Səbinə Babayeva — Vikipediya
Səbinə Babayeva | |
---|---|
Səbinə Babayeva | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1979 (45 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, cazmen |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janrlar | caz, pop musiqisi, soul |
Təhsili | |
Mükafatları | |
sabina.eurovisiontalents.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Səbinə Eldar qızı Babayeva (2 dekabr 1979, Bakı) — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Burada o, Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində təmsil edib.
2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illərdə o, caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib.
2013-cü il 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib.[1]
2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib.[2]
Avroviziya Mahnı Müsabiqəsi
[redaktə | mənbəni redaktə et]Səbinə Babayeva 2010-cu ildə 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün ölkədə keçirilən milli seçim turlarında iştirak edib və 5-ci həftədə 8 xalla 3-cü yeri tutub.
2012-ci ildə Səbinə Babayeva yenidən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turlarında iştirak edib və 5-ci həftənin qalibi olub. Yarımfinalda uğurla çıxış edərək finala adlayıb.
12 fevral tarixində Heydər Əliyev Sarayında keçirilən milli seçimlərin finalında Səbinə Babayeva qalib olub və Azərbaycanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanıb. Onun ifa etdiyi "When the Music Dies" mahnısı 17 mart tarixində təqdim edilib.
Səbinə Babayeva 26 may tarixində 57-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında "When the Music Dies" mahnısını Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov ilə birgə ifa edib. Müsabiqənin səsvermə mərasimində Səbinə Babayeva 150 xal toplayaraq 57-ci Avroviziya Mahnı Müsabiqəsində 42 ölkədən gəlmiş iştirakçı arasında 4-cü yeri qazanıb.
Ailəsi
[redaktə | mənbəni redaktə et]26 sentyabr 2012-ci ildə Səbinə Babayeva rejissor Cavidan Şərifov ilə ailə həyatı qurub. 3 yanvar 2016-cı ildə isə Əli adında oğlu anadan olub.[3][4] 2020-ci ildə boşanıb.[5]
Nailiyyətləri və mükafatları
[redaktə | mənbəni redaktə et]- Xeyriyyə konsertlərində iştirakına görə UNICEF-in xüsusi diplomu ilə təltif edilib;
- Belarusda keçirilən "Slavyanski Bazar 99" Beynəlxalq Müsabiqəsinin gənc ifaçı diplomuna layiq görülüb;[6]
- Gənc ifaçıların Belarusda keçirilən "Qızıl şlyager 99" Beynəlxalq Müsabiqəsində 3-cü dərəcəli diplom alıb;
- Musiqi institutları arasında keçirilən gənc ifaçıların "Dalğa-99" Respublika Müsabiqəsində 1-ci dərəcəli laureat adı qazanb. Bakı, Azərbaycan;[7]
- Gənc ifaçıların "Qızıl Açar 2001" respublika müsabiqəsində 1-ci dərəcəli laureat adına layiq görülüb. Bakı, Azərbaycan;
- İkinci Dünya müharibəsinin başa çatmasının 55-ci ildönümünə həsr edilən festivalın "Vətənpərvərlik mövzusunda mahnının ən yaxşı ifası" nominasiyasında 1-ci dərəcəli laureat adını qazanıb. Belarusiya, Belovejskaya Puşa;
- 2002-ci il – LAMA Arxivləşdirilib 2017-11-13 at the Wayback Machine-nın (Los Anceles Musiqi Akademiyası) vokal şöbəsinə dəvət alıb;
- 2003–2004-cü illərdə Azərbaycan və Türkiyədə efirə getmiş 10 seriyalı "Bəyaz həyat" Azərbaycan bədii filminin "Röya kimi" adlı rəsmi saundtrekini ifa edib;
- MS "Romantika" adlı gəzinti gəmisində Riqa – Stokholm – Riqa şəhərləri arasında dəniz səyahəti zamanı keçirilən "Amberstar 2009" VIII Beynəlxalq Musiqi Telefestivalının qran-pri mükafatçısı olub (video: [1], [2]);
- Rusiyada keçirilən gənc ifaçıların "Slavyan ulduzu 2009" Beynəlxalq Müsabıqəsinin Gran-Pri mükafatçısı adını qazanıb;
- 2010–2011 — "ÜNS" teatrının quruluşunda "Notr-Dam de Paris" müziklində solist olub. Bakı, Azərbaycan;
- 2011-ci ildən Bakı Caz mərkəzinin solisti olub;
- 2007–2012 – "Aypara" qrupunun solisti olub;
- 2011–2013 – Vaşinqtonda, Parisdə, Kannda, Vilnüsdə keçirilən "Azərbaycan Mədəniyyəti Günlərində" iştirak edib;
- 2012 – Avroviziya 2012 Mahnı Müsabiqəsində "When the Music Dies" adı mahnı ilə ıştırak edərək, yarışmada 4-cü pilləyə yüksəlib (video);
- 2012 – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin Səsi 2012" müsabiqəsində fəxri mükafat alıb.;
- 2015 – Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında fəxri məşəl daşıyıcısı olub, 2015-ci il Avropa Oyunlarının rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib;
- 2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış konsertinin fəxri qonağı olub.
- 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[8]
Mahnıları
[redaktə | mənbəni redaktə et]İl | Mahnı |
---|---|
2003 | "Röya kimi"[9] |
2012 | "When the Music Dies"[10] |
"Gəl"[11] | |
"Sevgi nəğməmiz"[12] | |
2013 | "Eşq alovu"[13] |
"Oceans away"[14] | |
2014 | "Ey Azərbaycanım"[15] |
2017 | "Can"[16] |
2018 | "Dəli hisslər"[17] |
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- Sabina Babayeva (2001)
- Roya kimi (OTS) — Sabina Babayeva (2003)
- Duets — Sabina Babayeva (2009)
- When the music dies — Sabina Babayeva (Eurovision-2012)
- Retro — Sabina (2012)
- Ey Azerbaycanim — Sabina Babayeva (2013)
- Geca — Sabina (2014)
- Oceans away — Sabina Babayeva (2014)
- Out Of Love — DJ AKG & Sabina Babayeva (2014)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Əvvəlki: Eldar Qasımov Nigar Camal "Running Scared" | Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2012 Bakı "When the Music Dies" | Sonrakı: Fərid Məmmədov "Hold Me" |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Səbinə Babayeva "Oceans away" mahnısının təqdimatını keçirib". 2015-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
- ↑ "Bakıda "Ey Azərbaycanım" mahnısına çəkilmiş klipin təqdimatı keçirilmişdir". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
- ↑ "Səbinə Babayevanın toyu olub". 2018-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
- ↑ "Səbinə Babayevanın oğlu oldu". 2016-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
- ↑ "Səbinə Babayeva da boşandı - FOTO". 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
- ↑ "Arxivlənmiş surət". Archived from the original on 2017-11-14. İstifadə tarixi: 2017-11-14.
- ↑ "Arxivlənmiş surət". 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
- ↑ "Səbinə Babayeva - Röya kimi". 2018-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
- ↑ "Səbinə Babayeva - When the Music Dies". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
- ↑ "Səbinə Babayeva - Gəl". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.
- ↑ Səbinə Babayeva — Sevgi nəğməmiz
- ↑ Səbinə Babayeva — Eşq alovu
- ↑ "Səbinə Babayeva - Oceans away". 2021-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
- ↑ "Səbinə Babayeva - Ey Azərbaycanım". 2021-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-23.
- ↑ Səbinə Babayeva — Can
- ↑ "Səbinə Babayeva - Dəli Hisslər". 2020-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-13.