Tahir Zahidov — Vikipediya
Tahir Zahidov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Tahir Zahidov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Boyu | 152 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1992—1999 |
Məşqçisi | Rəşid Rəşidov |
Tahir Zahidov (10 fevral 1979) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Karyerası
[redaktə | mənbəni redaktə et]Tahir Zahidov 1994-cü ildə Birləşmiş Ştatlarda, 1995-ci ildə isə Macarıstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatlarının qalibi oldu.[2] 1995-ci ildə Praqa şəhərində (Çexiya) Dünya Çempionatını 20-ci pillədə başa vuran Tahir Zahidov 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını 8-ci pillədə başa vurdu.[2]
Tahir Zahidov 1996-cı ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi.[3] Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam elədi.[3] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu.[3] Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı.[3] Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu.[3] Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.[3]
Olimpiadadan sonra Tahir Zahidov 1996-cı ildə Polşada gənclər arasında Dünya Çempionatını altıncı pillədə başa vurdu.[2]
1997-ci ildə isə Tahir Zahidov İstanbul şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, həmin il Finlandiyada baş tutan gənclər arasında Dünya Çempinatını dördüncü pillədə başa vurdu.[2]
1998-ci ildə Albaniyada baş tutan gənclər arasında Avropa Çempionatında dördüncü pillədə qərarlaşan Tahir Zahidov 1999-cu ildə Budapeşt şəhərində (Macarıstan) gənclər arasında Avropa Çempionatının qızıl, Buxarest şəhərində (Rumıniya) gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu. 1999-cu ildə idmanla vidalaşdı.[2]
Nəticələri
[redaktə | mənbəni redaktə et]Yeniyetmələrin Dünya Çempionatı | ABŞ | |||
Yeniyetmələrin Dünya Çempionatı | Macarıstan | |||
Dünya Çempionatı | Çexiya | |||
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | ABŞ | |||
Gənclərin Dünya Çempionatı | Polşa | |||
Gənclərin Avropa Çempionatı | Türkiyə | |||
Gənclərin Dünya Çempionatı | Finlandiya | |||
Gənclərin Avropa Çempionatı | Albaniya | |||
Gənclərin Avropa Çempionatı | Macarıstan | |||
Gənclərin Dünya Çempionatı | Rumıniya |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Olympedia.org. "Tahir ZAHİDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 International Wrestling Database. "TAHIR ZAHIDOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 5 6 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Light-Flyweight (48 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.