Yuxarı Şorca — Vikipediya
Yuxarı Şorca | |
---|---|
40°06′ şm. e. 45°48′ ş. u.HGYO | |
Ölkə | |
Region | Geğarkunik mərzi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.347 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur[2]. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir[3]. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır[4]. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı[5], XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır.
Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[6]
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 75 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci üdə 218 nəfər, 1908-ci ildə 248 nəfər, 1914-cü ildə 283 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdır[7]. 1919-cu ilin aprelində azərbaycanlılar ermənilər tərəfindən törədilən qırğınlarla öz doğma kəndlərindən qovulmuşlar[8]. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra müəyyən sakitlik yaranmış və sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 204 nəfər, 1926-cı ildə 253 nəfər, 1931-ci ildə 295 nəfər[7], 1959 - cu ildə 1252 nəfər,1987-ci ildə 1440 nəfər[9] azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar bir daha Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər məskunlaşıb.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Əli Vəkil - şair, tərcüməçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1968-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998).
- Sahib Alıyev - millət vəkili
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.599
- ↑ Свод статистических данных о населении Закавказского края, Тифлис, 1893, №628
- ↑ Свод статистических данных о населении Закавказского края,Тифлис, 1893, №619
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 297
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112-113
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.305
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. ISBN 5-8020-0852-0 s.288-289
- ↑ 1 2 3 4 5 6 7 8 Հայաստանի բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 193. 184 s.
- ↑ Կորկոտյան Զ. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) (erm.). Երևան: 1932. 185 s.
- ↑ Հակոբյան Թ., Մելիք-Բախշյան Ս., Բարսեղյան Հ. Հայաստանի և հարակից շրջանների տեղանունների բառարան (erm.). Երևանի համալսարանի հրատարակչություն, 1986. C. 4. S. 151. 4696 s.
Mənbə
[redaktə | mənbəni redaktə et]- 1. Əziz Ələkbərli, "Qədim türk-оğuz yurdu "Еrmənistаn"", Bаkı, "Sаbаh", 1994.
- 2. Xasay Zeynalov, "Göyçəsiz günlərim", Bаkı, "Nurlаn", 2006.
- 3. Cəfər Qiyаsi, İbrаhim Bоzyеl, "Еrməni mənəvi tеrrоru", Bаkı, "Kitаb klubu", 2007.
- 4. Əlisаhib Ərоğul, "Еrməni-dаşnаq fаşizmi və Аzərbycаn", Bаkı, "Təhsil", 2007.
- 5. Qəşəm Məhərrəmоv, İntiqаm Məhərrəmоv, "Bаşı dumаnlı Göyçə", Gəncə, 2007.
- 6. Həbib Rəhimоğlu, "Silinməz аdlаr, sаğаlmаz yаrаlаr", Bаkı,
- 7. www. Gоychе.infо, Intеrnеt sаytı.