Xocavənd rayonunda kütləvi məzarlıqlar — Vikipediya
kütləvi məzarlıq | |
Xocavənd rayonunda kütləvi məzarlıqlar | |
---|---|
| |
Ölkə | |
Yerləşdiyi yer | Xocavənd rayonu |
Əsası qoyulub | 1990-cı illər |
İlk məlumat | fevral 2022 |
Ləğv olunub | Birinci Qarabağ müharibəsindən sonra |
Dəfn sayı | 25+ |
Vəziyyəti | tədqiq edilir |
39°33′58″ şm. e. 47°04′23″ ş. u.HGYO | |
|
Xocavənd rayonunda kütləvi məzarlıqlar — Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş Azərbaycan hərbçilərinə aid olan,[1][2][3][4] 2022-ci ildə Xocavənd rayonu ərazisinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın nəzarətinə qaytarılan hissəsində aşkar edilmiş kütləvi məzarlıqlar. Azərbaycan hakimiyyətinin məlumatına görə, məzarlarda 1990-cı illərdə Ermənistan qoşunları tərəfindən edam edildiyi iddia edilən Azərbaycan hərbçilərinin qalıqları aşkar edilmişdir.[5] Dəfnlər şahidlərin ifadəsi əsasında və ya qazıntı və təmir-tikinti işləri zamanı aşkar edilmişdir.[6] Edilli kəndindəki məzarların birində əl-ayağı bağlı şəkildə edam edilmiş 12 hərbçinin qalıqları aşkar edilmişdir.[2] Onların kəllə sümüklərindəki güllə izləri güllələndiklərini təsdiq edirdi.[1]
Tədqiqat
[redaktə | mənbəni redaktə et]Fevral 2022-ci il
[redaktə | mənbəni redaktə et]Xocavənd rayonunda ilk kütləvi məzarlıq 2022-ci ildə, fevralın sonunda Edilli kəndində aşkar edilmişdir. Onun yeri Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən toplanmış bəyanatlar və materiallar əsasında müəyyən edilmişdir. Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılovun verdiyi məlumata görə, aparılan işlər zamanı kütləvi məzarlıqda 15–20 nəfərin qalıqları aşkar edilmişdir. İsmayılovun sözlərinə görə, ərazilər minalardan təmizlənərkən aşkarlanması planlaşdırılan digər kütləvi məzarlıqlar barədə də Dövlət Komissiyasında məlumat var.[7]
Oktyabr 2022-ci il
[redaktə | mənbəni redaktə et]2022-ci il oktyabrın əvvəlində Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi-məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova bildirmişdir ki, Edilli kəndində azərbaycanlı hərbçilərin qalıqlardan ibarət 3 kütləvi məzarlıq aşkar edilmişdir.[2][3][6] Qurumun direktoru Ədalət Həsənovun verdiyi məlumata görə, dəfnlərdə 25 nəfərin qalıqları aşkar edilmişdir. Hüseynovanın sözlərinə görə, məzarlarda Azərbaycan hərbçilərinin qalıqlarından başqa, paltarlar, qara dəri ayaqqabılar, şəxsiyyəti təsdiq edən sənədlər, iki bıçaq, siqaret kötükləri, güllələr, patronlar, gilizlər, həmçinin üzərilərindən ulduz, oraq və çəkic olan kəmərlər aşkar edilmişdir. Həsənovun sözlərinə görə, əsir götürülən azərbaycanlılar üçün Edilli kəndində xüsusi yer ayrılmış, onlar kütləvi şəkildə orada dəfn olunmuşdular. O, bildirmişdir ki, qalıqlar daha dəqiq ekspertiza üçün məhkəmə-tibb ekspertizası şöbəsinə göndəriləcəkdir.[6]
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Azərbaycan Müdafiə Nazirliyinin, Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nümayəndələrinin verdiyi məlumata görə, Edilli kəndində iki məzarlıqda aşkar edilmişdir. Burada müvafiq olaraq 7 və 6 skelet, oktyabrın əvvəllərində aşkar edilən üçüncü məzarlıqda isə əlləri və ayaqları metal məftil və kəndirlə bağlanmış kütləvi şəkildə basdırılmış 12 insan qalığı aşkar edilmişdir.[8] Həsənovun sözlərinə görə, tapılan qalıqlar gənc kişi əsgərlərə aiddir, onların arasında mülki şəxslər yoxdur.[9] Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nümayəndələrinin sözlərinə görə, skeletlərin kəllələrində küt əşya ilə zərbə, həmçinin güllə və iti alət izləri müəyyən edilmişdir.[8][4] Aşkar edilmiş 12 azərbaycanlı hərbçinin kütləvi məzarını fransalı fotojurnalist Rza Diqqəti öz "İnstaqram" hesabında yerləşdirmişdir.[10]
