Macarıstan Xalq Respublikası (1949-1989) — Vikipediya
Sosialist Respublikası | |||||
Macarıstan Xalq Respublikası | |||||
---|---|---|---|---|---|
Magyar Népköztársaság | |||||
| |||||
Macarıstan himni | |||||
| |||||
Paytaxt | Budapeşt | ||||
Dilləri | Macar dili | ||||
Rəsmi dilləri | Macar | ||||
Valyuta | Macarıstan forinti | ||||
Ərazisi | 93 030 km² | ||||
Əhalisi | 10 397 959 (1989) | ||||
İdarəetmə forması | bir partiyalı parlament respublikası | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq bloku |
---|
Macarıstan Xalq Respublikası (mac. Magyar Népköztársaság) — 1949-cu il 20 avqustdan[1] 1989-cu il 23 oktyabra qədər Macarıstanın rəsmi adı.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaranma tarixi
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsi zamanı Macarıstan nasist blokunun tərəfində idi, onun qoşunları SSRİ-nin ərazisinin işğalında iştirak edirdilər. 1944—1945-ci illərdə macar qoşunları darmadağın edildi, onun ərazisi isə sovet qoşunları tərəfindən tutuldu. Müharibədən sonra ölkədə Yalta konfransında nəzərdə tutulduğu kimi azad seçkilər keçirildi və bu seçkilərdə Kiçik Kənd Təsərrüfatı Sahibləri Partiyası (57%) qalib gəldi. Kommunistlərin və sosial-demokratların koalisiyası cəmi 34 % səs aldı. Amma sovet marşalı Kliment Voroşilovun rəhbərlik etdiyi müttəfiqlərin nəzarət komissiyası tərəfindən qurulan koalisiya hökuməti qalib gələn çoxluğa kabinetdəki yerlərin yarısını verdi, əsas vəzifələr isə kommunistlərin əlində qaldı.
10 fevral 1947-ci ildə macar və sovet hökumətləri arasında sülh müqaviləsi imzalandı. Baş nazir Ferents Nad İsveçrəyə rəsmi səfərə yollandı və orada həm öz vəzifəsindən, həm də vətənə geri dönməkdən imtina etdi. Sovet qoşunlarının dəstəyindən istifadə edən kommunistlər müxalifət partiyalarının liderlərinin çoxunu həbs etdilər və 1947-ci ildə yeni seçkilər keçirdilər. 1949-cu ildə artıq ölkədə bütün hakimiyyət kommunistlərin əlində idi. Macarıstanda Matyaş Rakoşinin rejimi yaradıldı. Kollektivləşdirilmə siyasəti həyata keçirildi, müxalifətə, kilsəyə, zabitlərə, keçmiş rejimin siyasətçilərinə və digər narazılara qarşı kütləvi repressiyalara başlanıldı, Kommunistlərin partiyadaxili təmizlənməsi prosesinə də start verildi. İlk qurbanlardan biri daxili işlər naziri Laslo Rayk oldu. Onun xələfi Yanoş Kadar da dəmir barmaqlıqlar arasına salındı.