Teodor Şults — Vikipediya

Teodor Şults
ing. Theodore William Schultz
Doğum tarixi
Doğum yeri Arlinqton, Cənubi Dakota ABŞ ABŞ
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri Evanston, İllinoys ABŞ ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi makroiqtisadiyyat
İş yerləri Ayova Ştatı Universiteti, Çikaqo Universiteti
Təhsili
Tanınır Elm kapitalı, Aqrar iqtisadiyyatın inkişaf etdirilməsi
Üzvlüyü
Mükafatları Nobel mükafatı 1979 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teodor Vilyam Şults (ing. Theodore William Schultz) (20 aprel 1902 - 26 fevral 1998) — amerikalı iqtisadçı. 1979-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Artur Lyuislə bölüşdürmüşdür.

Teodor Şults 1921-ci ildə əkinçilik üzrə təhsil almaq üçün ABŞ-də Cənubi Dakota Universitetinə daxil olmuş və 1927-ci ildə məzun olaraq diplom almışdır. Sonra Viskonsin-Medison Universitetində doktorluq dərəcəsi almaq üçün çalışmış, 1927-ci ildə doktorluq dərəcəsinə yüksəlmişdir.

1930-1943-cü illərdə ABŞ-nin Ayova Ştatı Universitetində dərs vermiş, daha sonra Çikaqo Universitetində professorluğa yüksəlmişdir. 1998-ci ildə ABŞ-nin İllinoys ştatının Evanston şəhərində ölmüşdür.

Teodor Şultsu məşhur edən tədqiqatları onun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin aqrar sektorunun inkişaf etdirilməsi ilə bağlıdır. Onun insan kapitalı, xüsusən də elm kapitalı ilə bağlı apardığı tədqiqatlar XX əsrdə bir sıra dövlətlərin öz iqtisadi siyasətlərini müəyyənləşdirməsində rol oynamışdır. 1979-cu ildə aqrar sektorun iqtisadiyyatına verdiyi töhfələrinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

  • 1951, Measures for Economic development of Underdeveloped Countries
  • 1959, Investment in Man: An Economist’s View, The Social Service Review XXXIII, 2, iyun
  • 1959, Human Wealth and Economic Growth, Humanist
  • 1960, Capital Formation by Education, Journal of Political Economy
  • 1961, Investment in Human Capital, American Economic Review
  • 1962, Reflections on Investment in Man, Journal of Political Economy
  • 1963, The Economic Value of Education, New York: Columbia University Press
  • 1964, Transforming Traditional Agriculture
  • 1971, Investment in Human Capital: The role of education and of research
  • 1972, Human Resources, Human Capital: Policy issues and research opportunities
  • 1975, The Value of the Ability to Deal with Disequilibria, Journal of Economic Literature. 13, no. 3 (Eylul 1975): səhifə 827–846
  • 1978, Migration: An economist's view, in McNeil ve Adams, eds., Human Migration
  • 1979, Life Span, health, Savings and Productivity, with R. Ram, Economic Devevelopment and Cultural Change
  • 1979, Concepts of Entrepreneurship and Agricultural Research. Kaldor Memorial Lecture, Ayova Ştatı Universiteti, noyabr
  • 1980, The Economics of Being Poor, Journal of Political Economy
  • 1981, Investing in : The Economics of Population Quality
  • 1982, Investment in Entrepreneurial Ability, Scandinavian Journal Economics 82, no. 4, səhifə 437–448

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 NNDB (ing.). 2002.