Azərbaycan 2012 Yay Paralimpiya Oyunlarında — Vikipediya

Azərbaycan
2012 Yay Paralimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Paralimpiya Komitəsi
İdmançı sayı21 idmançı (6 idman növündə)
Bayraqdarİlham Zəkiyev (açılış mərasimi)
Medallar
Yer: 27




4 5 3 12
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022

Azərbaycan — 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 28 avqust-8 sentyabr tarixlərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında 21 idmançı ilə 6 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), üzgüçü Natali Pronina (bir qızıl və dörd gümüş), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin Elçin Muradov, Rza Osmanov, Oleq PanyutinVladimir Zayetsdən ibarət qrup (bürünc) medala sahib oldu.

XIV Yay Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 27-ci pillədə, medalların sayına görə isə 30-cu pillədə qərarlaşdı.

Medalçıların siyahısı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimovAfaq Sultanova, yüngül atlet Oleq Panyutin və üzgüçü Natali Pronina Paralimpiadanın qalib oldu.

Cüdo üzrə Azərbaycan yığması 2 qızıl və 1 bürünc medala sahibi oldu. Üzgüçülərdən ibarət yığma 1 qızıl və 4 gümüş medalla, yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla turniri başa vurdu.

Beş medala sahib olan üzgüçü Natali Pronina, bir Paralimpiada birdən çox medala sahib olan birinci Azərbaycan idmançısı oldu.

Komandanın yolasalma mərasimi

[redaktə | mənbəni redaktə et]

2012-ci il iyulun 3-də Birləşmiş Krallıqın London şəhərində baş tutacaq XXX Yay Olimpiya OyunlarıXIV Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu.[1][2] Mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı.[1][2]

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçisi Firdovsi Umudov, boks üzrə Azərbaycan yığmasının üzvü Vətən Hüseynli və para-atlet Hüseyn Həsənov çıxış elədi.[1][2]

Azərbaycan Prezidenti İlham Əliyevin 4 iyul 2012-ci il tarixli Sərəncamına əsasən Birləşmiş Krallıqn London şəhərində baş tutacaq XIV Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatı müəyyən edildi. Sərəncama əsasən, Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.

Komandanın heyəti

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunları zamanı

Azərbaycan XIV Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 21 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2008-ci ildə Pekin şəhərində (Çin) baş tutan Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olundu. Komandanın heyətində 21 idmançıdan 5-i qadın idi. Bundan əvvəl 2000, 2004 və 2008-ci illərdə baş tutan turnirdə Azərbaycanı təmsil edən yeganə qadın idmançı atıcı Yelena Taranova idi.

Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 8 nəfər və cüdoçular — 7 nəfər yer aldı.

Komandanın heyətində 21 idmançıdan 9 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 12 idmançıdan 2 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri Oleq Panyutin (yüngül atlet) və İlham Zəkiyev (cüdoçu).

Komandanın heyətində milliləşdirilən idmançılar yox idi. Komandanın ən gənc üzvü 22 yaşlı yüngül atlet Elçin Muradov, ən yaşlı üzvü isə 51 yaşlı atıcı Yelena Taranova oldu.

Azərbaycan bayrağını XIV Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2004 və 2008-ci illlərdə Paralimpiadanın qalibi olan cüdoçu İlham Zəkiyev apardı.

  • Q — növbəti mərhələyə adladı
  • DNS — mübarizə aparmadı

XIV Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-6 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Əkbər MuradovYelena Taranova.

Kişilərin 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Əkbər Muradov təsnifat mərhələsində 554 xal topladı və mərhələni 20-ci pillədə başa vurdu.[3] Bu nəticəyə əsasən Muradov final mərhələsinə vəsiqə qazana bilmədi.[3] Qadınların 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Yelena Taranova isə təsnifat mərhələsində 372 xal topladı və mərhələnini beşinci pillədə başa vurdu.[4] Bu nəticəyə əsasən Taranova final mərhələsinə adladı.[4] Final mərhələsində isə Yelena Taranova 465.8 xal topladı və turnirdə yeddinci pillənini sahibi oldu.[4]

