San-Remo konfransı (1920) — Vikipediya

Konfrans nümayəndələri
Fələstindəki İngilis mandatı ərazisi. San-Remo konfransı (1920-ci il)
Fransa mandat ərazisi

San-Remo konfransı — Antanta dövlətlərin Birinci Dünya müharibəsindən sonra 1920-ci il 19-20 aprel tarixlərində İtaliyanın San-Remo şəhərində çağırdıqları Ali Məclisin yığıncağı.

Konfransda Böyük Britaniyanın Baş naziri Devid Lloyd Corc və A. Balfurun[1] yerini tutan xarici işlər naziri Lord Corc Kerzon, Fransanın Baş naziri Aleksandr Milyeran, İtaliyanın Baş naziri F. Nitti iştirak ediblər. Yaponiyanı səfir K.Matsui təmsil etmişdir. Amerika nümayəndəsi, Romadakı səfiri Conson konfransda müşahidəçi qismində iştirak ediblər. Bu ölkələrin nümayəndələri YunanıstanBelçikanın maraqlarına təsir edən məsələlərin müzakirələlərində iştirakçı olublar.

Konfransda keçmiş Osmanlı imperatorluğunun Yaxın Şərqdəki ərazilərinin idarəsini Millətlər Cəmiyyətinin "A" sinif mandatları arasında bölüşdürülməsi müəyyənləşdirildi. Bütün ərazilərin dəqiq sərhədləri qeyri-müəyyən olaraq qaldı. Hesab edilirdi ki, onlar əsas müttəfiq güclər tərəfindən təyin ediləcək və təsdiqlənməsi üçün Millətlər Cəmiyyətinə təqdim edilsə də,[2]lakin sonrakı 4 il ərzində bu gerçəkləşmədi. Konfrans qərarları 1920-ci ildə reallaşdırılmamış Sevr sülh müqaviləsinə daxil edildi (VII hissə, 94-97)[3],lakin Türkiyə bunu rədd etdiyi üçün, nəhayət Millətlər Cəmiyyəti Şurası tərəfindən 1923-cü il Lozanna müqaviləsi qəbul edilənə qədər yalnız 24 iyul 1922-ci ildə təsdiq edildi.[4][5][6]

Əlavə olaraq, konfransda Almaniyanın 1919-cu il Versal sülh müqaviləsinin hərbi maddələrinin yerinə yetirilməsi və Sovet Rusiyasına münasibətdə müttəfiqlərin mövqeyi ilə bağlı məsələlər də müzakirə edildi.

border=none Əsas məqalə: I Dünya müharibəsi

2 noyabr 1917-ci ildə İngiltərənin Xarici İşlər naziri Artur Balfur, İngilis sionistlərinin lideri Lord Valter Rotşildə, sonradan Balfur Bəyannaməsi adlanan rəsmi bir məktub göndərdi.

  • "Əlahəzrət Höküməti, Fələstində Yəhudi xalqı üçün milli bir mərkəzin qurulmasını nəzərdən keçirir və bu məqsədə çatmaq üçün hər cür səy göstərəcəkdir ..."

"Böyük Dördlüyün" 1919-cu ildəki iclası zamanı, İngiltərənin Baş naziri Loyd Corc bildirir ki, qərarlarında İngiltərənin Misirdəki Ali Komissarlığı Artur MakMaqon və Hicazın I Kralı Şerif Məkkə Hüseyin bin Əli arasındakı yazışmaların nəticələri də yer almalıdır. Ayrıca, Hüseyni ilə razılaşmanın 1916-cı ildə Says-Piko Sazişinə çatması üçün əsas olduğunu izah etdi və Fransa Xarici İşlər Nazirinə, təklif olunan Millətlər Cəmiyyəti mandat sisteminin Hüseyni ilə saziş şərtlərinin pozulması üçün bir bəhanə olaraq istifadə edilməməsi lazım olduğunu söylədi.Says-Piko Sazişində İngiltərəFransa müstəqil bir ərəb dövləti və ya dövlətlər birliyi qurmaq və Məkkə şərifi ilə məsləhətləşməyə razılıq verdilər. Fransa da ordusunun Dəməşq, Homs, Hələb və Həmanı işğal etməyəcəyinə razılıq verdi[7].

