Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində — Vikipediya

2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyasılı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı Elnur HüseynovSamir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar QasımovNigar Camal "Running Scared" mahnısı ilə avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı "Odlar Yurdu"-na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısı ilə 4-cü yeri tutdu.

Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov "Hold Me" mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütamadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ilsə isə Səmra Rəhimli 17-ci yeri tutdu.

2017-ci ildə Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva "Skeletons" mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdır. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi "Truth" mahnısı ilə 8-ci yerdə qərarlaşdı. Çingiz Mustafayev Azərbaycana beş il sonra yaxşı nəticə qazandırdı. 2019 cu ildə tutduğumuz 8-ci yer Azərbaycanın Avroviziyadada son uğurlu nəticəsi olmağa dəvam edir.

2020-ci ildə EFENDİ (Samirə Əfəndi) təmsilçi olaraq seçildi, lakin pandemiya səbəbindən müsabiqə baş tutmadı. Belə olduğu halda bir çox məhdudiyyətlərlə baş tutan 2021-dəki müsabiqədə Azərbaycan adına Bayraq qaldıran yenə də həmin şəxs, EFENDİ (Samirə Əfəndi) oldu. O, ölkəmizi 2020-ci ildə "Cleopatra", 2021-ci ildə isə "Mata Hari" adlı mahnı ilə təmsil etdi. Həmin ildə səhnə alan EFENDİ ölkəmizin bayrağını final gecəsi 20-ci sıraya sancdı. Buna baxmayaraq "Mata Hari" mahnısı ölkəmiz üçün çox uğurlu bir mahnı oldu. Mahnı müxtəlif musiqi platformalarında, qlobal siyahılarda, yutub trendlərində həftələrlə yüksək sıralarda qalmağı bacardı.

2022-ci ildə isə ölkəmizi Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə təmsil etdi və 16-cı yerdə qərarlaşdı. 2023-cü ildə isə daxili seçim üsulunda bir sıra dəyişikliklər edildikdən sonra, ölkəmizi Turan və Tural qardaşları "Tell Me More" adlı mahnı ilə təmsil etdi və finala vəsiqə qazana bilmədi. 2024-cü ildə isə daxili seçimlərdə qalib Fəxri İsmayılov (Fahree) oldu və o İlkin dövlətovla birgə "özünlə apar" mahnısı ilə ölkəmizi təmsil etdi və finala vəsiqə qazana bilmədi. Azərbaycanın Avroviziya 2023 və 2024 də finala vəsiqə qazana bilməməsinin səbəbini fanatlar daxili seçimlərdəki ədalətsizlikdə və Delegasiya rəhbərinin qeyri-peşəkar olmasında görür.

İl
Ev sahibi
İfaçı(lar)
Səhnə adı
Mahnı
Final
Yarım-final mərhələsi
Yer
Xal
Yer
Xal
2008 Serbiya, Belqrad Elnur HüseynovSamir Cavadzadə Elnur & Samir Day After Day

(Gündən-günə)

8
132
6
96
2009 Rusiya, Moskva Aysel TeymurzadəAraş Ləbaf Aysel & Arash Always

(Həmişə)

3
207
2
180
2010 Norveç, Oslo Səfurə Əlizadə Safura Drip Drop

(Damla-damla)

5
145
2
113
2011 Almaniya, Düsseldorf Eldar QasımovNigar Camal Ell & Nikki Running Scared

(Qorxub Qaçır)

1
221
2
122
2012 Azərbaycan, Bakı Səbinə Babayeva When the Music Dies

(Musiqi Öləndə)

4
150
Ev sahibi yarım-finalda iştirak etmir
2013 İsveç, Malmö Fərid Məmmədov Hold Me

(Məni Tut)

2
234
1
139
2014 Danimarka, Kopenhagen Dilarə Kazımova Start a Fire

(Bir Atəş Başlat)

22
33
9
57
2015 Avstriya, Vyana Elnur Hüseynov Hour Of The Wolf

(Canavarın Saatı)

12
49
10
53
2016 İsveç, Stokholm Səmra Rəhimli Samra Miracle

(Möcüzə)

17
117
6
185
2017 Ukrayna, Kiyev Diana Hacıyeva Dihaj Skeletons

(Skeletlər)

