Fərrux əməliyyatı — Vikipediya

Fərrux əməliyyatı
Tarix 24 mart 2022 - 28 mart 2022
Yeri
Nəticəsi Azərbaycanın qələbəsi
 • Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi azad olunub.
 • Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb.
 • Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.
 • Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət Azərbaycan ordusunun tərəfinə keçib.
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov
AzərbaycanHikmət Mirzəyev

Ermənistan Nikol Paşinyan
Ermənistan Suren Papikyan

Tərəflərin qüvvəsi

Azərbaycan Silahlı Qüvvələri
Dövlət Təhlükəsizliyi Xidməti xüsusi təyinatlıları[1]

Ermənistan Silahlı Qüvvələri

İtkilər

itki yoxdur (Azərbaycan mənbələrinə əsasən)

3 hərbçi ölüb, 14 yaralanıb (Ermənistan mənbələrinə əsasən) [2]

Fərrux əməliyyatıXocalı rayonunun Fərrux dağı istiqamətində Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat. Əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilmişdir.

Əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxmış, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilmişdir.[3][4][5] Həmçinin Fərrux dağında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti əldə etməsi Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yaratmışdır.[6]

Fərrux kəndi Xankəndi şəhərindən 32, Əsgəran qəsəbəsindən isə 16 kilometr uzaqlıqda yerləşən dağətəyi ərazidir. İnzibati olaraq Xocalı rayonuna daxildir. Kəndin yaxınlığında Fərrux yüksəkliyi və eyni adlı göl var. Qarabağdakı ermənilər bu kəndin adına Parux deyir və onlara görə, kənd Əsgəran rayonu ərazisindədir. Kənd Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun işğalı altına düşmüşdü. Fərrux kəndi etnik ermənilərin yaşadığı Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün əhəmiyyətlidir. Birinci Qarabağ müharibəsində Azərbaycanın milli qəhrəmanı adı verilmiş Şirin Mirzəyevin rəhbərliyi ilə Fərrux yüksəkliyi uğrunda çox gərgin döyüşlər gedib. 1992-ci il fevralın 7-də Azərbaycan Ordusu Fərrux kəndi və Fərrux dağını erməni separatçılarından təmizləsə də, 1993-cü ildə onların hər ikisi Ermənistan Ordusu tərəfindən Ağdam uğrunda döyüşlər zamanı işğal edildi. Hündürlüyün erməni qoşunları tərəfindən ələ keçirilməsi sonradan onların Ağdamı işğal etməsinə zəmin yaratmışdı.[7]

İkinci Qarabağ müharibəsininin sonunda imzalanan üçtərəfli bəyanata əsasən Fərrux kəndi Rusiya sülhməramlı kontingentinin nəzarətinə verilirdi. Bəyanatda həmçinin erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması da nəzərdə tutulurdu. Kənd Rusiya SM kontingentinin nəzarəti altına verilsə də, erməni silahlıları kənd ərazisində qalmağa davam edir, mütəmadi olaraq Ağdam rayonunda yerləşən Azərbaycan ordusunun mövqelərinə atəş açırdılar. Erməni tərəfi isə fevralın 25-dən başlayaraq Azərbaycan ordusunun birliklərininin Fərrux və qonşu Pirlər kəndini mütəmadi atəş altında saxladığını, səsgücləndiricilər vasitəsilə kəndlərin əhalisindən bu iki kəndi tərk etmələrini tələb etdiyini bildirirdi.[8] 2022-ci il martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Azərbaycan tərəfinfən görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.[9]

Əməliyyatın gedişi

[redaktə | mənbəni redaktə et]

Martın 24-dən başlayaraq Fərrux kəndi yaxınlığında Azərbaycan hərbçiləri ilə Qarabağdakı erməni silahlı qruplaşmaları arasında gərginliklər artmağa başladı. Azərbaycan ordusu martın 24-dən 25-dək Fərrux kəndi ərazisinə daxil olaraq müşahidə postunu qurdu. Fərruxda və qonşu Pirlər kəndində yaşayan 200-ə yaxın erməni əhali bununla bağlı kənddən çıxarıldı. Azərbaycan ordusu müxtəlif istiqamətdən, atəş açmadan, insan zənciri yaradaraq Fərruxa daxil oldu. Buna cavab olaraq erməni separatçıları Azərbaycan ordusunun mövqelərinə atəş açmağa başladı. Erməni tərəfi əməliyyat zamanı erməni silahlılarının mövqelərinə zərbə endirmək üçün Azərbaycan ordusunun Bayraktar TB2 dronlarından da istifadə etdiyini iddia etsə də, buna dair heç bir sübut təqdim etməyib. Azərbaycan Müdafiə Nazirliyi martın 26-da səhər "qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərini geri çəkilməyə məcbur etdiyini", ordu bölmələrinin itki vermədiyini və əməliyyat şəraitinin nəzarət altında olduğunu bildirib. Baş vermiş döyüşlər nəticəsində 3 erməni silahlısı öldürülüb, daha 14 nəfəri isə yaralanıb. Erməni tərəfi həmçinin Azərbaycan əsgərinin öldürüldüyünü iddia etsə də, Azərbaycan tərəfi bunu təkzib edərək heç bir itki olmadığını bildirib.[10]

Əməliyyat nəticəsində Azərbaycan Ordusu ilk növbədə Xaçınçayın mənsəbini və ən böyük şirin su anbarını işğaldan azad etdi. Bununla da Ağdam rayonunun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini təmin etməyə qadir Xaçınçay su anbarını mühafizə altına aldı. Bundan başqa Fərrux kəndi işğaldan azad edildi, Fərrux dağı ətrafındakı mühüm yüksəkliklər tutuldu, bununla Fərrux dağının ətəyindəki geniş vadini erməni terrorçularından azad edərək, Cinli, Çullu, Əlimədətli, MollalarƏliağalı kəndlərinin təhlükəsizliyini təmin edildi.[11]

Ermənistan tərəfi

[redaktə | mənbəni redaktə et]

Həlak olanların siyahısı

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
? David Mirzoyan 1978 25 mart 2022
? İşxan Ohanyan 1994 25 mart 2022
? Ararat Tevosyan 1990 25 mart 2022
  1. "Fərrux yüksəkliyində antiterror əməliyyatları keçirmiş hərbi birləşmənin adı açıqlanıb". Report İnformasiya Agentliyi (az.). 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2023.
  2. "Arxivlənmiş surət". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-03.
  3. "Fərrux kəndindən yeni görüntülər". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
  4. "Xankəndi-Ağdərə yoluna nəzarət edəcəyik — Fərrux kəndinin hərbi-strateji əhəmiyyəti". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
  5. "Fərrux yüksəkliyinin azad olunması… — Keçmiş döyüşçüdən mühüm açıqlama". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
  6. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-03.
  7. Həsənov, Fərid. "Fərrux yüksəkliyi: O, niyə əhəmiyyətlidir?". BBC News Azərbaycanca (az.). 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2022.
  8. "Azərbaycan tərəfi Xnapatda qumbaraatandan istifadə edir, Taqavarda səsgücləndirici ilə kəndi tərk etməyə çağırır". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
  9. MN: Ermənistanın qeyri-qanuni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmayıb[ölü keçid]
  10. "Azərbaycan Müdafiə Nazirliyi: "Fərrux kəndi və ətraf mövqelərdə heç bir dəyişiklik baş verməyib"". BBC News Azərbaycanca (az.). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2022.
  11. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Fərrux əməliyyatı: səbəblər və nəticələr + FOTOLAR". https://azvision.az (az.). 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]