Pataqoniya səhrası — Vikipediya
Pataqoniya səhrası | |
---|---|
Temperatur | |
• Orta illik | 5-13,4 °C |
• İllik yağıntı | 200-qədər |
Yerləşməsi | |
46°21′00″ c. e. 69°22′00″ q. u.HGYO | |
Yerləşdiyi yer | Cənubi Amerika |
Ölkə | Argentina |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Pataqoniya səhrası (Pataqoniya səhrası və ya Pataqoniya çölü) — qum və daşlıqdan ibarət olan, Cənubi Amerika ərazisində yerləşən səhra. Şimaldan Monte səhrası ilə sərhədlənir.
Fiziki-coğrafi xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Pataqoniya səhrası Atlantik okeanı boyunca 1600 km məsafədə uzanır. Əsasən Pataqoniya platosu ərazisində 600—800 metr hündürlükləri arasında yerləşir. Səhranın cənubu And dağlarının şərq ətəkləri boyunca Argentina ərazisinə qədər uzanır. Səhranın sahəsi 400 000 km² təşkil edir. Bu hissədə Cənubi Amerika ərazisinə hava axını hərəkət edir. Pataqoniya səhrası yeganə səhradır ki, okeanın sahilində olmaqla bərabər materikin şərqində yerləşir. Andlardan başlayan çaylar səhranı yararaq okeana tökülür. Yarımsəhra ərazisi 0 – 2000 m arasında yerləşir.
Relyef
[redaktə | mənbəni redaktə et]Pataqoniya özünəməxsus relyefə malikdir. Sıldırımlı qayalar və dərin kanyonlara malikdir. 2000 metrdən 100-150 metrə qədər pilləvari eniş müşahidə edilir. 1200-1500 metr hündürlüyə malik platolar dərin kanyonlarla parçalanmışdır. Səhranın ən dərin kanyonlarından biri Rio-Kolorado çayı əmələ gətirir[1].
İqlim
[redaktə | mənbəni redaktə et]İqlimi olduqca quraqdır. İllik yağıntının 200 mm-dir. İllik orta temperatur 5 - 13,4 °C, orta minimal temperatur 1,7 - 8 °C, minimal temperatur -5,4 ; -24,5 °C arasında dəyişir. İl boyu qərbdən quru soyuq küləklər əsir. Günlük aşağı temperatur -1°-3 °C-dir. Qış ayları qar yağır. Şaxtalar hər ay müşahidə edilir. Qış aylarının orta temperaturu +3 °C təşkil edir.
Soyuq Folklend cərəyanı Atlantik okeanından Pataqoniya səhrasına daxil olaraq aridliyi artırır. Rio-Kolorado rayonu ərazisində günlük temperatur 31 °C-dir.
Flora və Fauna
[redaktə | mənbəni redaktə et]Nisbətən rütubətli ərazilərdə Qırtıckimilər, Stipa, Poa, Azorella kimi bitkilər bitir. Heyvanlar aləmi müxtəlifdir. Burada: Zaedyus pichiy, Dolichotinae, Ctenomys, çöl Laması (Pataqoniyanın yeganə cütdırnaqlısı), Argentina boz tülküsü, Puma, Lyncodon patagonicus kimi məməlilərinə rast gəlinir. Quşlardan isə Mağara bayquşu və Nandunu görmək olar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Pataqoniyanın bitki aləmi". 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-30.