25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində Əkbər Muradov 548 xalla 16-cı pillənin sahibi oldu, Yelena Taranova isə turnirdə mübarizə aparmadı.[5]

50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Əkbər Muradov 515 xalla 18-ci, Yelena Taranova isə 512 xalla 20-ci pillənin sahibi oldu.[6] Bu nəticələrə əsasən nə Muradov, nə də Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[6]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Kişilər
Əkbər Muradov 10 m., hava tapança, SH1
554
20
N/A
25 m., tapança, SH1
548
16
N/A
50 m., tapança, SH1
515
18
N/A
Qadınlar
Yelena Taranova 10 m., hava tapança, SH1
372
5 Q
465.8
7
25 m., tapança, SH1
DNS
N/A
50 m., tapança, SH1
512
20
N/A
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu
Ramin İbrahimov (soldan üçüncü) London Paralimpiadasının qızıl medalına sahib olan zaman

XIV Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlər 30 avqust-1 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 7 idmançı təmsil elədi: Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham ZəkiyevAfaq Sultanova.

Avqustun 30-də Ramin İbrahimov (-60 Kq.) və Bayram Mustafayev (-66 Kq.) mübarizə apardı. 2008-ci ildə baş tutan Paralimpiya Oyunlarında bürünc medalına sahib olan Ramin İbrahimov, Paralimpiadanın 1/8 final mərhələsi çərçivəsində Cənubi Koreya nümayəndəsi Min-Ya Li ilə üz-üzə gəldi və rəqibinə ipponla qalib gəldi.[7] 1/4 final mərhələsi çərçivəsində isə Ramin İbrahimov Fransa nümayəndəsi Kevin Villemont ilə üz-üzə gəldi.[7] Kevin Villemont ilə görüşdə Ramin İbrahimov rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[7] Bu mərhələdə onun rəqibi Yaponiya təmsilçisi Tahaahi Hirai ilə üz-üzə gəldi.[7] Həmin görüşdə Ramin İbrahimov növbəti dəfə rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[7] Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Li Xiaodonq oldu.[7] Final görüşündə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.[7]

Bayram Mustafayev isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Victor Rudenho üzərində qələbə qazansa da, 1/4 final mərhələsində Çin cüdoçusu Xu Jaoya məğlub oldu.[8] Xu Jao final görüşünə vəsiqə qazandığı üçün Bayram Mustafayev təsəlliverici qrupda mübarizə apardı.[8] Bu mərhələnin birinci görüşündə Bayram Mustafayev Əlcəzair nümayəndəsi Sid Əli Lamriya məğlub oldu və London Paralimpiadasını yeddinci pillədə başa vurdu.[8]

Afaq Sultanova London Paralimpiadasının qızıl medalına sahib olan zaman

Avqustun 31-də Rövşən Səfərov (-81 Kq.) və Afaq Sultanova (-57 Kq.) mübarizə apardı. Rövşən Səfərov turnirin 1/8 final mərhələsində 2000 və 2008-ci illərdə Paralimpiadaların qalibi olan Kuba nümayəndəsi İsao Kruz Alonso ilə üz-üzə gəldi.[9] Təcrübəli və titullu rəqibinə məğlub olan Rövşən Səfərov, London Paralimpiadasını onuncu pillədə başa vurdu.[9]

Qadınların turnirində mübarizə aparan Afaq Sultanova isə Azərbaycanın Paralimpiya Oyunları tarixində turnirdə debüt edən birinci qadın cüdoçu oldu.[10] Paralimpiadanın 1/4 final mərhələsində Afaq Sultanova Fransa nümayəndəsi Marin Kadu ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Afaq Sultanova rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı.[10] Bu mərhələdə onun rəqibi Türkiyə cüdoçusu Duyğu Çete oldu.[10] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əsas hissəsində qalib tərəf müəyyənləşmədi.[10] Qızıl xal uğrunda hissədə isə Afaq Sultanova rəqibinə qalib gəldi və Paralimpiadanın final görüşünə adladı.[10] Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Lusia da Silva Teixeyra oldu.[10] Həmin görüşdə Afaq Sultanova rəqibinə ipponla qalib gəldi və London Paralimpiadasının qızıl medalına sahib oldu.[10] Bununla Afaq Sultanova həm də Azərbaycanın Paralimpiya Oyunları tarixində qızıl medala sahib olan birinci qadın idmançı oldu.[10]

