Giorgi Meşvildişvili — Vikipediya

Giorgi Meşvildişvili
Şəxsi məlumatlar
Tam adı Giorgi Kaxa oğlu Meşvildişvili
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Azərbaycan Azərbaycan
Doğum tarixi 13 may 1992(1992-05-13) (32 yaş)
Doğum yeri
Boyu 184 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2004—
Məşqçisi Georgi Qoxşelidze

Giorgi Meşvildişvili (13 may 1992, Tbilisi) — 2012–2018-ci illərdə Gürcüstanı, 2023-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]

Giorgi Meşvildişvilinin beynəlxalq turnirlərdə debütü 2012-ci ilin 4-10 sentyabrda Tailandın Pattaya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[2] Həmin turnirdə Meşvildişvili uğursuz çıxış etdi və turniri 22 güləşçi sırasında 14-cü pillədə başa vurdu.[2]

Həmin il Ermənistanda baş tutan Stepan Sarqsyanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə isə Giorgi Meşvildişvili bürünc medala sahib oldu.[3]

2013-cü ildə Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarını 8-ci pillədə[4] başa vuran Giorgi Meşvildişvili, 2014-cü ildə Fransada Qızıl Qran-Pri beynəlxalq turnirinin[5]Rusiyada Dmitri Korinin xatirəsinə həsr olunnan beynəlxalq turnirin qalibi oldu.[6]

Giorgi Meşvildişvili 2015-ci ildə Polşada baş tutan U23 Avropa Çempionatının gümüş medalına[7] sahib olsa da, il ərzində üç beynəlxalq turniri medalsız başa vurdu.[8][9][10]

2016-cı ildə Ermənistanda baş tutan Stepan Sarqsyanın xatirəsinə həsr olunan beynəlxalq turnirinin bürünc medalına[11] sahib olan Giorgi Meşvildişvili, 2017–2018-ci illərdə də nüfuzlu beynəlxalq turnirlərdə, o cümlədən Dünya və Avropa Çempionatlarında mübarizə aparmadı.[12][13][14][15][16][17][18] Həmin illərdə Gürcüstan yığmasının lideri Qeno Petriaşvili idi.

2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) Giorgi Meşvildişvilini heyətinə cəlb elədi. Giorgi Meşvildişvilinin 2023-cü ilin fevralında Zaqreb şəhərində (Xorvatiya) Zagreb Open beynəlxalq turnirinin gümüş[19], martda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov — N. Petrov beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[20] Apreldə isə Giorgi Meşvildişvili Avropa Çempionatlarında debüt elədi. Zaqreb şəhərində (Xorvatiya) baş tutan turnirin bürünc medal uğrunda görüşündə İtaliya nümayəndəsi Abraham Konyedoya 8:4 hesabı ilə qalib gələn Giorgi Meşvildişvili Avropa Çempionatının bürünc medalına sahib oldu.[21] İyulda Polşada Poland Open beynəlxalq turnirinin gümüş medalına sahib olan Giorgi Meşvildişvili sentyabrda Belqrad şəhərində baş tutan Dünya Çempionatını 12-ci pillədə başa vurdu.[1]

Giorgi Meşvildişvili 2024-cü ilin fevralında Rumıniyanın Buxarest şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu. Apreldə isə o, Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[22][23]

Azərbaycan Prezidenti İlham Əliyev XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal qazandığına görə Giorgi Meşvildişvilini 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini təltif edən zaman (13 avqust 2024)
Sıra
İl
Yarış
Ev sahibi
Kg.
Nəticə
Gürcüstan Gürcüstan
1
2012
Gənclərin Dünya Çempionatı Tailand Tailand 96 Kg.
14.
2
Stepan Sargsyan Turniri Ermənistan Ermənistan 120 Kg.
3.
3
Moscow Lights Turniri Rusiya Rusiya
4.
4
2013
Universiada Oyunları Rusiya Rusiya
8.
5
2014
Fransa Qran-Prisi Fransa Fransa
1.
6
Dmitri Korin Turniri Rusiya Rusiya
1.
7
2015
Taxti Cup İran İran
8.
8
A. Medved Turniri Belarus Belarus
20.
9
U23 Avropa Çempionatı Polşa Polşa
2.
10
Əli Əliyev Turniri Rusiya Rusiya
5.
11
2016
Stepan Sarqsyan Turniri Ermənistan Ermənistan
3.
12
2017
G. Kartozia — V. Balavadze Turniri Gürcüstan Gürcüstan
3.
13
Poland Open Polşa Polşa
3.
14
Stepan Sarqsyan Turniri Ermənistan Ermənistan
2.
15
Alaniya Turniri Rusiya Rusiya
2.
16
D. Kunayev Turniri Qazaxıstan Qazaxıstan
3.
17
2018
Kiyev Turniri Ukrayna Ukrayna
3.
18
D. Kolov — N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
7.
Azərbaycan Azərbaycan
19
2023
Zagreb Open Xorvatiya Xorvatiya
2.
20
D. Kolov — N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
3.
21
Avropa Çempionatı Xorvatiya Xorvatiya
3.
22
Poland Open Polşa Polşa
2.
23
Dünya Çempionatı Serbiya Serbiya
12.
24
2024
Zagreb Open Xorvatiya Xorvatiya
5.
25
Avropa Çempionatı Rumıniya Rumıniya
3.
26
Polya İmre Turniri Macarıstan Macarıstan
7.

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 International Wrestling Database. "GIORGI MESHVILDISHVILI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.
  2. 1 2 International Wrestling Database. "2012 // World Championship // Juniors // Freestyle // 96 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. International Wrestling Database. "2012 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 120 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  4. International Wrestling Database. "2013 // World University Games // Seniors // Freestyle // 120 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  5. International Wrestling Database. "2014 // Golden Grand Prix // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  6. International Wrestling Database. "2014 // Dmitri Korin Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  7. International Wrestling Database. "2015 // European Championship // U23 // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  8. International Wrestling Database. "2015 // Tahti Cup // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  9. International Wrestling Database. "2015 // Alexander Medved Prizes // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  10. International Wrestling Database. "2015 // Ali Aliyev Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  11. International Wrestling Database. "2016 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  12. International Wrestling Database. "2017 // G. Kartozia & V. Balavadze Price // Seniors // Freestyle // 97 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  13. International Wrestling Database. "2017 // Poland Open // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  14. International Wrestling Database. "2017 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  15. International Wrestling Database. "2017 // Alany Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  16. International Wrestling Database. "2017 // International D. A. Kunaev Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  17. International Wrestling Database. "2018 // International Kyiv Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  18. International Wrestling Database. "2018 // D. Kolov - N. Petrov Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  19. International Wrestling Database. "2023 // Zagreb Open // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  20. International Wrestling Database. "2023 // D. Kolov - N. Petrov Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  21. International Wrestling Database. "2023 // European Championship // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  22. First News Media. "Азербайджанские борцы завоевали пять лицензий в Париж-2024 на турнире в Баку - ФОТО - ОБНОВЛЕНО". www.1news.az (rus.)). 25.04.2024. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  23. Apasport.az. "Giorgi Meşvildişvili 5-ci lisenziyaya sahib çıxdı". www.apasport.az (az.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  24. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2024-cü il tarixli Sərəncamı". www.azertag.az (az.)). 25.08.2024. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.