Gültac Məmmədəliyeva — Vikipediya

Gültac Məmmədəliyeva
Şəxsi məlumatlar
Tam adı Gültac Mais qızı Məmmədəliyeva
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 20 sentyabr 1999(1999-09-20) (24 yaş)
Doğum yeri
Təhsili
Boyu 160 sm. (5 ft 6 in)
İdman növü Cüdo
Karyera illəri 2008—
Məşqçisi Zaur Rəcəbli
Komandası Neftçi İdman Klubu

Gültac Məmmədəliyeva (20 sentyabr 1999, Sumqayıt) — Azərbaycanı təmsil edən cüdoçu.

Gültac Məmmədəliyeva 2008-ci ildən Sumqayıt şəhərində cüdo ilə məşğul olmağa başladı. 2018-ci ildən isə Neftçi İdman Klubunu təmsil edir və şəxsi məşqçisi Zaur Rəcəblidir.

Karyerasının birinci uğuruna 2016-cı ildə İspaniyada yeniyetmələrin beynəlxalq turnirini bürünc medalla başa vurmaqla imza atan Gültac Məmmədəliyeva 2017-ci ildə Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.

2019-cu ildə Antalya şəhərində IJF Qran-Pri turnirini də bürünc medalla başa vurdu. 2019-cu ilin iyununda Belarusda Avropa Oyunlarını yeddinci pillədə tamamladı. Sentyabrda isə Vantaa şəhərində (Finlandiya) gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vurdu.

2020-ci ilin noyabrında Xorvatiyanın Poreç şəhərində U-23 Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurdu.

Gültac Məmmədəliyeva üçün 2023-cü il ən uğurlu mövsümlərdən biri oldu. 2023-cü ilin martında Gürcüstanda IJF Grand Slam turnirini bürünc, mayında Avstriyada IJF Qran-Pri turnirini bürünc, iyununda Özbəkistanda IJF Qran-Pri turnirini gümüş və Qazaxıstanda IJF Grand Slam turnirini bürünc medallarla başa vurdu. İyulda isə Çinin Çendu şəhərində baş tutan Universiada Oyunlarını beşinci pillədə tamamladı. Noyabrda Fransanın Monpelye şəhərində Avropa Çempionatını da beşinci pillədə başa vurdu.

Bütün bu uğurların nəticədəsində Gültac Məmmədəliyeva IJF olimpiya reytinq cədvəlində mövqeyini daha da yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.

Gültac Məmmədəliyeva Paris Olimpiadasının açılış mərasimində cüdoçu Məhəmməd Abdullayev ilə birgə Azərbaycan bayrağını apardı.[1]

  1. Azerisport.com idman portalı. "Азербайджанский состав дзюдоистов на Олимпиаду". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
Əvvəl olan:
Rüstəm Orucov
Fəridə Əzizova
2020

Azərbaycan Olimpiya Komandasının bayraqdarı
Məhəmməd Abdullayev ilə birgə
2024
Sonra gələn:
2028-ci ildə məlum olacaq