Sentyabrın 1-də isə daha üç cüdoçu — Tofiq Məmmədov (-90 Kq.), Kərim Sərdarov (-100 Kq.) və İlham Zəkiyev (+100 Kq.) mübarizə apardı. Tofiq Məmmədov turnirin 1/8 final mərhələsində Braziliya nümayəndəsi Roberto Santos ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu.[11] Nəticədə Tofiq Məmmədov Paralimpiadanı onuncu pillədə başa vurdu.[11]

Kərim Sərdarov da London Paralimpiadasında uğurlu mübarizə apara bilmədi.[12] 1/8 final mərhələsindəcə Almaniya cüdoçusu Oliver Upmana ipponla məğlub olan Kərim Sərdarov, London Paralimpiadasında onuncu pillənin sahibi oldu.[12]

Cüdo üzrə Azərbaycan yığmasının əsas medal ümidlərindən biri 2004 və 2008-ci illərdə Paralimpiya Oyunlarının qalibi olan İlham Zəkiyev idi.[13] İlham Zəkiyev turnirin 1/8 final mərhələsində Rusiya nümayəndəsi Heydər Heydərov ilə üz-üzə gəldi.[13] Həmin görüşdə təcrübəli və titullu İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın 1/4 final mərhələsinə adladı.[13] Bu mərhələdə onun rəqibi Yaponiya cüdoçusu Kento Masahi oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə ipponla məğlub oldu.[13] Kento Masahi turnirin final görüşünə vəsiqə qazandığına görə İlham Zəkiyev təsəlliverici qrupda mübarizə apardı.[13] Bu mərhələnin birinci görüşündə onun rəqibi Kanada nümayəndəsi Toni Valbi oldu.[13] Həmin görüşdə İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[13] Həlledici görüşdə onun rəqibi Braziliya cüdoçusu Villians Silva oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə vaza-ari fəndi ilə qalib gəldi və London Paralimpiadasının bürünc medalına sahib oldu.[13]

Ümumi nəticədə cüdo üzrə Azərbaycan yığması London Paralimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Medalların əyarına görə Azərbaycan cüdoçuları qeyri-rəsmi medal sıralanmasında üçüncü pillədə qərarlaşdı.

İdmançı
Yarış
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici qrup
Final / BM
Yer
1-ci görüş
2-ci görüş
Kişilər
Ramin İbrahimov -60 Kq.
Cənubi Koreya Li
Qəl. 101:000
Fransa Villemont
Qəl. 020:000
Yaponiya Hirai
Qəl. 020:000
N/A
Çin Li
Qəl. 101:000
Bayram Mustafayev -66 Kq.
Rusiya Rudenho
Qəl. 003:000
Çin Jao
Məğ. 000:001
N/A
Əlcəzair Lamri
Məğ. 000:102
N/A
7
Rövşən Səfərov -81 Kq.
Kuba Alonso
Məğ. 000:020
N/A
10
Tofiq Məmmədov -90 Kq.
Braziliya Santos
Məğ. 000:001
N/A
10
Kərim Sərdarov -100 Kq.
Almaniya Upmann
Məğ. 000:100
N/A
10
İlham Zəkiyev +100 Kq.
Rusiya Heydərov
Qəl. 100:000
Yaponiya Masahi
Məğ. 000:100
N/A
Kanada Valbi
Qəl. 100:000
Braziliya Silva
Qəl. 020:000
Qadınlar
Afaq Sultanova -57 Kq.
N/A
Fransa Kadu
Qəl. 100:000
Türkiyə Çete
Qəl. 002:000
N/A
Braziliya Teixeira
Qəl. 100:000

Kamandan oxatma

[redaktə | mənbəni redaktə et]
  • Qəl. = Qalib gəldi
  • Məğ. = Məğlub oldu
Kamanan oxatma idman növü üzrə Paralimpiya Oyunlarında debüt edən Zinyət Vəliyeva

London Paralimpiadasında oxatma idman növü üzrə turnir 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə turnirin debütantı Zinyət Vəliyeva təmsil elədi. Kamandan oxatma üzrə Azərbaycan yığmasının məşqçisi Tahir Adilov idi.

