Maxta nekropolu — Vikipediya

Maxta nekropoluNaxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid arxeoloji abidə.

Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilmişdir. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpə tipli qab) sınığı saxlanmışdır. Abidənin II – III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki, ətraflı tədqiq edilməmişdir.[1]

  1. Maxta Kültəpəsi məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 294