14
120
8
150
2018 Portuqaliya, Lissabon Aysel Məmmədova Aisel X My Heart

(X Mənim Ürəyim)

Finala adlaya bilməyib
11
94
2019 İsrail, Tel-Əviv Çingiz Mustafayev Chingiz Truth

(Həqiqət)

8
302
5
224
2020 Niderland, Rotterdam Samirə Əfəndiyeva Efendi Cleopatra

(Kleopatra)

2020 Avroviziya Mahnı Müsabiqəsi Koronavirus (COVID-19) səbəbilə ləğv edilmişdir
2021 Niderland,Rotterdam Samirə Əfəndiyeva Efendi Mata Hari

(Mata Hari)

20
65
8
138
2022 İtaliya, Turin Nadir Rüstəmli Fade to Black

(Qaralmaq)

16 106 10 96
2023 Birləşmiş Krallıq, Liverpul Tural Bağmanov və Turan Bağmanov TuralTuranX Tell Me More

(Mənə daha çoxunu danış)

Finala adlaya bilməyib
14 4
2024 İsveç,Malmö Fəxri İsmayılovİlkin Dövlətov Fahree Özünlə apar Finala adlaya bilməyib 14 11

Azərbaycan teleməkanında birinci dəfə Avroviziya Mahnı Müsabiqəsi 2006-cı ildə canlı yayımlandı. İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinin hələ bir ili tamam olmamış, onlar bu müsabiqənin yayım hüququna sahib çıxdı.

Elnur Hüseynov ifa zamanı

2008-ci il 2 fevralda Heydər Əliyev adına İdman Arenasında İctimai Televiziya tərəfindən milli seçim turu baş tutdu.[1] Seçim turuna, müsabiqənin 2003-cü ildə qalibi olan Sərtab Ərənər, 2004-cü ilin qalibi Ruslana, 2007-ci ilin qalibi Mariya Şerifoviç və digər məşhur ifaçılar, mütəxəssis qismində dəvət olundu.[2] Azərbaycanı 53-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün "Unformal" qrupu ilə yanaşı, Elnur HüseynovAynur İsgəndərli mübarizə apardı.[2] Avropanın bir sıra dövlətlərində canlı yayımlanan seçim turunda "Eurovision TV"-nin baş direktoru Byorn Eriçsen çıxış etdi və indiyə qədər belə gözəl milli seçim turunu izləmədiyini vurğuladı.[2][3] Gecənin sonunda isə milli seçim turunun qalibi elan olundu. Tarixdə birinci dəfə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu Elnur Hüseynov qazandı.[2] Amma daha sonradan Elnur Hüseynovun Azərbaycanı müsabiqədə solo yox, Samir Cavadzadə ilə birgə duet formasında təmsil edəcəyi bildirildi. Elnur və Samir dueti Belqrad şəhərində Gövhər HəsənzadəZəhra Bədəlbəylinin bəstəsi olduğu "Day After Day" mahnısını ifa etdi. Duet səhnəyə mayın 20-si, I yarım-final çərçivəsində 7 nömrə altında çıxdı. Səsvermədə Elnur və Samir dueti 96 xal topladı. Bu nəticə ilə onlar, 19 ifaçı sırasında 6-cı yeri tutdu və finala vəsiqə qazandı.[4] Mayın 24-də baş tutan finalda 25 ifaçı sırasında səhnəyə 20-ci çıxan Elnur və Samir dueti səsvermədə 132 xal topladı.[5] Bu minval ilə Azərbaycan təmsilçiləri birinci dəfə qatıldığı müsabiqəni 8-ci pillədə başa vurdu.[5]


