Nağı Axundov — Vikipediya
Nağı Axundov | |
---|---|
1983 – 1985 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Partiya | Kommunist partiyası |
Hərbi xidmət | |
Döyüşlər |
Nağı Axundov (dekabr 1920, Salyan, Salyan qəzası) — Bərdə Şəhər Partiya Komitəsinin birinci katibi.
Həyatı
[redaktə | mənbəni redaktə et]1920-ci ilin dekabr ayında Salyan şəhərində anadan olmuşdur. O, 1935-ci ildə 1 nömrəli orta məktəbi bitirdikdən sonra Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş, 1939-cu ildə həmin texnikumu bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Dağlıq Qarabağ Muxtar Vilayətində işə başlamışdır. 1939-cu ilin sentyabr ayında ordu sıralarına çağırılmış, iki orta hərbi məktəb bitirmiş, leytenant rütbəsində orta tank tağımının komandiri kimi Kursk məntəqəsində vuruşmuş, 1943-cü ilin iyulunda ağır yaralanandan sonra Sovet ordusu sıralarından tərxis olunmuşdur.
1944-1951-ci illərdə Salyan rayonunda sovet və partiya işlərində çalışmışdır. 1951-ci ildən Azərbaycan KP Salyan Rayon Komitəsinin katibi, ikinci katibi olmuşdur. 1958-1962-ci illərdə Salyan Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, partiya məktəbində oxumuşdur. 1963-cü ildən Bərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş, daha sonralar yenidən Salyan Rayon İcraiyyə Komitəsinin sədri, Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi və 1965-ci ildən Azərbaycan KP Puşkin PK-nin birinci katibi vəzifələrində çalışmışdır.[1]
Salyan Rayon Partiya Komitəsinin katibi, ikinci katibi, rayon icraiyyə komitəsinin sədri vəzifələrində çalışdı. Sov.İKP MK-nın Ali Partiya Məktəbini bitirdikdən sonra Bərdə Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Sonrakı dövrlərdə Salyan Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi, Puşkin (indiki Biləsuvar) Rayon Partiya Komitəsinin birinci katibi, Tovuz Rayon İcraiyyə Komitəsinin sədri, Üzümçülük və Şərabçılıq Komitəsində, Pambıqçılıq İdarəsində şöbə müdiri, idarə rəisi və digər vəzifələrdə işlədi. Nağı Axundov 1965-1970-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-15.
- ↑ "Seyran CAVADOV. Cəbhədən cəbhəyə. Azərbaycan.- 2010.- 8 may.- S. 13". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.