17 oktyabr 2022-ci ildə Xocavənd rayonunun Arakül kəndində təmir-tikinti işləri ilə məşğul olan işçilər torpaq sürüşməsi zamanı insan qalıqları aşkar etmişdilər. Məlumat daxil olandan sonra Xocavənd rayon polis şöbəsinin əməkdaşları göstərilən yerə getmişdir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslının verdiyi məlumata görə, tapılan qalıqlar toplanaraq ekspertizaya göndərilmiş, aşkarlanan dəfnlə bağlı araşdırmalara başlanılmışdır.[11]
Reaksiyalar
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məzarların aşkarlanmasından bildirmişdir ki, Edilli Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlı əsirlər üçün həbs düşərgəsi kimi istifadə edilmişdir.[1]
Benyamin Netanyahu hökuməti yanında İsrailin keçmiş rabitə, peyklər və kibernetizm naziri Eyyub Qara Ermənistanı Edillidə azərbaycanlıların qətliamına və qalan kütləvi məzarlıqların yerlərini Azərbaycana təhvil verməkdən imtina etdiyinə görə pisləmişdir.[4]
Məhkəmələr
[redaktə | mənbəni redaktə et]Azərbaycan tərəfi 19 oktyabrda Edilli kəndində azərbaycanlılara aid kütləvi məzarlığının tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Nick Powell. "Bitter legacy of war continues as mass grave discovered in Azerbaijan". eureporter.co (ingilis). 6 oktyabr 2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ 1 2 3 "Xocavənddə azərbaycanlı hərbçilərin"ayaqları bağlanmış vəziyyətdə skeletləri tapılıb"". Азербайджанская служба BBC (az.). 4 oktyabr 2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ 1 2 "Armenien stellt keine Karte der Massengrabstätten zur Verfügung". Dasfazit.at (alman). 2022-10-05. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
- ↑ 1 2 3 Rachel Avraham. "Mass grave uncovered in Edilli" (ingilis). 7 oktyabr 2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
- ↑ "Mass grave from 1990s war found in Nagorno-Karabakh: Azerbaijan". Al Jazeera (ingilis). 5 oktyabr 2022. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ 1 2 3 "Минздрав Азербайджана сообщил о массовом захоронении в Нагорном Карабахе". Коммерсантъ. 4 oktyabr 2022. 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ "В Ходжавенде обнаружено массовое захоронение". trend.az. 24 fevral 2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
По сообщению Министерства здравоохранения Азербайджана, в Ходжавенде обнаружено массовое захоронение. Предполагается, что здесь были захоронены азербайджанские солдаты, погибшие во время Первой карабахской войны. Эта информация поступает в то время, когда Азербайджан и Армения обвиняют друг друга в военных преступлениях.
- ↑ 1 2 "Военные атташе зарубежных стран осмотрели обнаруженное в селе Эдилли массовое захоронение". azertag.az. 6 oktyabr 2022. 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ "Минздрав АР: Обнаруженные в Эдилли останки принадлежат азербайджанским военнослужащим". az.sputniknews.ru. 6 oktyabr 2022. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ "Реза Дегати поделился кадрами массового захоронения, обнаруженного в Ходжавендском районе". media.az. 4 oktyabr 2022. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ "В Ходжавенде снова обнаружили человеческие кости". haqqin.az. 17 oktyabr 2022. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ "Азербайджан обратился в Европейский суд по факту массового захоронения в Эдилли". 1news.az. 19 oktyabr 2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.