Qorxunc ölülər 2 — Vikipediya
Qorxunc ölülər 2 | |
---|---|
ing. Evil Dead 2 | |
Janr | Qorxu filmi |
Əsas mövzu | fövqəltəbiilik[1] |
Rejissor | Sem Reymi |
Prodüserlər | Robert Teypert Brüs Kempbell Aleks De Benedetti İrvin Şapro |
Ssenari müəllifləri | Sem Reymi Skott Şpiqel |
Baş rollarda | Brüs Kempbell Sara Berri |
Operator | Piter Diminq |
Bəstəkar | Cozef LoDuka |
Rəssamlar | Rendi Bennett Filip Daffin Elizabet Mur |
Distribütor | Netflix |
İlk baxış tarixi | 13 mart 1987 |
Filmin növü | Qara komediya |
Müddət | 84 dəqiqə |
Büdcə | $3,600,000 |
Gəlir | $10,900,000 |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1987 |
Əvvəlki film | Qorxunc ölülər |
Sonrakı film | Qaranlığın ordusu |
Rəng | rəngli |
Çəkiliş yeri | Şimali Karolina[1], Detroyt[1] |
IMDb | ID0083907 |
Qorxunc ölülər 2 (ing. Evil Dead 2) – 1987-ci ildə çəkilən Qorxu filmi janrında çəkilən ABŞ filmidir. Filmin rejissoru və ssenaristi Sem Reymidir.
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmin əvvəlində ilk filmin xülasəsi göstərilir. Bu xülasədə yalnız Eş Vilyams və sevgilisi Linda göstərilir. Onlar tətillərini meşədə tərk edilmiş bir daxmada keçirmək qərarına gəlirlər. Eş daxmada olduğu müddətdə burada daha əvvəl yaşayan arxeologiya professorunun yazdığı səsyazmasını dinləyir. Professor səs qeydində arxeoloji qazıntı zamanı tapdığı "Nekronomikon" (ing. Book of The Dead — Ölülərin Kitabı) adlı kitabdan bəhs edir. Kitabdakı sehrli sözlərin oxunması zamanı kabuslar sərbəst buraxılır. Kabusların təsirinə məruz qalan Linda iblisə çevrilir və Eş onu öldürməyə məcbur olur. Ardınca Eş Lindanı basdırır.
Xülasə sona yetən zaman filmin davamı başlayır. Eşi təqib edən kabuslar günəşin doğması ilə müvəqqəti olaraq yoxa çıxırlar. Eş meşədən çıxmaq üçün yol axtarmağa başlayır və daha əvvəl meşəyə əsas giriş olan körpünün yıxıldığını görür. Bu zaman günəş buludlar arasında yoxa çıxır və kabuslar yenidən peyda olurlar. Onlar Eşi təqib etməyə başlayırlar. Eş daxmaya qayıdan zaman burada da Lindanın məzardan çıxan cansız bədənini müşahidə edir. Bu vaxt sağ əli idarədən çıxdığı üçün Eş, onu mişar ilə kəsmək məcburiyyətində qalır.
Eş daxmada qorxunc ruhlarla mübarizə apararkən professorun qızı olan Enni arxeoloji qazıntıda "Nekronomikon" kitabının digər hissələrini tapmışdır. Dostu Ed və iki rəhbərlə birlikdə atasının daxmasına doğru yol çıxırlar. Bu müddətdə Eş artıq havalanmağa başlayır. Enni və digər heyət üzvləri daxmaya girən zaman yerdəki qanlı mişarı görüncə, Eşi professorun qatili zənn edərək, onu daxmanın altındakı zirzəmidə dustaq saxlayırlar. Bu zaman Eşə qorxunc ölü hücum edir. Ardınca onlar Eşə inanıb zirzəmidən çıxarırlar. Bir müddət sonra Ed, kabusların təzyiqinə məruz qalaraq iblisə çevrilir və sonda Eş tərəfindən öldürülür. Heyət üzvü olan Bobbi Coe buranı tərk edir və meşəyə üz tutur, lakin meşədə ağacların hücumuna uğrayır. Digər heyət üzvü Ceyk isə daxmaya geri dönməyən Bobbi Coeyi axtarmaq üçün Eş və Ennini silah gücü ilə çölə çıxarır. Bu zaman Eş kabusların təzyiqinə məruz qalaraq iblisə çevrilir Ceyki bir ağaca atır. Enni qaçaraq daxmaya geri dönür. Daxmada qapının sürətlə döyülməsini eşidən Enni qapını açaraq bıcağı Eşə vurmaq istəyir, lakin bu zaman bıcaq Ceykə dəyir. Enni onu xilas etməyə çalışsa da, gözlənilmədən zirzəmidən qorxunc ölü çıxır və Ceyki zirzəmiyə doğru apararaq öldürür. Eş isə Enni yerə tullayır və bu zaman sevgilisi Lindanın boyunbağısını görərək normal hala dönür.
Eş Enninin köməyi ilə motorlu mişarı xarici görünüşünü dəyişdirib qoluna taxır. Enni kabusları gəldikləri yerə göndərmək üçün "Nekronomikon" kitabının digər hissələrini oxumağa başlayır. Bu müddətdə Enni Eşin daha əvvəl kəsmək məcburiyyətində qaldığı sağ əli tərəfindən bıçaqlanır, amma Enni ölməmişdən əvvəl sehrli sözləri bitirərək hər şeyi içinə çəkən zaman girdabı meydana gətirir. Eş və avtomobili girdab tərəfindən udulur.
Eş zaman içində geriyə, 13-cü əsrə göndərilir. Burada bir qrup cəngavər tərəfindən götürülür və iblisə bənzəyən varlığın yaşadığı çuxura atılır. Eş onu tüfəngiylə öldürün zaman əhali tərəfindən ölkəni qurtarmağa gələn qəhrəman kimi qarşılanır. Bu səhnədə filmin ikinci seriyası bitir.
Rollarda
[redaktə | mənbəni redaktə et]Ad | Rol | Qeydlər |
---|---|---|
Brüs Kempbell | Eşş Vilyams | Baş qəhrəman |
Sara Berri | Enni Noubi | Professor Noubinin qızı |
Den Hiks | Ceyk | |
Kessi DePayva | Bobbi Coe | titrdə Kessi Uesli kimi göstərilib |
Riçard Domayer | Ed Getli | |
Ted Reymi | Henriettanın təsiri altındakı şəxs | |
Con Piks | Professor Reymond Noubi | |
Lou Henkok | Henrietta Noubi | |
Denis Biksler | Linda | |
Coş Beker | Feyk Şemp | |
Skott Şpigel | Feyk Şemp | |
Toni Elvud | Baqajdakı meymun | titrdə göstərilməyib |
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Filmin digər adı: Qorxunc ölülər 2: Sübhə qədər ölülər (ing. Evil Dead 2: Dead by Dawn).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qorxunc ölülər 2 — Internet Movie Database saytında
- ↑ 1 2 3 Evil Dead II (ing.). 1987.