Bayraq Meydanı
Şuşa Bayraq Meydanı
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Vaqif Cəfərov küçəsi
Aidiyyatı Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi 2021
Sahəsi
  • 9.190 m²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şuşa Bayraq meydanıŞuşa şəhərində Vaqif Cəfərov küçəsində yerləşir[1]. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə olunub.[2]

2021-ci ilin yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycan bayrağını qaldırıb.[3]

Şuşa Bayraq meydanı

2024-cü ilin may ayından Bayraq Meydanının yenidən qurulması işlərinə başlanılıb.[2] Sentyabrın 19-da İlham Əliyev Bayraq Meydanının açılışını edib.[2]

Bayraq Meydanında Zəfər muzeyinin də inşası nəzərdə tutulur.[4]

  1. "Şuşanın Bayraq meydanında yenidənqurma işləri aparılacaq". Oxu.az (az.). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  2. 1 2 3 "İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-09-20.
  3. "Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb". Report İnformasiya Agentliyi (az.). 2021-01-15. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.
  4. "Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək". Report İnformasiya Agentliyi (az.). 2024-09-21. İstifadə tarixi: 2024-09-21.