Gülşən Qurbanova — Vikipediya
Gülşən Qurbanova | |
---|---|
Gülşən Ağadadaş qızı Qurbanova | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | infarkt |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Ağadadaş Qurbanov |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları |
Gülşən Ağadadaş qızı Qurbanova (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1998).
Həyatı
[redaktə | mənbəni redaktə et]Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur.[1] Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir.[2][3][4]
Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.[5][6]
Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı, “Lider” telekanalına üz tutdu və “Mikser” verilişini apardı.
Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirmiş, 56 yaşında Bakı şəhərində vəfat etmişdir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.[7]
- Aktyor Ağadadaş Qurbanovun qızıdır.
- Aktyor Hamlet Qurbanovun atabir bacısıdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Ad günü (film, 1977)(tammetrajlı bədii film) - rol: Şeyda
- Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film) - özü
- Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film) - rol: Rəfiqə
- Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
- Bağdada putyovka var... (film, 2000)
- Balıq günü (film, 1983)
- Bayquş gələndə... (film, 1978)
- Bir axşam... (film, 1985)
- Bir dəfə Qafqazda (film, 2007)
- Cin mikrorayonda (film, 1985)
- Evləri köndələn yar (film, 1982)
- Günlərin bir günü... (film, 1981)
- İntizam (film, 1983)
- İşgüzar adamlar (film, 1977)
- Qoca palıdın nağılı (film, 1984)
- Mən mahnı qoşuram (film, 1979)
- Mənim günahım (film, 1985)
- Ordan-burdan (film, 1987)
- Ötən ilin son gecəsi (film, 1983)
- Pərilərə inanmayın (film, 1979)
- Yol əhvalatı (film, 1980)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Gülşən Qurbanovanın doğum günüdür: [Xalq artisti haqqında] //Mövqe.- 2015.- 21 dekabr.- S.7.
- ↑ "Xatirələrdə yaşayanlar: Gülşən Qurbanova". Medeniyyet.az. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
- ↑ "Tanınmış aktrisa - Gülşən Qurbanova". Anl.az.
- ↑ "Gülşən Ağadadaş qızı Qurbanova". www.kino-teatr.ru (rus). 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
- ↑ "Gülşən Qurbanova həyatı". 2019-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
- ↑ "Həyatı da, ölümü də dillərdə dolaşdı - unudulmaz Gülşən Qurbanova". Sputnik.az. 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
- ↑ "Tanınmış səhnə ustası, respublikanın xalq artisti Gülşən Qurbanova 56 yaşında qəflətən vəfat etmişdir". Azertag.az.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Kinoaktyor studiyasının fəaliyyəti (1966-1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.