Rikkardo Cakkoni — Vikipediya

Rikkardo Cakkoni
it. Riccardo Giacconi
Doğum tarixi 6 oktyabr 1931(1931-10-06)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 9 dekabr 2018(2018-12-09)[4][5] (87 yaşında)
Vəfat yeri
Elm sahələri astrofizika[1], fizika, astronomiya[1], Kosmik şüalar[1]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları NASA Exceptional Scientific Achievement Medal "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Fizika üzrə Nobel mükafatı
Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rikkardo Cakkoni (6 oktyabr 1931[2][3][…], Genuya, İtaliya krallığı[7]9 dekabr 2018[4][5], San-Dieqo, Kaliforniya) – italyanAmerika fizikiastronomu. Nobel mükafatı laureatı (2002).

Milan Universitetini bitirmişdir (1954). İndian və Prinston universitetlərində (1956–59), "American Science and Engineering" tədqiqat kompaniyasında (1959–73), Harvard Universitetinin Astrofizika mərkəzində (1973–81) işləmişdir. Kosmik teleskop İnstitunun ilk direktoru (1981–92) olmuşdur.

Avropa Cənub rəsədxanasının baş direktoru (1993–99) işləyərkən "Çox böyük teleskopun" (Very Large Telescope) yaradılmasına rəhbərlik etmişdir. ALMA submillimetr diapazonlu yaradılması layihəsinin rəhbərlərindən biridir. Əsas tədqiqatları elementar zərrəciklər fizikası, kosmik şüalar fizikası, rentgen astronomiyasına aiddir. 1960-cı ildə B. Rossi ilə birlikdə rentgen teleskopunun layihəsini təklif etmişdir. "Uxuru" (1970) və "Eynşteyn" (1978) ilk kosmik rentgen rəsədxanalarının elmi proqramlarına rəhbərlik etmiş, "Çandra" kosmik rentgen teleskopunun yaradılmasına təşəbbüs göstərmişdir (1999). K. Şvartsşild medalı ilə təltif olunmuşdur (Almaniya 2004).

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Riccardo Giacconi // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Riccardo Giacconi // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 http://www.esa.int/Our_Activities/Space_Science/Riccardo_Giacconi_1931_2018.
  5. 1 2 Riccardo Giacconi // Munzinger Personen (alm.).
  6. 1 2 3 4 NNDB (ing.). 2002.
  7. 1 2 Deutsche Nationalbibliothek Record #128167173 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.