AyselAraş

Rusiya müğənnisi Dima Bilanın "2008-Avroviziya" Mahnı Müsabiqəsində qələbə qazanması ilə 2009-cu ildə müsabiqə Moskva şəhərində baş tutdu.[6] Həmin il yanvarın 17-də Azərbaycanı müsabiqədə təmsil edəcək ifaçının adı məlum oldu.[6] Bu hüquq, bir vaxtlar Azərbaycanın məşhur yarışması "Yeni Ulduz 4"-də çıxış edən 19 yaşlı Aysel Teymurzadə verildi.[6] Fevralın 6-da isə onun müsabiqədə ifa edəcək mahnı məlum oldu.[7] Aysel müsabiqədə əslən Cənubi Azərbaycandan olan İsveçli bəstəkar və müğənni Araşın bəstəsi olan "Always" mahnısını ifa etdi.[7] Araş müsahibəsində, mahnının məhz Aysel üçün yazdığını vurğuladı.[8] Mahnının ictimaiyyətə təqdim olunmasından bir həftə sonra yeddi nəfərdən ibarət münsiflər heyəti yarışmaya Aysel Teymurzadənin solo yox, Araş ilə birgə duet formasında qatılmasını qərara aldı.[9] Müsabiqə zamanı Rusiyanın estrada müğənnisi Filipp Kirkorov Aysel və Araşın yarışmanın favoritlərindən olduğu bildirdi.[10] Mayın 12-si məşq zamanı Rusiyanın baş naziri Vladimir Putin Aysel və Araş ilə şəxsən görüşüb və onlara uğurlar arzulayıb.[11] Duet səhnəyə mayın 14-də, II yarım-finalda çıxdı.[12] 12 nömrə altında çıxış edən Aysel və Araş dueti finala asanlığla vəsiqə qazandı.[12] Onlar, 180 xal topladı və yalnızca Norveçli Aleksandr Rıbakdan geri qaldı.

Mayın 16-sı isə final şousu baş tutdu. Finaldan əvvəl Aysel müsahibəsində, Azərbaycan dövlətinin və hər bir Azərbaycanlının dəstəyini daim hiss etdiyini bildirdi.[13] Səhnəyə çıxan 25 ifaçı sırasında Aysel və Araş 11 nömrə altında ifalarını təqdim etdi.[14] Gecənin sonunda baş tutan səsvermədə Aysel və Araş 207 xal topladı.[14] Bu minval ilə onlar, ancaq Norveçli Aleksandr Rıbakdanİslandiyalı Yohannadan geri qaldı və üçüncü pillənin sahibi oldu.[14] Səsvermə sırasında Ermənistanın Azərbaycana bir xal verməsi, gecənin gözlənilməz məqamı oldu.[14] Finalda bir gün sonra, mayın 17-si Azərbaycan Prezidenti İlham Əliyev Aysel və Araş ilə telefon ilə danışdı.[15] Vətənə dönən zaman isə Aysel TeymurzadəniAraşı Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva qəbul etdi.[16] Qəbul zamanı o, Aysel və Araşın qitə miqyası müsabiqədə Azərbaycanı layiqinci təmsil etdiyini bildirdi.[16]


Səfurə Əlizadə

Norveçin 2009-cu ildə Avroviziyada Mahnı Müsabiqəsində qələbə qazanması ilə 2010-cu ildə müsabiqəyə Oslo şəhəri ev sahibliyi etdi. Martın 2-də Buta Sarayında milli seçim turunun final şousu baş tutdu. Azərbaycanı qitə miqyaslı müsabiqədə təmsil etmək üçün "Milk & Kisses" qrupu ilə yanaşı, Məryəm ŞabanovaSəfurə Əlizadə mübarizə apardı. Milli seçim turunda hər üç ifaçı "Drip Drop", "Soulless" və "Under My Skin" mahnıları ifa etdi. 7 nəfərdən ibarət münsiflər heyəti gecənin sonuncu Azərbaycanı mötəbər müsabiqədə təmsil etmək hüququnu Səfurə Əlizadəyə həvalə etdi. O, yarışmada İsveçli bəstəkarlar Stefan Örn və Sandra Byurmanın bəstəsi "Drip Drop" mahnısını ifa etdi. Səfurə Əlizadə 55-ci Avroviziya Mahnı Müsabiqəsinin 27 mayda baş tutan II yarım-finalında 7 nömrə altında səhnəyə çıxdı. Səsvermə sırasında Səfurə Əlizadənin performansı 113 xalla qiymətləndirildi. Bu nəticə ilə o, ancaq Türkiyə təmsilçisi "MaNga" qrupundan geri qaldı və finala vəsiqə qazandı. Mayın 29-u keçirilən final şousunda Səfurə Əlizadə səhnəyə 1 nömrə altında çıxdı. Almaniya ifaçısı Lena Meyer-Landrutun qələbə qazandığı gecədə Səfurə Əlizadə 145 xalla 5-ci yeri tutdu.