Avqustun 30-da Zinyət Vəliyeva London Paralimpiadasında təsnifat mərhələsində mübarizə apardı.[14] Həmin mərhələdə Zinyət Vəliyeva 435 xal topladı.[14] Bu nəticəyə əsasən Zinyət Vəliyeva sadəcə Kanada nümayəndəsi Lini Tremblini qabaqladı və mərhələni 20 idmançı sırasında 19-cu pillədə başa vurdu.[14]

Avqustun 31-də baş tutan 1/16 final mərhələsində isə Zinyət Vəliyeva 2008-ci il Paralimpiadasının bürünc medalçısı olan Çexiya nümayəndəsi Marheta Sidhova ilə üz-üzə gəldi.[14] Təcrübəli rəqibi ilə görüşdə Zinyət Vəliyeva rəqibinə 0:6 hesabı ilə məğlub oldu və XIV Yay Paralimpiya Oyunlarında mübarizəsini dayandırdı.[14]

İdmançı
Yarış
Təsnifat
1/16 final
1/8 final
1/4 final
1/2 final
Final
Yer
Xal
Yer
Zinyət Vəliyeva Fərdi
435
19
Çexiya Sidhova
Məğ. 0:6
N/A
  • NM — nəticə qeydə alınmadı
London Paralimpiadasını dördüncü pillədə başa vuran Elşən Hüseynov

XIV Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Elşən HüseynovMəhərrəm Əliyev.

XIV Yay Paralimpiya Oyunlarında Elşən Hüseynov sentyabrın 5-də mübarizə apardı.[15] Elşən Hüseynov birinci cəhdində 230.0 kiloqramlıq ştanqın öhdəsindən gəlsə də, növbəti cəhdlərində 234.0 və 236.0 kiloqramlıq ştanqların öhdəsindən gələ bilmədi və nəticədə London Paralimpiadasını 11 idmançı sırasında 4-cü pillədə başa vurdu.[15]

Həmin gün mübarizə aparan Məhərrəm Əliyev də medala sahib ola bilmədi.[16] Məhərrəm Əliyev birinci cəhdində 230.0 kiloqramlıq ştanqı qaldırsa da, növbəti cəhdlərində 233.0 və 236.0 kiloqramlıq ştanqların öhdəsindən gələ bilmədi.[16] Bununla da Məhərrəm Əliyev XIV Yay Paralimpiya Oyunlarını on idmançı sırasında beşinci pillədə başa vurdu.[16]

İdmançı
Yarış
Cəhdlər
Yer
1.
2.
3.
Nəticə
Kişilər
Elşən Hüseynov -100 Kq.
230.0
234.0
236.0
230.0
4
Məhərrəm Əliyev +100 Kq.
230.0
233.0
236.0
230.0
5
  • Q — növbəti mərhələyə adladı
2012-ci il London Paralimpiadasında bir qızıl, dörd gümüş medala sahib olan üzgüçü Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında ən çox medal qazanan olaraq düşdü

XIV Yay Paralimpiya Oyunlarında üzgüçülərin turnirləri 30 avqust-8 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Natali Pronina. Üzgüçülərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi isə Alaverdi Culfayev idi.

Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[17] Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.[17] Təsnifat mərhələsinin "A" qrupunda 4:58.06 dəqiqə nəticə göstərən Natali Pronina, mərhələni altı üzgüçü sırasında dördüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[17] Bu mərhələdə isə Natali Pronina 4:52.40 dəqiqə nəticə göstərdi və Paralimpiadanı beşinci pillədə başa vurdu.[17]

