Tar (səhra) — Vikipediya

Tar səhrası
hind. थार मरुस्थल
Tar səhrası
Tar səhrası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 457 m, 61 m
Sahəsi 446,000 km²
Uzunluğu 850 km
Eni 485 km
Yerləşməsi
26°59′00″ şm. e. 71°00′00″ ş. u.HGYO
Ölkələr
Tar səhrası xəritədə
Tar səhrası
Tar səhrası
Tar səhrası (Asiya)
Tar
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tar səhrası (hind. थार मरुस्थल) (və ya Marustxalli, Böyük hind səhrası) — Hindistanın şimal-qərbində və Pakistanın cənub-şərqində yerləşir. Sahəsi 446-min km² təşkil edir. Səhranın uzunluğu 850 km, eni 485 km təşkil edir. Səhra Hindistanın Pacastxan, Bikaner, Çuru, Şri-Qanqanaqar, Xanumanqarx vilayətləri və Xaryana və Pəncab ştatları ərazisini əhatə edir. Pakistanın isə Sind və Pakistan[1] Pəncabı ərazilərini əhatələyir. Pakistanda səhra Xolistan səhrası adlandırılır.

Tropik iqlimə malikdir. İl ərzində 90 mm yağıntı düşür. Şərqdə isə mussonlar zamanı 200 mm yağıntı düşə bilir. Qum tufanları müşahidə edilir. Səhrada olan göllərin suyunun səviyəsi isti aylarda kəskin enir və quruyaraq takırlar əmələ gətirir. Qrunt sularının səthə yaxınlığı səbəbindən soranlıqlar üstünlük təşkil edir. Səhrada əsasən akasiyalar, cuzqunlar və digər bitkilər bitir. Hind çayının axdığı düzənlik boyunca oazislərə rast gəlinir. Tar səhrasında bitki örtüyü dihər səhralara nisbətən zəngindir[2]

Hindistanda Tar səhrasının sərhədləri: şimal-qərbdə Satlec düzənliyi, şimal-şərqdə Aravalli silsiləsi, cənubda Böyük Kaç Ranna şoranlıqları, qərbdə Hind çayı. Şimal hissədə çöllüklərlə əhatələnir. Pakistanda isə Tarparkar rayonu ərazisində yerləşir (bu isə «Tar səhrasının digər hissəsi» anlamında işlədilir). Parkarın qərb hissəsi əkin sahələri ilə zəngin olsa da, şərq hissədə bir damcı belə su yoxdur. Bu hissədə 100–500 mm arası yağıntı düşür. Yağıntılar iyun-sentyabr aylarına təsadüf edir.

Tar səhrası qumlu səhralara aiddir. Səhranın şimalı subtropik, cənub hissə isə subtropikdir. Ərazisi demək olar ki, düzənlik ərazilərdən ibarətdir. Onun ərazisi Hind düzənliyi və Kaç Ranna soranlıqlarını əhatə edir. Şərqdən qərbə hündürlük ardır və 175 m təşkil edir. Orta hündürlük 100–200 m arasında dəyişir.

Səhra alleyuvial qumluqlardan ibarətdir. Səhranın səthini üç tipə bölmək olar. Birinci tip: dyunlər düz xətt üzrə uzanır. Bu tipə daxil ərazilər əsasən cənub, qərb ərazilərdə müşahidə edilir. İkinci tip: dyunlər doqquşmalar əmələ gətirir. Bu tip səhranın şərq, cənub hissələrinə xasdır. Bu tiplərin yaranmasının əsas səbəbi küləklər və onların əsdiyi istiqamətdir. Barxanlar isə səhranın mərkəz hissəlırində yayılmışdır. Dyunlər cənubda 154 metr hündürlüyə malik olduğu halda şimalda cəmi 15 metr təşkil edir[3].

Səhrda iki əsas dyun xətti vardır. Onlardan birincisi 50–100 km enə malik olaraq Hindistanın Anupqarx şəhərinə qədər istiqamətlənir. Bu xəttin dyunləri 10–15 m hündürlüyə malik olur. İkinci xətt isə 75–125 km məsafədə izanır.

İqlimi quru, kontunental subtropik iqlimə malikdir. İllik günəş radiasiyasının miqdarı 200-220 kkal/kv təşkil edir. Yayda temperatur +40° S təşkil etdiyi halda qışda +22...28° S olur. Orta temperatur yauda +24° S, qışda + 4° S olur.

Havada olan rütübət yayda 36-50% olduğu halda mussonlar dönəmində 66-78 % təşkil edir. Buxarlanmanın miqdarı il ərzində 3000 mm olur. İllik yağıntınnın miqdarı 105-500 arasında dəyişir. Yağıntılar əsasən iyun-sentyabr ayları ərzində baş verir. Bəzi hissələr vardır ki, iki il müddətində yağıntı düşmür. Qum fırtınaları şimal-qərbdə iyunda, cənub və cənub-şərqdə may ayı ərzində baş verir. Qum fırtınaları il ərzində ortalama 27 gün davam edir.

Güclü buxarlanma və yağıntının azlığı faktiki səthdə suyun daimi qalmasını mümkünsüz edir. Üstəlik qrunt suları çox dərində yerləşir (30–120 m). Bəzi hissələrdə şor göllər və şoranlıqlar vardır. Bəzi rayonlarda artezian quyularından istifadə edirlər. Səhranın 24% İndira Qandi adı verilən kanalı vastəsi ilə suvarılır.

Səhranın xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tar səhrasının yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi alimlər səhranın 1 milyon il öncə yaranmışdır. Bəzi alimlər isə aridliyin yaranmasını daha əvvəllərə aid edirlər.

  1. Sinha, R. K., Bhatia, S., & Vishnoi, R. (1996). Desertification control and rangeland management in the Thar desert of India. RALA Report No. 200: 115–123.
  2. "Tar səhrasının təbiəti". 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  3. "Dyunlar". 2014-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.