Bestasqum — Vikipediya
Bestasqum səhrası | |
---|---|
qaz. Бестас құмы | |
Yerləşməsi | |
46°30′00″ şm. e. 77°00′00″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
| |
|
Bestas qumı (yəni Beşdaş qumu) (qaz. Бестас құмы (Bestas qumı)) — Qazaxıstanın Almatı vilayətinin şimalında yerləşən qumlu səhra.
Səhra Balxaş-Alagöl dərəsində yerləşir. Balxaş gölünün cənubunda, Sarıyesik-Atırau səhrasının şimalında qərarlaşır. Maksimal hündürlüyü 381 m, Balxaş gölünün sahilində isə minimal hündürlüyü 342 metr[1] təşkil edir.
Şərqi Qaratal çayının sahinində yerləşən vahə (oazis) vardır. Burada dyunların hündürlüyü 3-5 metrdən 30 metrə çatır. Balxaşdan uzaqlaşdıqca ara-sıra güzlü göllərə rast gəlmək olar[2].