Gaşerbrum I — Vikipediya

Qaşerbrum I
urdu گاشر برم, çin. 加舒尔布鲁木I峰
Ümumi məlumatlar
Dağ sistemi Karakorum
Dağ silsiləsi Baltoro Muztaq
Mütləq hündürlüyü 8080[1]
Nisbi hündürlüyü 2155 m
Yerləşməsi
35°43′28″ şm. e. 76°41′47″ ş. u.HGYO
Ölkələr
Region
Qaşerbrum I xəritədə
Qaşerbrum I
Qaşerbrum I
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gaşerbrum I (urdu گاشر برم -1; çin. 加舒尔布鲁木я峰), Hidden-Pik (ing. Hidden Peak — «Gizlin zirvə, K5») — Karakorumda dağ zirvəsi. Hündürlüyü dəniz səviyyəsindən 8080 metrdir. Səkkizminliklər içində on birinci hündür zirvədir.

Gaşerbrum I dağı Pakistanın Kəşmir bölgəsində, Gilgit-Baltistan ərazisinin Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə olan sərhəddə yerləşir.

Dağ zirvəsi Karakorumun cənub-şərq hissəsindədir. Gaşerbrum Baltoro Muztaq silsiləsinə daxildir. Gaşerbrum I çox zirvəli Gaşerbrum dağ massivinə aiddir.

Hidden-Pikin hündürlüyü 8080 metr olub Qaşerbrum dağ masivində ən hündür, Karakorum dağlarında ikinci, dünyada isə on birincidir.

Gaşerbrum I - dən şimal-qərbdə yerləşən 7772 metrlik zirvə Gaşerbrum dağ massivinin qapayır. Cənub-qərbdə yerləşən 7784 metrlik zirvəni isə tədqiqatçılar və alpinistlər Hidden-Pikin alnı (çiyinləri) adlandırırlar.

Gaşerbrum balti dilində «rqaşi» (gözəl) + «brum» (dağ) deməkdir. Dağa «Hidden-pik» (ing. Hidden Peak — «Gizlin zirvə») adını ilk dəfə olaraq Karakorum dağlarını tədqiq edən Martin Konvem vermiş. Belə ad verilməsinə səbəb Baltoro buzlağından Karakorumun bu dağ silsiləsinə gedən yol boyu zirvənin görsənməməsidir.[2] Bəzən Gaşerbrumu K5 adlandırırlar.

Fəth olunma tarixi

[redaktə | mənbəni redaktə et]

1934-cü ildə Himalay və Karakorum dağları üzrə tanınmış tədqiqatçı Gyunter Oskarın rəhbərliyi ilə zirvəyə beynəlxalq ekspedisiya təşkil olunmuş. Bu yürüş nəticəsində alpinistlər 6300 metr yüksəkliyə qədər qalxa bilmişlər. 1936-cı ildə ilk dəfə olaraq fransız ekspedisiyası dağa cənub yamacdan qalxmağa cəht etmiş və 6900 metr yüksəklikdə ekspedisiya dayandırılmışdır.

Gaşerbrum I dağını ilk dəfə 5 iyul 1958-ci ildə Nikolas B.Klinç, Riçard K.İrvin və Tom Nevisonun rəhbərlik etdiyi amerikan ekspedisiyasından Pit Şoenqom və Endi Kaufman fəth etmişlər.[2]

1975-ci ildə Raynhold Messner və Piter Habeler alp stilində və yeni marşrutla zirvəyə yetişmişlər. 1984-cü ildə Raynhold Messner yenidən Gaşerbrum I və bununla yanaşı Gaşerbrum II (8035 m) zirvəsini də fəth etmiş. 2012-ci ildə polyak Artur Hayzer ilk dəfə olaraq qış aylarında zirvəni fəth etmiş. 9 mart yerli vaxtla 8:30 - da alpinist Adam Beleski və Yanuş Qolab Hidden-Pikə "yapon kuluaru"sundan qalxmış. 2013-cü ilin 7 iyulunda Yapon kuluarusu ilə Gaşerbrumdan enərəkən məşhur polşalı alpinist Artur Hayzer həlak olmuş. [1], [2].[3].

  1. "Peakbagger.com". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.
  2. 1 2 Clinch, Nicholas. A Walk in the Sky: Climbing Hidden Peak. New York, Vancouver: The Mountaineers. 1982. ISBN 0898860423.
  3. "Обстоятельства гибели Артура Хайзера на Гашербруме". 2014-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.