30 sentyabr 1918-ci ildə Dəməşqdəki ərəb qiyamının liderləri 1916-cı ilin oktyabrında Məkkədə dini liderlər və məşhur insanlar tərəfindən "ərəblərin kralı" elan edilmiş Şerif Məkkə Hüseyinə sadiq bir hökumətin qurulduğunu elan etdilər (baxmayaraq ki, İngiltərə onu yalnız Kral Hicaz olaraq tanıyırdı.) Hüseynin oğlu Şahzadə Faisal və T. Lawrence, onun müşaviri olaraq 1919-cu ildə Paris Sülh konfransında iştirak etdilər. 1919-cu il iyulun əvvəlində Böyük Suriya Parlamenti Fransanın Suriya ərazisinin hər hansı bir hissəsinə tanımaqdan imtina etdi[8]. 1919-cu il iyulun əvvəlində Böyük Suriya Parlamenti Fransanın Suriya ərazisinin hər hansı bir hissəsinə tanımaqdan imtina etdi[9].

6 yanvar 1920-ci ildə Şahzadə Feysəl ibn Hüseyn əl-Haşimi, Suriyalıların birləşmək və müstəqil dövlət yaratmaq hüquqlarını tanıyan Fransanın Baş naziri Jorj Klemanso ilə razılaşma başlatdı[10], ancaq 8 Mart 1920-ci ildə Şamdakı Suriya Milli Konqresi bu razılaşmanı rədd etdi[9]Suriyanı müstəqil bir dövlət elan etdi[11]. Yeni dövlət yalnız Suriya, Fələstin, Livan deyil, eyni zamanda, Says-Piko sazişinə görə, yeni yaradılan müstəqil ərəb dövlətinin və ya dövlətlər konfederasiyasının bir hissəsi olaraq qəbul edilməyən şimali Mesopotamiyanın hissələrini əhatə etdi. Şahzadə Feysəl dövlət başçısı elan edildi və qardaşı Şahzadə Zeyd isə Mesopotamiya regenti elan edildi.

Konfrans və Millətlər Cəmiyyətinin sonrakı qərarları

[redaktə | mənbəni redaktə et]

Bu hadisələr San-Remoda təcili bir konfransın çağırılmasına səbəb oldu. Böyük BritaniyaFransa prinsipcə SuriyaMesopotamiyanın "şərti müstəqilliyini" tanımaq üçün razılığa gəldilər ki, müstəqillikləri "idarəetmə səlahiyyətləri daxilində" elan olunduqdan sonra müstəqil dövlətlər ola biləcəklər"[2].

Fələstin Osmanlı İmperatorluğunun bir hissəsi olan Suriyanın cənubundakı inzibati bölgələri özünə daxil etdi. Eyni zamanda, qətnamədə onun "şərti müstəqilliyi" qeyd edilməmişdir, baxmayaraq ki, "inkişaf səviyyəsi mandat sahibinə inzibati yardım göstərməklə müstəqil dövlət olmağa imkan verən ərazilərin" Mandat sistemi siyahısında göstərilmişdir. Fransa, mandatının Millətlər Liqası Şurası tərəfindən təsdiqlənməsini gözləmədən Suriyaya nəzarəti ələ keçirməyə qərar verdi. Feysala ultimatum irəli sürdü və 1920-ci ilin iyun ayında Maysalun(en.) döyüşündən sonra onu Suriyanı tərk etməyə məcbur etdi.

Birləşmiş Krallıq, Millətlər Liqası Şurası tərəfindən mandat təsdiqlənməzdən əvvəl Fələstinə Ali Komissar və İdarə təyin etdi.