Sentyabrın 3-də isə 200 metr məsafəyə fərdi kompleks üsuli ilə üzmə turniri baş tutdu.[18] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 2:36.75 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu.[18] Bununla da Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[18] Həlledici mərhələdə isə Natali Pronina 2:28.45 dəqiqə nəticə göstərdi və Rusiya nümayəndəsi Oxana Savçenhodan sonra 2-ci pillənin sahibi oldu.[18] Bununla da Natali Pronina XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[18] Bununla da Pronina Azərbaycanın Paralimpiya Oyunları tarixində medala sahib olan birinci üzgüçü oldu.[18]

Sentyabrın 4-də 100 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[19] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 1:04.96 dəqiqə nəticə göstərdi.[19] Bu nəticəyə əsasən Natali Pronina mərhələni RusiyaPolşa üzgüçülərindən sonra üçüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[19] Final mərhələsində isə Natali Pronina 1:00.00 dəqiqə nəticə göstərdi.[19] Bu nəticəyə əsasən Natali Pronina növbəti dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[19] Pronina həmçinin Azərbaycanın Paralimpiya Oyunları tarixində bir Paralimpiada da birdən çox medala sahib olan birinci idmançı oldu.[19]

Sentyabrın 5-də isə 100 metr məsafəyə arxasıüstə üzmə turniri baş tutdu.[20] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 1:12.78 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu.[20] Bununla da Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[20] Həlledici mərhələdə isə Natali Pronina 1:08.46 dəqiqə nəticə göstərdi və Rusiya nümayəndəsi Oxana Savçenhodan sonra 2-ci pillənin sahibi oldu.[20] Bununla da Natali Pronina üçüncü dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[20]

Sentyabrın 7-də 50 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[21] Təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Natali Pronina 28.10 saniyə nəticə göstərdi.[21] Bu nəticəyə əsasən Natali Pronina mərhələni Rusiya üzgüçüsü Darya Stuhalovadan 2-ci pillədə başa vurdu və final mərhələsinə adladı.[21] Final mərhələsində isə Natali Pronina 27.54 saniyə nəticə göstərdi.[21] Bu nəticəyə əsasən Natali Pronina dördüncü dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[21] Pronina həmçinin Azərbaycanın Paralimpiya Oyunları tarixində ən çox medala sahib olan idmançı oldu.[21]

Sentyabrın 8-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutdu.[22] Bu turnir Natali Proninanın mübarizə aparacağı sonuncu turnir idi.[22] Təsnifat mərhələsinin "A" qrupunda Natali Pronina 1:20.08 dəqiqə nəticə göstərdi və Kipr nümyəndəsi Karolina Pelendritoudan sonra 2-ci pillənin sahibi oldu.[22] Bu nəticəyə əsasən Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[22] Həlledici mərhələ gərgin idman mübarizəsi şəraitində baş tutdu.[22] Nəticədə Kipr üzgüçüsü Karolina Pelendritou 1:16.38 dəqiqə nəticə göstərdi.[22] Natali Pronina isə əsas rəqibindən 0.20 saniyə daha yaxşı nəticə göstərdi (1:16.16 dəqiqə) və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.[22] Pronina həm də Paralimpiya Oyunlarının qalibi olmağı bacaran birinci Azərbaycan üzgüçüsü olsu.[22]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Qadınlar
Natali Pronina 50 m., sərbəst, S12
28.10
2 Q
26.54
100 m., sərbəst, S12
1:04.96
6 Q
1:00.00
400 m., sərbəst, S12
4:58.06
6 Q
4:52.40
5
100 m., brass, SB12
1:20.08
2 Q
1:16.16
100 m., arxasıüstə, SB12
1:12.78
2 Q
1:08.46
200 m., fərdi kompleks, S12
2:36.75
1 Q
2:28.45

Yüngül atletika

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı
  • NM — nəticə qeydə alınmadı
2012-ci il London Paralimpiadasında bürünc medallara sahib olan Oleq Panyutin, Rza Osmanov, Vladimir Zayets, bələdçi Pavel SetinElçin Muradovdan ibarət qrup, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında qrup halında medala sahib olan birinci idmançılar olaraq düşdü

Avqustun 31-də Samir Nəbiyev mübarizə apardı.[23] F57/F58 turnirində çıxış edən Samir Nəbiyev, 40.76 metr nəticə göstərdi və London Paralimpiadasını 18 atlet sırasında beşinci pillədə başa vurdu.[23]

