Karvansara (Göyçə) — Vikipediya

kənd
Karvansara
40°02′34″ şm. e. 45°14′38″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Göyçə mahalı]]
Rayon [[Aşağı Qaranlıq rayonu]]
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Karvansara xəritədə
Karvansara
Karvansara

Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.[1][2]

Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir[3].

Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.[4]

Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır. Digər adı Ayrıca. 1806-cı ildə Gürcüstandan İrəvan xanlığına qaçıb gəlmiş 400 azərbaycanlı ailəsinin məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 45 nəfər azərbaycanlı, 1931-ci ildə 80 nəfər azərbaycanlı, 69 erməni, 29 kürd yaşamışdır[5]. Ermənilər kəndə 1928–1930-cu illərdə köçürülmüşdür.[3] SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948–49-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd Mədinə kəndi ilə birləşdirilmişdir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun “Еlmi əsərləri”, № 8. 1974,.
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.66
  4. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Карвансара // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  5. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.66–67, 142–143