Məhəmməd Kəngərli — Vikipediya
Məhəmməd Kəngərli | |
---|---|
10 dekabr 1968 – 2 sentyabr 1969 | |
Əvvəlki | İsgəndər Ağüzüm |
Sonrakı | Əhməd Yaşat |
6 may 1966 – 27 may 1967 | |
Əvvəlki | Cəlal Odelli |
Sonrakı | İsgəndər Ağüzüm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 17 avqust 2006 (92 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | hərbi həkim, Hərbi həkim |
Hərbi xidmət | |
Döyüşlər |
Məhəmməd Kəngərli (10 yanvar 1914, Şuşa – 17 avqust 2006, Ankara) — Azərbaycan Milli Mərkəzinin rəhbəri[1] mühacir, Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi. 14 yaşından etibarən Müsavat partiyasının Gənc Azər təşkilatının üzvü olub.[2][3] 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak edib. Daha sonra II Dünya Müharibəsində almanlar tərəfindən əsir götürülən o Azərbaycan legionunda hərbi həkim vəzifəsində xidmət edib.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məhəmməd Kəngərli 1914-cü ilin yanvarın 10-da Şuşada anadan olub.[2] 1928-ci ildə 14 yaşında ikən Müsavat partiyasının Gənc Azər təşkilatına üzv olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə Universitetin tibb fakültəsinin rus bölməsinə daxil olmuş, daha sonra isə Leninqrad Hərbi Akademiyasına daxil olaraq 1939-cu ildə də oranı bitirmişdir. Akademiyanı bitirdikdən sonra SSRİ-Finlandiya müharibəsində hərbi həkim kimi iştirak edib.[4] Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır.[5]
II Dünya Müharibəsində
[redaktə | mənbəni redaktə et]1940-cı il avqust ayının ilk həftəsində SSRİ-nin Baltikyanı ölkələrə qarşı işğal hərəkatında Estoniyanın Tartu şəhərinə göndərilib. Daha sonra isə Vilyandi və Pyarnu şəhərlərinə göndərilib. 1940-cı ilin sentyabr ayında Latviyanın Siqulda qəsəbəsinə, daha sonra isə Belarusiyanın Qomel şəhərinə göndərilsə də yerli əhali ilə münasibətlər qurmaqda ittiham edilərək işğal bölgəsindən uzaqlaşdırılıb. 1941-ci il iyunun 21-də Almaniya ilə başlayan müharibədən sonra avqust ayında 44-cü ordu korpusu ilə birlikdə İrana göndərilir. Sonrakı əmrdə isə 404-cü bölmə ilə Krım cəbhəsinə gəlir. 1942-ci ildə Krım cəbhəsində yaralanaraq almanlara əsir düşüb. Berlində müalicə aldıqdan sonra burada Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Almanlar tərəfindən Ukraynanın Xerson, Nikolayev və Odessa şəhərlərində qurulmuş səhra xəstəxanalarında hərbi həkim kimi fəaliyyət göstərdikdən sonra Rumıniyanın Konstansa şəhərinə göndərilib. 1944-cü ildə Macarıstana keçən Məhəmməd Kəngərli Balaton gölü yaxınlığında baş vermiş hava hücumu nəticəsində yaralanıb. Avstriyanın Qrats şəhərində müalicə edildikdən sonra mayın ayının ilk həftəsində Amerika Silahlı Qüvvələri tərəfindən əsir götürülüb[6].
Sonrakı fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1946-cı ildə, Rəsulzadənin götərişi ilə yaradılan Azərbaycan Demokrat Birliyinə rəhbərlik edib[7]. Birliyin əsas hədəflərindən biri əsir düşmüş azərbaycanlıların SSRİ-ə qayıtmaqlarının qarşısın almaq onları Türkiyəyə keçirmək olub.[8] 1947-ci ilin qış aylarında Almaniyada Mittenwald Toplama Düşərgəsində olan 101 azərbaycanlı SSRİ vətəndaşı olduqları üçün SSRİ hərbi qüvvələrinə təhvil veriləcəkdi. Əsir azərbaycanlılar təhvil verilmək üçün Melrixştata göndəriləndə Məhəmməd Kəngərli bu prosesə müdaxilə edir və Amerika hərbi rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra həmin əsirlərin Amerikanın nəzarətində olan bölgədə qalmaqlarını təmin edir. O dövrdə bu hadisə alman mətbuatında "101-lər edamdan qayıtdılar" başlığı ilə işıqlandırılıb[6].