Sentyabrın 1-də isə Oloxan MusayevHüseyn Həsənov mübarizə apardı. 2008-ci il Paralimpiadanın qalibi olan Oloxan Musayev, nüvə itələmə turnirində mübarizə apardı və 11.92 metr nəticə göstərdi.[24] Bu nəticəyə əsasən Oloxan Musayev turniri 8-ci pillədə başa vurdu.[24] Üçtəkanla tullanma turnirində mübarizə aparan Hüseyn Həsənov isə 12.74 metr nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[25]

Sentyabrın 2-də Rza Osmanov mübarizə apardı. T12 növündə 400 metr məsafəyə qaçış turnirində çıxış edən Rza Osmanov, təsnifat mərhələsində 50.46 saniyə nəticə göstərdi.[26] Bu nəticəyə əsasən Rza Osmanov yarım-final mərhələsinə adladı.[26] Bu mərhələ sentyabrın 4-də baş tutdu.[26]

Sentyabrın 3-də isə Elçin MuradovHüseyn Həsənov mübarizə apardı. T11 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov təsnifat mərhələsində 22.48 saniyə nəticə göstərdi və dörd idmançı sırasında birinci pillənin sahibi oldu.[27] Bu nəticəyə əsasən Elçin Muradov yarım-final mərhələsinə adladı.[27] Bir gün sonra baş tutan bu mərhələdə isə Elçin Muradov 22.40 saniyə nəticə göstərdi.[27] Bu nəticəyə əsasən Elçin Muradov final qaçışına vəsiqə qazana bilmədi.[27] F46 növündə uzunluğa tullanma turnirində çıxış edən Hüseyn Həsənov isə 6.52 metr nəticə göstərdi.[28] Bu nəticəyə əsasən Hüseyn Həsənov 11 atlet sırasında üçüncü pillənin sahibi oldu və London Paralimpiadasının bürünc medalına sahib oldu.[28]

Sentyabrın 4-də Mədinət AbdullayevaRza Osmanov mübarizə apardı. F57/F58 növündə lövhə atma turnirində çıxış edən Mədinət Abdullayeva, 18.20 metr nəticə göstərdi və London Paralimpiadasını 18 idmançı sırasında 14-cü pillədə başa vurdu.[29] T12 növündə 400 metr məsafəyə qaçış turnirinin yarım-final mərhələsində mübarizəsinə davam edən Rza Osmanov isə 50.34 saniyə nəticə göstərdi.[26] Bu nəticəyə əsasən Rza Osmanov mərhələni dörd atlet sırasında üçüncü pillədə başa vurdu və mübarizəsini dayandırdı.[26]

Sentyabrın 5-də Oloxan Musayev bu səfər lövhə atma turnirində mübarizə apardı.[30] Final mərhələsində 40.77 metr nəticə göstərən Oloxan Musayev, London Paralimpiadasını dördüncü pillədə başa vurdu.[30]

Həmin gün həm də T11/T12/T13 növündə 100 metr məsafəyə estafet qaçışı turniri baş tutdu. Elçin Muradov (bələdçisi Pavel Setin), Rza Osmanov, Oleq PanyutinVladimir Zayetsdən ibarət olan qrup turnirin təsnifat mərhələsində 44.12 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu.[31] Bu nəticəyə əsasən qrup final mərhələsinə vəsiqə qazandı.[31] Final qaçışında isə qrup 42.92 saniyə nəticə göstərdi.[31] Nəticədə Rusiya və Çin atletlərindən sonra üçüncü pillədə qərarlaşan Elçin Muradov (bələdçisi Pavel Setin), Rza Osmanov, Oleq PanyutinVladimir Zayetsdən ibarət qrup, London Paralimpiadasının bürünc medallarına sahib oldu.[31]

