Qarabağ ermənilərinin Ermənistana təxliyyə edilməsi — Vikipediya
Qarabağ ermənilərinin Ermənistana təxliyyə edilməsi | |
---|---|
Tarix | 2023 |
Başlama tarixi | 24 sentyabr 2023 |
Bitmə tarixi | 3 oktyabr 2023 |
Yeri | |
Səbəbi | Qarabağda döyüşlər |
Qarabağ ermənilərinin Ermənistana təxliyyə edilməsi — 2023-cü ildə Qarabağda döyüşlərdən və Dağlıq Qarabağ regionunun Azərbaycanın nəzarətinə keçməsindən sonra orada yaşayan ermənilərin Ermənistana təxliyyə edilməsi.
Zəmin
[redaktə | mənbəni redaktə et]2023-cü ilin sentyabrında Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bundan sonra Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin Ermənistana qaçmağa başlamışdır.[1]
Təxliyyə
[redaktə | mənbəni redaktə et]Hərbi əməliyyatların birinci saatlarından Rusiya Sülhməramlı Kontingenti Ağdərə rayonu, Xocalı rayonu və Xocavənd rayonundan ümumi olaraq 5,000-dən çox ermənini sülhməramlıların hərbi hissələrinə təxliyyə etmişdir.[2] 22 sentyabrda təxliyyə prosesini şərh edən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan "onların öz evlərinə qayıtmaq üçün real şanslarının olmadığını, Azərbaycanın beynəlxalq ictimaiyyətə yalan danışmağa davam elədiyini" bildirdi və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməyə çağırmışdır.[3]
24 sentyabr ilk qaçqınlar qrupu Kornidzor sərhəd məntəqəsindən[4][5][6] keçərək Ermənistana çatmışdır.[7] 25 sentyabr saat 06:00-a olan rəsmi məlumatlara əsasən Dağlıq Qarabağdan Ermənistana 2,906 insan gəlmişdi.[8] Onlardan 1000 nəfəri seçdiyi yaşayış yerinə gedib, 1100 nəfəri isə düşərgələrə aparılmışdır. Dağlıq Qarabağın insan hüquqları üzrə ombudsmanı Artaq Berqlyan baş verənləri soyqırım və nifrət siyasəti adlandırdı, Rusiya sülhməramlılarını vəzifələrinin öhdəsindən gələ bilmədiyini qeyd elədi.[9] 25 sentyabr saat 18:00-a olan rəsmi məlumatlara əsasən isə Dağlıq Qarabağdan Ermənistana gələn insanların sayı 6650 oldu.[10]
27 sentyabr tarixinə kimi Dağlıq Qarabağ əhalisinin üçdə biri, yəni 42,500 nəfər Ermənistana təxliyyə edilmişdir.[11]
Sentyabrın 30-da qaçqınların sayı 100 min nəfəri keçib.[12]
2024-cü ilin iyun ayının sonlarında araşdırmadan sonra "Freedom House" Dağlıq Qarabağdakı ermənilərin qəsdən müntəzəm hücumlara, hədə-qorxulara, əsas hüquqların və adekvat yaşayış şəraitinin inkar edilməsinə və məcburi köçkünlərə məruz qaldıqlarını sənədləşdirən hesabat dərc edib. Hesabatda qeyd olunur ki, mövcud sübutlar Azərbaycan dövlətinin Dağlıq Qarabağı etnik erməni əhalisindən və tarixi-mədəni varlığından təmizləmək üçün hərtərəfli, metodik şəkildə həyata keçirilən strategiyaya uyğun hərəkət etdiyini göstərir.[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Nagorno-Karabakh: Fuel depot blast kills 20 as refugee count rises". BBC News (ingilis). 2023-09-26. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ Новостной Канал Первого. "Российские миротворцы обеспечили продовольствием и жильем 5000 человек". www.1lurer.am (rus). 2023-09-22. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2023.
- ↑ Новостной Канал Первого. "Международное сообщество должно принять срочные меры: Марукян". www.1lurer.am (rus). 2023-09-22. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2023.
- ↑ Light, Felix. "Karabakh Armenians say ceasefire being implemented, aid is arriving". Reuters. 23 September 2023. 23 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2023.
- ↑ Roth, Andrew. "First evacuees from Nagorno-Karabakh cross into Armenia". The Guardian. 24 September 2023. 24 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2023.
- ↑ "First group of refugees from Nagorno-Karabakh arrives in Armenia". France 24. 24 September 2023. 24 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2023.
- ↑ "Hundreds of ethnic Armenians flee Nagorno-Karabakh to Armenia". Aljazeera. 24 September 2023. 24 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2023.
- ↑ Panorama Armenia. "Правительство РА: Из Нагорного Карабаха в Армению прибыли 2906 вынужденных переселенцев". www.panorama.am (rus). 2023-09-22. İstifadə tarixi: 22.09.2023.
- ↑ ArmInfo Information Company. "В Армению из Нагорного Карабаха уже прибыли 2906 вынужденных переселенцев". www.arminfo.am (rus). 2023-09-22. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2023.
- ↑ Радио Свобода. "В Армению прибыли уже более 6,5 тысяч жителей Нагорного Карабаха". www.svoboda.org (rus). 2023-09-22. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2023.
- ↑ "Armenia reports the arrival of 42,500 refugees from Nagorno-Karabakh". Euronews. 27 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ "Ереван: Число беженцев из Карабаха превысило 100 тысяч – DW – 30.09.2023". dw.com (rus). 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-16.
- ↑ "Why Are There No Armenians in Nagorno-Karabakh?" (PDF). «Freedom House». 2024-06-27. 2024-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-12.[1]