Maks Abraham — Vikipediya
Maks Abraham | |
---|---|
Doğum tarixi | 26 mart 1875[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1922[1][2][…] (47 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Elm sahəsi | fizika |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbəri | Maks Plank |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Maks Abraham (alm. Max Abraham; 26 mart 1875[1][2][…], Qdansk, Prussiya[3] – 16 noyabr 1922[1][2][…], Münxen[3]) — yəhudi əsilli Almaniya nəzəri fiziki.
1897-ci ildə Berlin Universitetini bitirmiş və burada Maks Plankın köməkçisi kimi çalışmışdır. Riyazi fizika, elektrodinamika, elektron nəzəriyyə, cazibə nəzəriyyəsi sahəsində əsas əsərlər yazmışdır. 1902–1903-cü illərdə elektronun quruluşu haqqında ilk fərziyyəni irəli sürmüşdür. Elektron impuls anlayışını təqdim etmiş, elektronun elektromaqnit kütləsinin sürətdən asılılığının düsturunu vermişdir. O, 1912-ci ildə Nyutonun nəzəriyyəsini ümumiləşdirən, lakin Eynşteynin cazibə və ətalət qüvvələrinin ekvivalentliyi prinsipini nəzərə almayan cazibə qüvvəsi nəzəriyyəsini irəli sürmüşdür.[4]
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Храмов Ю. А. Абрагам, Макс // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 6. — 400 с. — 200 000 экз.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Max Abraham // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #116003979 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Энциклопедический словарь. 2009. АБРАГАМ Макс.