Sentyabrın 7-də Elçin MuradovRza Osmanov mübarizə apardı. Bu səfər T11 növündə 100 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov, təsnifat mərhələsində 48.78 saniyə nəticə göstərdi.[32] Bu nəticəyə əsasən Elçin Muradov dörd atlet sırasında sonuncu pillənin sahibi oldu və turnirdə mübarizəni dayandırdı.[32] T12 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Rza Osmanov isə təsnifat mərhələsində 22.85 saniyə nəticə göstərdi.[33] Bu nəticəyə əsasən Rza Osmanov dörd atlet sırasında mərhələni üçüncü pillədə başa vurdu və yarım-final mərhələsinə adladı.[33] Həmin gün baş tutan yarım-final mərhələsində isə Rza Osmanov 22.11 saniyə nəticə göstərdi.[33] Mərhələni dördüncü pillədə bitirən Rza Osmanov, mübarizəsini dayandırdı.[33]

Son olaraq sentyabrın 8-də Mədinət Abdullayeva, Oleq PanyutinVladimir Zayets mübarizə apardı. Bu səfər F57/F58 növündə nüvə itələmə turnirində çıxış edən Mədinət Abdullayeva, hər üç cəhdində uğursuz oldu və turniri nəticəsiz başa vurdu.[34] T12 növündə üçtəkanla tullanma turnirində isə Oleq PanyutinVladimir Zayets mübarizə apardı.[35] Turnirin əvvəlindən üstünlüyü ələ alan Oleq PanyutinVladimir Zayets, ümumi nəticədə medallara sahib oldu.[35] 15.02 metr nəticə göstərən Oleq Panyutin London Paralimpiadasının qalibi oldu.[35] Komanda yoldaşından cəmi 0.01 metr geri qalan Vladimir Zayets isə 15.01 metr nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.[35]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final
Final
Yer
Nəticə
Yer
Nəticə
Yer
Kişilər
Elçin Muradov
bələdçi: Pavel Setin
100 m., T11
48.78
4
N/A
200 m., T11
22.48
1 Q
22.40
2
N/A
Rza Osmanov 200 m., T12
22.85
3 Q
22.11
4
N/A
400 m., T12
50.46
2 Q
50.34
3
N/A
Elçin Muradov
bələdçi: Pavel Setin
Oleq Panyutin
Rza Osmanov
Vladimir Zayets
4 x 100 m. estafet, T11/T13
42.12
1 Q
N/A
42.92
Oloxan Musayev Nüvə itələmə, F56
N/A
11.92
8
Lövhə atma, F56
N/A
40.77
4
Samir Nəbiyev Lövhə atma, F57/58
N/A
44.78
5
Hüseyn Həsənov Üçtəjanla tullanma, F46
N/A
12.74
4
Uzunluğa tullanma, F46
N/A
6.52
Oleq Panyutin Üçtəjanla tullanma, F12
N/A
15.02
Vladimir Zayets
N/A
15.01
Qadınlar
Mədinət Abdullayeva Nüvə itələmə, F57
N/A
NM
Lövhə atma, F57
N/A
18.20
14

Paralimpiadadan sonra

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti İlham Əliyev XIV Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar və onların məşqçilərini qəbul edən zaman

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Paralimpiadanın qalibləri Afaq Sultanova, Natali Pronina, Oleq PanyutinRamin İbrahimov, cüdoçulardan ibarət yığmanın baş məşqçisi İbrahim İbrahimov, üzgüçülərdən ibarət yığmanın baş məşqçisi Alaverdi Culfayev, Afaq Sultanovanın şəxsi məşqçisi Ağanağı Cəfərov, Ramin İbrahimovun şəxsi məşqçisi Şahlar Mustafayev, Oleq Panyutinin şəxsi məşqçisi Sergey Təhməzov, həmçinin Azərbaycan Atletika Federasiyasının Baş Katibi Məhərrəm Sultanzadə "Şöhrət" ordeni ilə təltif edildi.

İdmançılardan Hüseyn Həsənov, İlham Zəjiyev, Elçin MuradovPavel Setin, yüngül atletlərdən ibarət yığmanın məşqçisi Ziyad Xəlfəyev, həmçinin Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi Afiq Süleymanov "Tərəqqi" medalı ilə təltid edildi.

İdmançılar Rza OsmanovVladimir Zayets, həmçinin cüdo üzrə məşqçi Əhməddin Rəcəbli isə Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edildi.

