Qoturbulaq (Krasnoselo) — Vikipediya

Qoturbulaq
40°42′ şm. e. 45°18′ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Çəmbərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.741 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 942 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qoturbulaq xəritədə
Qoturbulaq
Qoturbulaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QoturbulaqÇəmbərək (Krasnoselo) rayonunda kənd.

Qoturbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir.

Müalicəvi əhəmiyyətli bulağın yaxınlığında salındığı üçün kənd Qoturbulaq adlandırılmışdır. Xəstə olan, qotura tutulan həmin sudan istifadə edirmiş. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Sonradan kəndin adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.

1918-1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür.

SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd, Martuni və Orconokidze.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]