2011 Düsseldorf

[redaktə | mənbəni redaktə et]
Azərbaycana Avroviziya Mahnı Müsabiqəsinin tarixində yeganə qələbəni qazandıran Eldar QasımovNigar Camal
Eldar QasımovNigar Camal

2011-ci ildə Azərbaycan sayca dördüncü dəfə Avroviziya Mahnı Müsabiqəsinə qatıldı. 2010-cu ilin noyabr ayında İctimai Televiziyada milli seçim turlarına start verildi. 77 ifaçısının mübarizə apardığı seçim turu, fevralın 11-də Milli Dram Teatrında başa çatdı. Final şousunda Aynişan Quliyeva, Eldar Qasımov, İlhamə Qasımova, İlqarə KazımovaNigar Camal mübarizə apardı.[17] Gecənin sonunda 7 nəfərdən ibarət münsiflər heyəti, Düsseldorf şəhərinin ev sahibliyində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək hüququnu Eldar QasımovNigar Camala verdi.[18]

Martın 13-də Eldar və Nigarın müsabiqədə ifa edəcəyi mahnını məlum oldu.[19] 7 nəfərdən ibarət münfislər heyətinin qərarı ilə onlar, qitə miqyaslı müsabiqədə İsveçli bəstəkarlar Stefan Örn və Sandra Byurmanın bəstəsi olan "Running Scared" mahnısını ifa etdi. Həm də Eldar və Nigar müsabiqədə öz adları ilə deyil, səhnə təxəllüsü (Ell və Nikki) ilə çıxış etdi.


Səbinə Babayeva

2012-ci ildə müsabiqəyə ev sahibliyi edən Azərbaycan eyni zamanda Avroviziyada 5-ci dəfə iştirak etdi. 12 fevral tarixində İctimai televiziyanın təşkil etdiyi seçim turunun nəticəsi olaraq ölkəni Avroviziya 2012-də Səbinə Babayevanın təmsil edəcəyi açıqlandı. Daha sonra 17 mart tarixində ölkəni təmsil edəcək mahnı olan musiqi və sözləri İsveç bəstəkarları Anders Bagge, Sandra Byurman, Stefan Örn və Yohan Kronlunda aid "When the Music Dies" təqdim olundu. Mahnıya Azərbaycanın milli musiqi aləti olan Balaban əlavə edilmişdi. Azərbaycan ev sahibi ölkə olduğundan 2012-ci ildə avtomatik finalçı olaraq birbaşa final mərhələsində iştirak etdi. 26 may tarixində Bakıda keçirilən finalda "When the Music Dies" 13-cü səhnə aldı. Səhnədə Səbinə Babayevanı ölkənin tanınmış Muğam ustadı olan Alim Qasımov müşaiət etdi. Nəticə olaraq "When the Music Dies" finalda iştirak edən 26 mahnı arasında 4-cü yerə layiq görüldü.


Fərid Məmmədov

2013-cü ildə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 6-cı dəfə iştirak etdi. 14 mart tarixində İctimai Televiziyanın təşkil etdiyi seçim turunun nəticəsi olaraq Malmöda ölkəni musiqisi və sözləri Yunan bəstəkarı Dimitris Kantopulos və İsveç bəstəkarları Con Ballard və Ralf Çarliyə aid olan "Hold Me" mahnısı ilə gənc müğənni Fərid Məmmədovun təmsil edəcəyi məlum oldu. Müsabiqənin 2-ci yarımfinalında mübarizə aparan mahnı 139 xal toplayaraq 1-ci yerə layiq görülmüşdü. 18 may tarixində keçirilən finalda "Hold Me" 20-ci səhnə aldı. Nəticə olaraq finalda iştirak edən 26 mahnı arasında 2-ci yeri qazandı.


2014 Kopenhagen

[redaktə | mənbəni redaktə et]
Dilarə Kazımova

2014-cü ildə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 7-ci dəfə iştirak etdi. 2 mart tarixində İctimai televiziyanın təşkil etdiyi seçim turunun nəticəsi olaraq ölkəni Kopenhagendə Dilarə Kazımovanın təmsil edəcəyi açıqlandı. Daha sonra 16 mart tarixində ölkəni təmsil edəcək mahnı olan musiqi və sözləri İsveç bəstəkarları Stefan Örn, Yohan Kronlund və Alessandra Qünthardta aid "Start a Fire" təqdim olundu. Mahnıya Azərbaycanın milli musiqi aləti olan Balaban əlavə edilmişdi. 1-ci yarımfinalda çıxış edən Azərbaycan 57 xal toplayaraq 9-cu yeri tutdu və finala adladı. 10 may tarixində finalda "Start a Fire" 3-cü səhnə aldı. Nəticə olaraq finalda iştirak edən 26 mahnı arasında 22-ci yeri qazandı.