  1. 1 2 3 Azərbaycan Prezidentinin rəsmi saytı. "İlham Əliyev XXX Yay Olimpiya Oyunları və XIV Yay Paralimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətinin yolasalma mərasiminə qatılıb.  (az.)". www.president.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2012.
  2. 1 2 3 Azərbaycan Dövlət İnformasiya Agentliyi. "İlham Əliyev XXX Yay Olimpiya Oyunları və XIV Yay Paralimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətinin yolasalma mərasiminə qatılıb.  (az.)". www.azertag.az. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2012.
  3. 1 2 International Paralympic Committee. "Shooting at the London 2012 Paralympic Games // P1 - Men's 10 m Air Pistol SH1". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  4. 1 2 3 International Paralympic Committee. "Shooting at the London 2012 Paralympic Games // P2 - Women's 10 m Air Pistol SH1". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  5. International Paralympic Committee. "Shooting at the London 2012 Paralympic Games // P3 - Mixed 25 m Pistol SH1". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  6. 1 2 International Paralympic Committee. "Shooting at the London 2012 Paralympic Games // P4 - Mixed 50 m Pistol SH1". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  7. 1 2 3 4 5 6 7 International Paralympic Committee. "Judo at the London 2012 Paralympic Games // Men's -60 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  8. 1 2 3 International Paralympic Committee. "Judo at the London 2012 Paralympic Games // Men's -66 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  9. 1 2 International Paralympic Committee. "Judo at the London 2012 Paralympic Games // Men's -81 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  10. 1 2 3 4 5 6 7 8 9 International Paralympic Committee. "Judo at the London 2012 Paralympic Games // Women's -57 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  11. 1 2 International Paralympic Committee. "Judo at the London 2012 Paralympic Games // Men's -90 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  12. 1 2 International Paralympic Committee. "Judo at the London 2012 Paralympic Games // Men's -100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  13. 1 2 3 4 5 6 7 8 9 10 International Paralympic Committee. "Judo at the London 2012 Paralympic Games // Men's +100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  14. 1 2 3 4 5 International Paralympic Committee. "Archery at the London 2012 Paralympic Games // Women's Individual Recurve W1/W2". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  15. 1 2 International Paralympic Committee. "Powerlifting at the London 2012 Paralympic Games // Men's -100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  16. 1 2 3 International Paralympic Committee. "Powerlifting at the London 2012 Paralympic Games // Men's +100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  17. 1 2 3 4 International Paralympic Committee. "Swimming at the London 2012 Paralympic Games // Women's 400 m Freestyle S12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  18. 1 2 3 4 5 6 International Paralympic Committee. "Swimming at the London 2012 Paralympic Games // Women's 200 m Individual Medley SM12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  19. 1 2 3 4 5 6 International Paralympic Committee. "Swimming at the London 2012 Paralympic Games // Women's 100 m Freestyle S12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  20. 1 2 3 4 5 International Paralympic Committee. "Swimming at the London 2012 Paralympic Games // Women's 100 m Backstroke S12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  21. 1 2 3 4 5 6 International Paralympic Committee. "Swimming at the London 2012 Paralympic Games // Women's 50 m Freestyle S12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  22. 1 2 3 4 5 6 7 8 International Paralympic Committee. "Swimming at the London 2012 Paralympic Games // Women's 100 m Breaststroke SB12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  23. 1 2 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's Discus Throw F57/58". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  24. 1 2 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's Shot Put F54-56". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  25. International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's Triple Jump F46". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  26. 1 2 3 4 5 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's 400 m T12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  27. 1 2 3 4 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's 200 m T11". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  28. 1 2 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's Long Jump F46". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  29. International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Women's Discus Throw F57/58". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  30. 1 2 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's Discus Throw F54-56". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  31. 1 2 3 4 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's 4x100 m T11-13". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  32. 1 2 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's 100 m T11". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  33. 1 2 3 4 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's 200 m T12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  34. International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Women's Shot Put F57/58". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  35. 1 2 3 4 International Paralympic Committee. "Athletics at the London 2012 Paralympic Games // Men's Triple Jump F12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.