İpəkli — Vikipediya
Kənd | |
Hacı Elyaz Hacı Elləz | |
---|---|
40°06′31″ şm. e. 44°24′52″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında[2], Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında[3] qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz[4], Eylas[5] formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 445 nəfər, 1873 - cü ildə 1095 nəfər, 1886-cı ildə 1073 nəfər, 1897-ci ildə 1457 nəfər, 1908-ci ildə 1097 nəfər, 1914 - cü ildə 1187 nəfər, 1916-cı ildə 1467 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma yurdlarına dönə bilmişdir. 1922-ci ildə 582 nəfər azərbaycanlı, 71 erməni, 1926-cı ildə 586 nəfər azərbaycanlı, 50 erməni, 1931-ci ildə 680 nəfər azərbaycanlı, 9 erməni yaşamışdır[6].
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, İran, Livan, Suriya, Türkiyədən köçürüiən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Tanınmışları
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.55
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48
- ↑ Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.129
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129