Ruslan Ponomaryov — Vikipediya

Ruslan Ponomariov
Руслан Пономарьов
Ruslan Ponomariov
Ruslan Ponomariov
Ölkə
Doğum tarixi 11 oktyabr 1983(1983-10-11)[2] (41 yaş)
Doğum yeri
Yaşadığı yer Ukrayna
Titulu Qrandmaster
Son reytinqi
  • 2.654 (iyun 2024)[3]
Maksimal reytinqi 2764 (iyul 2011)
FİDE nömrəsi 14103320
Mükafatları Şahmat üzrə Dünya çempionluğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruslan Ponomariov (rus. Руслан Пономарьов; 11 oktyabr 1983[2], Qorlivka, Donetsk vilayəti) — Ukrayna şahmatçısı. 2007-ci ilin yanvarında FİDE-nin reytinqində 2723 xalla 14-cü yerdə, Ukraynada isə Vasili İvançukun ardından 2-ci yerdə idi.

Ponomariov Ukraynanın Qorlivka şəhərində anadan olmuşdur. 1994-cü ildə 12 yaşlılar arasında Dünya çempionatında 3-cü yeri qazanmışdır. Bir il sonra isə bu turnirdə birinci olmuşdur. 1996-cı ildə cəmi 12 yaşında ikən 18 yaşlılar arasında Avropa çempionu titulunu qazanmışdır. 2 il sonra "Qrandmaster" titulu almışdır. Ponomariov indiyə qədər bu titulu qazanan ən gənc şahmat oyunçusudur.

Digər diqqət çəkən uğurları arasında 1998-ci ildə Donestk bölgəsi çempionluğu, Avropa Klub Kuboku 2000 turnirində 5/7-lik nəticəsi, Torshavn 2000 turnirində 7,5/9-lik nəticəsi, 2001 İstanbul Şahmat Olimpiadasında 8,5/11-lik nəticə ilə qazandığı qızıl medal və Kramatorsk 2001 kubokunda 7/10-lik nəticə ilə qazandığı çempionluq var.

2002-ci Dünya Şahmat çempionatında həmyerlisi Vasili İvançuk ilə final oynamış və 4,5–2,5-lik nəticə ilə dünya çempionu olmuşdur. Beləliklə, 18 yaşında dünya çempionu olaraq bu titulu qazanan ən gənc şahmatçı olmuşdur. Həmin il Linear turnirində Harri Kasparovun ardından 2-ci yerə çıxmışdır.

2003 Korus turnirində 6/13-lik nəticə ilə 14 nəfər arasında 11-ci yeri tutmuşdur. Həmin il qatıldığı Linear turnirində 5,5/12-lik xalla 7 nəfər arasında 5-ci olmuşdur.

2003-cü ildə Xarkovda Harri Kasparova qarşı 14 oyunluq matç planlaşdırılmışdı. Qalib gələn Vladimir Kramnik ilə Peter Lekonun oynayacağı oyunun qalibi ilə oynayacaqdı. Amma Ponomariov bu turnirə qatılmaqdan imtina etmişdir. 2004-cü ildə Dünya çempionluğunu Rüstəm Qasımcanova buraxmışdır.

Ponomariov 20 yaşında ikən daha bir ilki gerçəkləşdirmişdir. Bolqarıstanın Filibe şəhərində Avropa Komandalar Turnirində oyun zamanı ona telefon zəngi gəldiyindən turnirdən kənarlaşdırılmışdır.

  1. 1 2 FIDE Ratings and Statistics (ing.).
  2. 1 2 Ruslan Ponomarjow // Brockhauz Ensiklopediyası (alm.).
  3. FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]