Elnur Hüseynov

2015-ci ildə Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 8-ci dəfə qatıldı. 15 mart tarixində İctimai Televiziya Vyanada ölkəni musiqisi və sözləri yenə də İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Niklas Rif və Lina Hanssona məxsus "Hour Of The Wolf" mahnısı ilə Elnur Hüseynovun təmsil edəcəyini elan etdi. Elnur Hüseynov 2015-ci ilə qədər artıq 1 dəfə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdi. O 2008-ci ildə Samir Cavadzadə ilə birgə Belqradda keçirilən müsabiqədə Azərbaycanı "Day After Day" mahnısı ilə təmsil edərək ölkəyə 8-ci yeri qazandırmışdı. 2015-ci ildə isə müğənni ölkəni solo ifa ilə təmsil etdi. Müsabiqənin 2-ci yarımfinalında mübarizə aparan mahnı 53 xal toplayaraq 10-cu yerdə qərarlaşaraq finala vəsiqə qazandı. 23 may tarixində keçirilən finalda "Hour Of The Wolf" 24-cü səhnə aldı. Nəticə olaraq finalda iştirak edən 27 mahnı arasında 12-ci yerə layiq görüldü.


Səmra Rəhimli

2016-cı ildə Azərbaycan sayca 9-cu dəfə Avroviziya Mahnı Müsabiqəsinə qatıldı. İsveçin paytaxtı Stokholm şəhərində baş tutan müsabiqədə Azərbaycanı təmsil etmək hüququ, martın 10-da keçirilən münsiflər heyətinin iclasında Səmra Rəhimliyə həvalə edildi.[20] 21 yaşlı ifaçı Səmra Rəhimlinin ciddi uğurları sırasında 2016-cı ildə, Azərbaycan Televiziyasında yayımlanan "Səs Azərbaycan" yarışmasında dördüncü yeri tutması idi.[20] Səmra Rəhimli müsabiqədə Əmir Əli, Yakob Erikson və Henrik Vikstromunun bəstəsi olan "Miracle" mahnısı ifa etdi.[20] 61-ci Avroviziya Mahnı Müsabiqəsinin mayın 10-da keçirilən I yarım-finalında Səmra Rəhimli səhnəyə 14 nömrə altında çıxdı.[21] Nəticədə Səmra Rəhimli 185 xalla 6-cı yeri tutdu və inamlı finala vəsiqə qazandı.[22] Mayın 14-də baş tutan final şousu isə Səmra Rəhimli üçün uğursuz alındı.[23] 4 nömrə altında öz performansını təqdim edən Səmra Rəhimli 117 səslə 17-ci pillədə qərarlaşdı.[24]


Diana Hacıyeva

2016-cı il dekabrın 5-də, Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən ifaçının adı məlum olmuşdur. İctimai Televiyada baş tutan münsiflər heyətinin iclasında, bu hüquq 27 yaşlı caz ifaçısı Diana Hacıyevaya verilmişdir. Martın 11-i isə onun, müsabiqədə ifa edəcəyi "Skeletons" mahnısı "Eurovision TV"-də təqdim olunmuşdur. Mahnının bəstəkarları İsa Məlikov və isveçli Sandra Byurmandır. Müsabiqənin 9 mayda baş tutmuş I yarımfinalda Diana Hacıyeva öz mahnısını canlı ifa etmiş və 8-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə adlaya bilmişdir. Finalda isə 12-ci nömrə altında öz çıxışını təqdim edən Diana Hacıyeva 120 səslə 14-cü yerdə qərarlaşmışdır.


