Qarabağ iqtisadi rayonu — Vikipediya

Qarabağ iqtisadi rayonu

Qarabağ iqtisadi rayonuAzərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri daxildir.[1] Sahəsi 7330 km²-dir. 2020-ci ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da Azərbaycanın ümumi əhalisinin 8,94%-ni təşkil edir.[2]

1991-ci ildən 2021-ci ilə qədər Yuxarı Qarabağ iqtisadi rayonu adlandırılırdı. İqtisadi rayon Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli inzibati rayonlarını və Xankəndi şəhərini əhatə edirdi. 2020-ci ildən Tərtər, Xocavənd, Xocalı və Şuşa rayonunun bir hissəsi və Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarəti altındadır. Azərbaycan 1 dekabr 2020-ci ildən sonra Ağdam, Cəbrayıl, Füzuli rayonlarının hamısını və Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonlarının bir hissəsinə nəzarət edir. Qarabağ iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur[3][4].

Hasilat: Qarabağ iqtisadi rayonunun əsas təbii sərvətləri polimetal filizləri, neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı) təşkil edir. Meşələrdə tapılan müxtəlif ağac növləri ağac emalı müəssisələrinin inkişafına kömək edir.

Sənaye: yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır. Qida sənayesinin əsas qolları şərabçılıq, müxtəlif kənd təsərrüfatı məhsulları və konserv məhsullarının istehsalıdır.

Kənd təsərrüfatının sahələri: üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıqtütünçülük. Bölgədə meyvə, kartof, bağçılıq bitkiləri də yetişdirilir. Bölgədə ipəkçiliyin inkişafına kömək edən tut bağları geniş yayılmışdır. Heyvandarlıq xüsusilə inkişaf edir, əsasən ətlik və südlük heyvandarlıq, ət və yun heyvandarlığı yüksək dağlıq ərazilərdə inkişaf edir.[5]

Turizm: təbii balneoloji ehtiyatlar, meşələr, mineral bulaqlar (Turşsu, Şirlan) istirahət və müalicə üçün əlverişlidir.

  1. "Ильхам Алиев подписал указ о новом делении экономических районов Азербайджана". vestikavkaza.ru (rus). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  2. "Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-29.
  3. "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". president.az (az.). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  4. Сабина Шихлы Sputnik Азербайджан. "Президент утвердил новое деление экономических районов АР". Sputnik Азербайджан (rus). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  5. "YUXARI QARABAĞ İQTİSADİ-COĞRAFİ RAYONU". gsaz.az (az.). 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.