Türkiyədəki fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məhəmməd Kəngərli 1952-ci ildə Türkiyəyə gəlib Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində fəaliyyət göstərmişdir.[2] 1954-cü ildə ailə həyatı qurub.[5] İki il Azərbaycan Kültür Dərnəyinə rəhbərlik edib.[9] 1952–1979-cu ildə Türkiyənin Sağlıq və Sosial yardım nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, sağlıq müdiri, Qızılaypara baş müdir köməkçisi, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində fəaliyyət göstərib.[2] 1963-cü ildə Kipr hadisələrində ora gedərək Qızılaypara xəstəxanasını qurmuşdur[10]. 1971-ci ildə Hindistan Pakistan arasındakı Kəşmir müharibəsi dövründə "Qızıl aypara" dərnəyi adından müharibə bölgəsinə ezam olunub. Oradakı fəaliyyətinə görə də dəfələrlə şərəf medalları ilə təltif edilib.[5] Sonradan Türkiyədə Anıtlar dərnəyinin rəhbəri olaraq fəaliyyət göstərib. Yaşadığı dövr ərzində Ankarada nəşr edilən "Azərbaycan" jurnalında milli mübarizə ilə bağlı çoxlu sayda məqaləsi dərc edilib. 2006-cı il avqustun 17-də Ankarada dünyasını dəyişib burada Karşıyaka məzarlığında dəfn edilib.[11][12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası (PDF). Bakı. 2013. səh. 405.
- ↑ 1 2 3 4 Nəsiman Yaqublu. Bakının qurtuluşu (PDF). Bakı: Adiloğlu nəşriyyatı. 2008. səh. 251-252. ISBN 9789952250961.
- ↑ Celal Açıkgöz. "Genel Başkanımız Dr. Muhammet (Mehmet) Kengerli" (PDF) (türk). azerbaycankulder.org. iyul-avqust 2006. səh. 6. 07.01.2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 03.02.2022.
- ↑ Şəhanə Rəhimli. "Kəngərlinin Rəsulzadə haqqında dedikləri". azvision.az. 16 aprel 2018. 8 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.
- ↑ 1 2 3 "Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı atası haqqında". aqreqator.az. 28 may 2019. 8 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.
- ↑ 1 2 "Dr. Mehmet Kengerli'nin Özgeçmişi" (PDF) (türk). azerbaycankulder.org. iyul-avqust 2006. səh. 10. 07.01.2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 03.02.2022.
- ↑ Əhməd, Dilqəm. "Pakistandan medal alan azərbaycanlı". Türküstan qəzeti. Bakı. 7–13 sentyabr 2021. 16. Archived from the original on 2022-02-03. İstifadə tarixi: 2022-05-10.
- ↑ Yaqublu, 2005. səh. 147
- ↑ "Dr. Mehmet Kengerli'yi Kaybettik" (PDF) (türk). azerbaycankulder.org. iyul-avqust 2006. səh. 4. 07.01.2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 03.02.2022.
- ↑ Nəsiman Yaqublu. Qafqaz İslam Ordusu Azərbaycanda (PDF). Bakı: Ol. 2013. səh. 198. ISBN 978-9952-484-53-3. 2023-02-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-24.
- ↑ "Doktor Məhəmməd Kəngərli 17 Avqust 2006 tarixində Haqqın rəhmətinə qovuşdu". azerphoto.com. 2006. 8 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.
- ↑ Fahrettin Gülseven. "Azerbaycan ve Türklük Sevdalısı, Dr. Mehmet Kengerli'yi Ebediyete Uğurladık" (PDF) (türk). azerbaycankulder.org. iyul-avqust 2006. səh. 18. 07.01.2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 03.02.2022.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Nəsiman Yaqublu. Azərbaycan legionerləri (PDF). Bakı: Çıraq nəşriyyatı. 2005. səh. 227.