8 noyabr 2017-ci il tarixində İctimai TV rəsmi olaraq caz ifaçısı Aysel Məmmədovanın ölkəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəyini açıqlamışdır. İfaçının Lissabon səhnəsində ifa edəcəyi mahnı "X My Heart" 2018-ci ilin mart ayının 4-də təqdim olunmuşdur. Pop üslubunda olan mahnı yunan bəstəkar Dimitris Kantopulos ilə isveçli bəstəkar Sandra Byurmanın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Müsabiqənin 8 mayda baş tutan birinci yarımfinalda Aysel Məmmədova səhnə almış və nəticədə 19 ölkə təmsilçisinin mübarizə apardığı yarışmada 11-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə adlaya bilməmişdir. Bu Azərbaycanın müsabiqə tarixindəki ən uğursuz nəticəsi olmuşdur.


Çingiz Mustafayev

8 mart 2019-cu il tarixində İctimai TV Çingiz Mustafayevin "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil edəcəyini açıqlamışdır. Pop üslubunda olan mahnı Mahnı Boris Milanov, Trey Kempbell, Bo J, Pablo Dinero, Hostess və Çingizin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Bəstəkarlardan Boris Milanov Bolqarıstanın 2016, 2017, 2018 və eyni zamanda Avstriyanın Avroviziya 2018 mahnılarını bəstələmişdir. Müsabiqənin 16 mayda baş tutan ikinci yarımfinalında Çingiz Mustafayev öz mahnısını canlı ifa etmiş və 5-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə adlaya bilmişdir. Finalda isə 20-ci nömrə altında öz çıxışını yenidən təqdim edən Çingiz cəmi 302 xal toplayaraq 8-ci yerdə qərarlaşmışdır. Bu Azərbaycanın müsabiqədə 2013-cü ildən bəri ən yaxşı nəticəsi olmuşdur.

Leyla Quliyeva, Eldar QasımovNərgiz Birk-Petersen
İl Şəhər Ev sahibi Aparıcılar
2012 Azərbaycan Bakı Bakı Kristal Zalı Leyla Quliyeva, Eldar QasımovNərgiz Birk-Petersen

"Marsel Bezençon" mükafatı

[redaktə | mənbəni redaktə et]
Müsabiqə Mükafat Mahnı Müğənni
2012 Mətbuat mükafatı "When the Music Dies" Səbinə Babayeva
2013 Bədii mükafat "Hold Me" Fərid Məmmədov

