Roman Saleh — Vikipediya
Roman Saleh | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Raman Sergeyeviç Saley | |||||||||||||||||||||||||
Vətəndaşlığı | Belarus → Azərbaycan | |||||||||||||||||||||||||
Doğum tarixi | 27 fevral 1994 (30 yaş) | |||||||||||||||||||||||||
Medallar
| ||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Raman Sergeyeviç Saley və ya Salei (27 fevral 1994) — belarusəsilli Azərbaycan para-üzgüçüsü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Raman Saleh 1994-cü il fevralın 27-də anadan olub. Qardaşı Dmitri Saley də para-üzgüçüdür.
Karyerası
[redaktə | mənbəni redaktə et]2016-cı il Paralimpiadası
[redaktə | mənbəni redaktə et]Raman Saley və qardaşı Dmitri Saley 2016-cı il XI Yay Paralimpiya Oyunlarında çıxış etmişlər. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirinin[1][2] təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərmiş və 7 para-üzgüçü arasında 2-ci pillənin sahibi olmuşdur. "C" qrupunda mübarizə aparan Raman Saley isə 58.40 saniyə nəticə ilə qrupda 7 para-üzgüçü arasında 3-cü yer tutmuşdur. Nəticədə həm Dmitri Saley, həm də Raman Saley final mərhələsinə adlamışlar.[2] Final mərhələsində Raman 58.11 saniyə nəticə göstərir və dördüncü pillənin sahibi olur. Dmitri isə 58.16 saniyə nəticə ilə turniri beşinci pillədə başa vurur.[2]
Sentyabrın 10-da isə 200 metr məsafəyə qarışıq üsulla üzmə turniri başlayır.[3][4] Bu turnirdə çıxış edən Raman Saley təsnifat mərhələsində 2:18.36 dəqiqə nəticə ilə üçüncü pillənin sahibi olur. Bu nəticəyə əsasən R. Saleh final mərhələsinə vəsiqə qazana bilmir.[4] Dmitri Saley isə 2:16.30 dəqiqə nəticə göstərdi və qrupda birinci yer tutur. Bununla da D. Saley final mərhələsinə vəsiqə qazanır.[4] Final mərhələsində D. Saleh 2:12.82 dəqiqə nəticə göstərir və 8 para-üzgüçü arasında 4-cü pillənin sahibi olur.[4]
Sentyabrın 12-də 400 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin[5][6] təsnifat mərhələsində mübarizə aparan Raman Saley 4:12.82 dəqiqə nəticə göstərməklə üçüncü pillənin sahibi olur. Bununla da Raman final mərhələsinə adlayır.[6] Final mərhələsində isə R. Saleh 4:18.34 dəqiqə nəticə göstərir və 8 pataüzgüçü arasında 7-ci pillənin sahibi olur.[6]
Sentyabrın 13-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutur.[7][8] Təsnifat mərhələsində mübarizə aparan Dmitri Saley 1:08.68 dəqiqə nəticə ilə birinci pillənin sahibi olur. Bu nəticəyə əsasən Dmitri final mərhələsinə adlayır.[8] Final mərhələsində isə D. Saleh 1:08.80 dəqiqə nəticə göstərir və 8 para-üzgüçü arasında Belarus nümayəndəsi Uladzimir İzotaudan sonra turniri 2-ci pillədə başa vurur. Bununla da Dmitri Saleh Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib olur.[8] Bununla da Dmitri Saley Azərbaycan Paralimpiya Oyunları tarixində medal qazanan ilk kişi para-üzgüçü olur.
Sentyabrın 14-də keçirilən 100 metr məsafəyə arxası üstə üzmə turnirinin[9][10] təsnifat mərhələsində Raman Saley 1:01.58 dəqiqə nəticə ilə birinci pillənin, qardaşı Dmitri Saleh isə 1:02.62 dəqiqə nəticə ilə üçüncü pillənin sahibi olur. Bununla da həm Roman, həm də Dmitri final mərhələsinə vəsiqə qazanırlar.[10] Final mərhələsində Dmitri 1:02.70 dəqiqə nəticə göstərir və turniri altıncı pillədə başa vurur.[10] Raman isə 1:00.90 dəqiqə nəticə göstərir və 2-ci pillənin sahibi olur. Bununla da Raman Saley də qardaşından sonra XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib olur.[10]
Sentyabrın 15-də 100 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin[11][12] təsnifat mərhələsində Raman Saley 54.32 saniyə, qardaşı Dmitri isə 52.82 saniyə nəticə göstərir. Bu nəticələrə əsasən sadəcə Dmitri Saley final mərhələsinə vəsiqə qazana bilir.[12] Dmitri final mərhələsində uğurlu nəticə göstərə bilmir. O, 54.72 saniyə nəticə göstərir və 8 para-üzgüçü arasında sonuncu, 8-ci pillədə qalır.[12]
Sentyabrın 17-də isə 50 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutur.[13][14] Dmitri Saley 24.40 saniyə, qardaşı Raman Saley isə 24.42 saniyə nəticə göstərirlər. Bununla da həm Raman, həm də Dmitri final mərhələsinə adlayırlar.[14] Final mərhələsində R. Saleh 24.45 saniyə nəticə göstərir və turniri dördüncü pillədə başa vurur.[14] Qardaşı Dmitri isə 24.48 saniyə nəticə göstərir və növbəti dəfə XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib olur.[14]
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Raman Sergeyeviç Saley 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[15]
2020-ci il Paralimpiadası
[redaktə | mənbəni redaktə et]Daha sonra Raman Saley 2021-ci ildə XII Yay Paralimpiya Oyunlarında mübarizə aparır. Avqustun 27-də 100 metr məsafəyə arxası üstə üzmə turnirində Raman Saley mübarizəyə başlayır. 8 para-üzgüçünün mübarizə apardığı final mərhələsində Raman Saley 1:00.30 dəqiqə nəticə göstərir və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olur.[16] Bununla da Raman Saley Azərbaycan Paralimpiada tarixində qızıl medal qazanan ilk kişi və ümumiyyətlə 2012-ci il London Paralimpiadasının qalibi olan Natali Proninadan sonra bu idman növü üzrə qızıl medala sahib olan ikinci paralimpiyaçı olur.