San Remo konfransının mandatlarla əlaqəli qərarlar, o cümlədən Balfur Bəyannaməsi, Versal sülh müqaviləsinin (1919) 22-ci maddəsinə əlavə edilmiş qalan yerinə yetirilməmiş Sevr Sülh Müqaviləsinin[3] 94-97-ci maddələrinə (VII hissə) daxil edilmişdir. 22-ci maddə ilə müəyyən edilmiş ərazilərə, sülh müqaviləsinin I hissəsində qeyd olunan Osmanlı İmperiyasının üç keçmiş hissəsi və Almaniyadakı yeddi keçmiş xarici əmlak daxil idi. Türkiyə 1920-ci il Sevr sülh müqaviləsini rədd etdiyi üçün bu qərarlar nəhayət Millətlər Cəmiyyəti Şurası tərəfindən yalnız 24 iyul 1922-ci ildə təsdiq edildi[4][5].

Beləliklə, Böyük Britaniya Fələstinİraq üçün, Fransa isə müasir Livan da daxil olmaqla Suriya üçün mandat hüquqqu aldı.

Almaniyaya gəlincə, konfrans ondan Versal sülh müqaviləsinin hərbi və bərpa şərtlərini yerinə yetirməsini tələb etdi.

Konfrans Sovet Rusiyası ilə ticarət əlaqələrini bərpa etmək barədə də qərar verdi. Üstəlik, bu haqda Sovet mənbələrinə görə, konfransda razılığa gəlindi[12].

AlmaniyaRusiya ilə əlaqəli mövzularda 1920-ci ilin iyulunda Spada (1920) beynəlxalq konfrans keçirildi.

  1. "SAN REMO CONFERENCE". 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-24.
  2. 1 2 "San Remo Resolution, Published April 25, 1920". 2010-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-24.
  3. 1 2 "The Treaty of Sèvres, 1920. Section I, Articles 1 — 260". 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  4. 1 2 FRUS, The Paris Peace Conference, 1919, Volume XII Treaty Of Versailles, Annotations Of the Text Arxivləşdirilib 2011-11-12 at the Wayback Machine; см.также с. 93,95-104
  5. 1 2 The San Remo Conference, 1922, Extract: «Mandate (for Palestine) under the League of Nations to Britain», 24.07.1922 Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine San Remo Convention. Extract: «Mandate (for Palestine) under the League of Nations to Britain», 24.07.1922 Arxivləşdirilib 2012-02-12 at the Wayback Machine
  6. "The British Mandate For Palestine San Remo Conference, April 24, 1920" (ingilis). mtholyoke.edu. Archived from the original on 2006-05-18. İstifadə tarixi: 2019-10-29.
  7. "United States Department of State / Papers relating to the foreign relations of the United States, The Paris Peace Conference, 1919 (1919)" (ingilis). Archived from the original on 2016-03-04. İstifadə tarixi: 2019-10-29.
  8. "M1 Jordan: Living in the Crossfire, Alan George, Zed Books" (ingilis). 2005. Archived from the original on 2017-05-06. İstifadə tarixi: 2019-10-29.
  9. 1 2 "King Husain and the Kingdom of Hejaz, by Randall Baker, Oleander Press" (ingilis). 1979. Archived from the original on 2016-05-03. İstifadə tarixi: 2019-10-29.
  10. Britain, the Hashemites and Arab Rule, 1920—1925, by Timothy J. Paris, Routledge, 2003, ISBN 0714654515, Page 69
  11. "King's Complete History of the World War" (ingilis). 1922. Archived from the original on 2017-10-11. İstifadə tarixi: 2019-10-29.
  12. САН-РЕМО КОНФЕРЕНЦИЯ 1920, «Дипломатический словарь» ОГИЗ, 1948 Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine, [1] Arxivləşdirilib 2012-12-01 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]