Səsvermə nəticələri

[redaktə | mənbəni redaktə et]
Ölkə 08 09 10 11 12 13 14 15 16* 17 19 21 22 Cəmi
Albaniya Albaniya
0
4
0
8
4
7
0
0
0
0+2
8+3
0+2
3+0
41
Almaniya Almaniya
1
0
0
0
0
4
0
0
0
0
0
0
6+0
11
Andorra Andorra
7
0
_
7
Avstraliya Avstraliya
0
0
0
2+1
0
2+0
5
Avstriya Avstriya
8
0
12
0
0
0
0
4+1
0
0
25
Belarus Belarus
8
10
6
6
7
10
3
0
8+2
0
5+6
_
71
Belçika Belçika
7
3
5
3
0
5
0
0
0
0+4
0
0
0
27
Böyük Britaniya Birləşmiş Krallıq
0
3
0
0
2
0
0
0
0
0
7+3
0
7+0
22
Bolqarıstan Bolqarıstan
3
8
12
0
10
12
1+0
0+5
4+0
3+0
5
Bosniya və Herseqovina Bosniya və Herseqovina
0
3
7
8
7
8+1
_
34
Çexiya Çexiya
10
10
12
6+0
10+0
5+7
0
0
60
Ermənistan Ermənistan
0
1
0
0
0
0
0
0
0
0
_
0
1
Estoniya Estoniya
0
7
0
8
0
0
0
0
0
0
5+1
0
3+0
24
Danimarka Danimarka
0
8
2
0
0
0
0
0
0
0
4+5
0
0
19
Finlandiya Finlandiya
0
2
0
5
0
0
0
0
0
0
2+0
0
3+0
12
Fransa Fransa
0
0
0
6
0
8
0
0
0
0
6+0
0
0
20
Gürcüstan Gürcüstan
7
8
8
10
12
7
10
7+0
12+10
10+7
3+5
0+3
119
İslandiya İslandiya
0
0
4
8
0
7
0
0
1+0
0
4+0
0
0
24
İrlandiya İrlandiya
0
0
3
0
1
2
0
0
0
0+1
7+0
2+0
0
16
İspaniya İspaniya
0
0
7
0
0
7
0
0
0+2
0
7+1
0
12+0
26
İsrail İsrail
3
6
7
4
8
12
0
0
2+0
0
7+3
2+2
0
56
İsveç İsveç
0
8
0
3
0
0
0
0
0+10
0
5+3
0
7+0
36
İsveçrə İsveçrə
0
0
2
1
0
6
0
0
0
0
0
2+0
0
11
İtaliya İtaliya
0
0
0
0
0
0
0+12
7+1
0
0
20
Kipr Kipr
0
8
8
8
8
8
0
0+2
0+1
6+0
0
10+
59
Latviya Latviya
4
4
2
2
0
3
0
0
3+0
0
6+4
0
0
28
Litva Litva
7
5
0
8
10
12
0
2
0
0
10+5
0
0
59
Macarıstan Macarıstan
12
10
7
0
12
0
0
0+7
0+4
5+2
_
59
Şimali Makedoniya Şimali Makedoniya
8
3
3
0
2
0
0
0
0+1
0
4+1
0+3
4+0
39
Malta Malta
0
1
12
12
10
12
0
8
6+0
0
8+2
0
2+0
73
Moldova Moldova
8
10
7
10
10
8
0
3
8+0
10+5
6+10
6+1
1+0
103
Monteneqro Monteneqro
0
6
5
12
0
8
7+0
5+0
0+3
_
1+0
47
Niderland Niderland
2
10
0
6
0
2
0
0
0+1
0
0+4
2+0
0
27
Norveç Norveç
0
10
7
0
0
0
0
0
0
0
5+3
0+1
0
26
Polşa Polşa
7
6
8
8
0
0
0
0+1
2+2
0
0
34
Portuqaliya Portuqaliya
0
0
0
8
0
0
0
0+12
8+0
0
0
28
Rumıniya Rumıniya
2
4
0
10
0
10
0
3
0
10+6
0+4
0
49
Rusiya Rusiya
10
7
8
12
10
12
10
3
6+10
12+12
8+4
124
San-Marino San-Marino
0
0
10
4
2
12
0
0
1+5
4+4
0
7+0
51
Serbiya Serbiya
0
4
0
0
3
5
0
0
0
3+0
0+4
12+0
31
Slovakiya Slovakiya
4
0
7
6
_
17
Sloveniya Sloveniya
1
1
0
0
0
3
0
0
0
4+0
10+0
0
0
19
Türkiyə Türkiyə
12
12
12
12
12
_
60
Ukrayna Ukrayna
10
10
12
10
10
10
1
10+7
0+6
3+6
5+0
100
Xorvatiya Xorvatiya
0
10
0
10
0
7
0
0
0
0+2
0
29
Yunanıstan Yunanıstan
3
8
1
5
5
12
0
0
0+1
0+10
8+0
0+2
12+0
57
Cəmi
132
207
145
221
150
234
33
49
117
120
302
65
106
  • 2016-cı ildən etibarən yeni səsvermə metoduna keçən müsabiqədə münsif və SMS səsverməsi ayrılıqda hesablanmağa başlamışdır.

Şərhçilər və səsləri elan edənlər

[redaktə | mənbəni redaktə et]
Müsabiqə Yayım hüququ Şərhçi Səsləri elan edən
2008 İctimai Televiziya Hüsniyə Məhərrəmovaİsa Məlikov Leyla Quliyeva
2009 Leyla Quliyevaİsa Məlikov Hüsniyə Məhərrəmova
2010 Hüsniyə Məhərrəmova Tamilla Şirinova
2011 Leyla Quliyeva Səfurə Əlizadə
2012 Könül Arifqızı və Saleh Bağırov
2013 Könül Arifqızı Tamilla Şirinova
2014 İctimai Televiziya Səbinə Babayeva
2015* Kamran Quliyev Tural Əsədov
2016 Azər Süleymanlı
2017
2018
2019 İctimai Televiziya
Murad Arif Faiq Ağayev
2021 İctimai Televiziya Murad Arif Eldar Qasımov

Nigar Camal

2022 Murad Arif N/A
2023 Azər Süleymanlı Nərmin Salmanova
2024 Nurlana Cəfərova Aysel Teymurzadə

* Müsabiqənin 19 mayda baş tutan I yarım-finalı, Binəqədi rayonunda baş verən faciə (15 mərtəbəli binanın yanması) ilə əlaqəli olaraq canlı yayımlanmadı.