Daha sonra Raman Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirində mübarizə aparır.[17] Təsnifat mərhələsində 22.98 saniyə nəticə göstərən Raman Saley, 8 paralimpiyaçı arasında 3-cü pillənin sahibi olur və final mərhələsinə adlayır.[17] Bu mərhələdə isə R. Saleh 22.85 saniyə nəticə göstərir və turniri dördüncü pillədə başa vurur.[17]
Avqustun 31-də Raman Saley 100 metr məsafəyə sərbəst üsulla üzmə turnirində mübarizəyə başlayır.[18] Təsnifat mərhələsində 52.88 saniyə nəticə göstərən Roman, 4 para-üzgüçü arasında 2-ci pillənin sahibi olur və final mərhələsinə adlayır.[18] Final mərhələsində isə R. Saleh 52.68 saniyə nəticə ilə növbəti dəfə XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olur.[18] Bununla da Raman Saley paracüdoçu İlham Zəkiyev və paraatlet Oleq Panyutindən sonra 2 dəfə Paralimpiya Oyunlarının qalibi olmağı bacaran üçüncü Azərbaycan paralimpiyaçısı olur.[19]
Sonda Raman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində mübarizə aparır.[20] Beş idmançının mübarizə apardığı təsnifat mərhələsində Raman Saley 58.99 saniyə nəticə ilə birinci pillənin sahibi olur.[20] Bu nəticələrə əsasən Roman Saleh final mərhələsinə adlayır.[20] 8 paraidmançının mübarizə apardığı final mərhələsində Roman Saleh 56.80 saniyə nəticə göstərir və XVI Yay Paralimpiya Oyunlarında özünün üçüncü qızıl medalını qazanır.[20] Bununla da Raman Saley Azərbaycanın idman tarixinə, üç dəfə Paralimpiya Oyunlarının qızıl medalına sahib olan ilk idmançı kimi düşmüsdür.[21]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Raman Sergeyeviç Saley "Şöhrət" ordeni ilə təltif edilmişdir.[22]
2024-cü il Paralimpiadası
[redaktə | mənbəni redaktə et]Parisdə keçirilən 2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etmişdir. Saley S12 kateqoriyasında 100 metr məsafəyə arxasıüstə üzmə yarışında mübarizə aparmış, 1:00 67 nəticə ilə gümüş medalın sahibi olmuşdur.[23] O, S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə yarışında isə 53.65 nəticə ilə bürünc medal qazanıb.[24]
Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Roman Saleyə XVII Yay Paralimpiya Oyunlarında ikinci və üçüncü yeri tutduğuna görə 150 000 manat, məşqçisinə isə 75 000 manat pul mükafatı verilmişdir.[25] Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[26]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Butterfly S13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Роман Салей стал четвертым на Паралимпийских Играх, опередив своего брата Дмитрия Салея. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2016.
- ↑ International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 200 m Individual Medley SM13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей стал четвертым на Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
- ↑ International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 400 m Freestyle S13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Роман Салей уступил еще один шанс на медаль в финале Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
- ↑ International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Breaststroke SB12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей завоевал серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2016.
- ↑ International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Backstroke S12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 =Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Роман Салей завоевал серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 100 m Freestyle S13". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей стал последним в финале Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ International Paralympic Committee. "Swimming at the Rio de Janeiro 2016 Paralympic Games // Men's 50 m Freestyle S12". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Дмитрий Салей завоевал второе серебряную медаль Паралимпийских Играх. (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Второе золото Азербайджана на Паралимпиаде". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей опередил брата, но стал четвертым". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей завоевал еще одно золото Паралимпиады". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Роман Салей сравнялся с Ильхамом Закиевым и Олегом Панютиным". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Роман Салей выиграл третье золото". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Роман Салей установил рекорд Азербайджана на Паралимпийских играх". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.09.2021. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.
- ↑ "PARAÜZGÜÇÜMÜZ RAMAN SALEİ FRANSADA KEÇİRİLƏN PARİS-2024 YAY PARALİMPİYA OYUNLARINDA GÜMÜŞ MEDAL QAZANIB". Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. 2024-08-31. İstifadə tarixi: 2024-09-22.
- ↑ "PARİS-2024: RAMAN SALEİ BÜRÜNC QAZANIB". Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. 2024-09-04. İstifadə tarixi: 2024-09-22.
- ↑ "Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
- ↑ "Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.