  1. "Azərbaycan birinci dəfə olaraq "2008-Avroviziya" Mahnı Müsabiqəsinə qatılacağdır. Azərbaycanı bu möhtəşəm mahnı yarışmasında təmsil edəcək şəxsin aı fevralın 2-də məlum olacaqdır. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2008.
  2. 1 2 3 4 "Müğənni Elnur Hüseynov "2008-Avroviziya" Mahnı Müsabiqəsinin milli seçim turunun qalibi olmuşdur. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2008.
  3. ""Avroviziya" Mahnı Müsabiqəsinin milli seçim turunun final mərhələsi Türkiyənin "TRT" telekanalı və Avropanın bir sıra telekanalları ilə canlı yayımlanacaq. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2008.
  4. "Azərbaycan müğənniləri Elnur Hüseynov və Samir Cavazadə "2008-Avroviziya" Mahnı Müsabiqəsində finala çıxmışlar. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2008.
  5. 1 2 "Elnur Hüseynov və Samir Cavazadə dueti "2008-Avroviziya" Mahnı Müsabiqəsində 8-ci yeri tutmuşlar. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2008.
  6. 1 2 3 "Azərbaycanı "2009-Avroviziya" Mahnı Müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanmışdır. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2009.
  7. 1 2 ""2009-Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı artıq məlumdur. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2009.
  8. "Araş: "Mahnını məhz Aysel üçün yazmışam". (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2009.
  9. "Azərbaycan "2009-Avroviziya" Mahnı Müsabiqəsində Aysel və Araş dueti ilə təmsil olunacaqdır. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2009.
  10. "Filipp Kirkorov: Azərbaycan təmsilçiləri "2009-Avroviziya"-un favoriti hesab olunur. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2009.
  11. "Rusiyanın baş naziri Vladimir Putin Azərbaycan təmsilçiləri Aysel və Araşın məşqini izləmişdir. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2009.
  12. 1 2 "Azərbaycan dueti Aysel və Araş "Eurovision-2009"-un finalında. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2009.
  13. "Aysel Teymurzadə: Biz Azərbaycan dövlətinin və hər bir Azərbaycanlının dəstəyini daim hiss edirik. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2009.
  14. 1 2 3 4 "Azərbaycan dueti Aysel Teymurzadə və Araş "Eurovision-2009"-da üçüncü yeri tutmuşdur. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2009.
  15. "Azərbaycan Prezidenti İlham Əliyev "Eurovision-2009" Mahnı Müsabiqəsində böyük qələbə qazanmış Aysel və Araşı təbrik etmişdir. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2009.
  16. 1 2 "Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva "Eurovision-2009" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşmüşdür. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2009.
  17. ""Eurovision-2011" Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparan beş ifaçı milli seçim turunun finalına hazırlaşır. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2011.
  18. ""Eurovision-2011" Mahnı Müsabiqəsində Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edəcəkdir. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2011.
  19. "Azərbaycan təmsilçilərinin "Eurovision-2011" Mahnı Müsabiqəsində ifa edəcəkləri mahnının adı martın 13-də məlum olacaqdır. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2011.
  20. 1 2 3 "Azərbaycanı Stokholm şəhərində baş tutacaq "2016-Avroviziya" Mahnı Müsabiqəsində "Miracle" adlı mahnı ilə Səmra Rəhimli təmsil edəcək. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2016.
  21. "Azərbaycanın "2016-Avroviziya" Mahnı Müsabiqəsində təmsilçisi Səmra Rəhimli bu axşam 14-cü nömrə altında çıxış edəcək. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2016.
  22. "Azərbaycanın "2016-Avroviziya" Mahnı Müsabiqəsində təmsilçisi Səmra Rəhimli finala vəsiqə qazanıb. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  23. "Səmra Rəhimli "2016-Avroviziya" Mahnı Müsabiqəsində dördüncü nömrə altında çıxış edəcək. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2016.
  24. "Ukrayna təmsilçisi Camala "2016-Avroviziya" Mahnı Müsabiqəsinin qalibi oldu. (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 10 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]