İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı — Vikipediya
Rəsmi adı Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə Sveriges Riksbank Mükafatı (isv. Sveriges riksbanks pris i ekonomisk vetenskap till Alfred Nobels minne) olan İqtisadiyyat üzrə Nobel mükafatı İsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir.[1] İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar Friş və Yan Tinberqen olmuşdur.[2] Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır.[3] 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur[4]
2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi.[5] 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır.[6] 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu.[7] 2009-cu ilə qədər bu mükafatı qazanan tək qadın iqtisadiyyatçı Elinor Ostrom idi.[8] 2019-cu ildə Ester Duflo bu mükafatı qazanaraq tarixdəki ikinci qadın İqtisadiyyat üzrə Nobel mükafatı laureatı oldu.[9]
Laureatlar
[redaktə | mənbəni redaktə et]il | Laureat | Ölkə | Mükafatı alma səbəbi | Fəlsəfə doktoru olduğu universitet | Mükafatı aldığı zaman işlədiyi qurum | |
---|---|---|---|---|---|---|
1969 | Raqnar Friş | Norveç | "dinamik modelləri təkmilləşdirərək iqtisadi analizlərə uyğunlaşdıran tədqiqatlarına görə"[2] | Oslo Universiteti | Oslo Universiteti | |
Yan Tinberqen | Niderland | Leyden Universiteti | Erasmus Universiteti | |||
1970 | Paul Samuelson | ABŞ | "statik və dinamik iqtisadi nəzəriyyədə və iqtisadiyyat elmində analiz səviyyəsinin yüksəldilməsində fəal çalışdığı elmi işə görə"[10] | Harvard Universiteti | Massaçusets Texnologiya İnstitutu | |
1971 | Saymon Kuznes | ABŞ | "yeni və dərinləşmiş iqtisadi-sosial quruluşa və inkişaf prosesinə səbəb olan iqtisadi böyümənin empirik şəkildə izah edilmiş şərhinə görə"[11] | Kolumbiya Universiteti | Harvard Universiteti | |
1972 | Con Hikk | Birləşmiş Krallıq | " ümumi müvazinət nəzəriyyəsində və rifah iqtisadiyyatında ilk kəşf edici işlərinə görə"[12] | Oksford Universiteti | Oksford Universiteti | |
Kennet Errou | ABŞ | Kolumbiya Universiteti | Harvard Universiteti | |||
1973 | Vasili Leontyev | SSRİ ABŞ | " giriş-çıxış təhlili və cədvəllərinin inkişaf etdirilməsi və bunların iqtisadi problemlərə tətbiq edilməsindəki töhfəsinə görə"[13] | Berlin Universiteti | Harvard Universiteti | |
1974 | Qunnar Myurdal | İsveç | "pul, iqtisadi tsikllar və bunların iqtisadi, sosial və təşkilati bağlılıqlarını öyrənən tədqiqatlarına görə."[14] | Stokholm Universiteti | Stokholm Universiteti | |
Fridrix fon Hayek | Avstraliya Birləşmiş Krallıq | Vyana Universiteti | London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, Çikaqo Universiteti | |||
1975 | Leonid Kantoroviç | SSRİ | " Optimallaşdırma və resurslardan səmərəli istifadənin nəzəriyyəsindəki töhfəsinə görə"[15] | Leninqrad Dövlət Universiteti | Novosibirsk Dövlət Universiteti | |
Tyallinq Kupmans | Niderland ABŞ | Leyden Universiteti | Çikaqo Universiteti, Yel Universiteti | |||
1976 | Milton Fridmen | ABŞ | "istehlak təhlili, pul tarixi və nəzəriyyəsi sahəsindəki uğurlarına və sabitləşmə siyasətinin mürəkkəbliyini nümayiş etdirdiyinə görə"[16] | Kolumbiya Universiteti | Çikaqo Universiteti | |
1977 | Bertil Ulin | İsveç | "beynəlxalq ticarət nəzəriyyəsinə və beynəlxalq kapital hərəkatına verdiyi töhfələrə görə"[17] | Stokholm Universiteti | Stokholm İqtisadiyyat Məktəbi | |
Ceyms Mid | Birləşmiş Krallıq | Kembric Universiteti | Kembric Universiteti | |||
1978 | Herbert Saymon | ABŞ | "iqtisadi təşkilatlar içərisində qərar qəbul etmə prosesində etdiyi ilk araşdırma üçün"[18] | Çikaqo Universiteti | Karneq Mellon Universiteti | |
1979 | Teodor Şults | ABŞ | "Xüsusilə inkişaf etməkdə olan ölkələrin problemlərini nəzərə alaraq iqtisadi inkişaf tədqiqatlarında öncül tədqiqatlarına görə"[19] | Viskonsin-Madison Universiteti | Çikaqo Universiteti | |
Artur Lyuis | Sent-Lüsiya Birləşmiş Krallıq | London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | Prinston Universiteti | |||
1980 | Lorens Kleyn | ABŞ | "ekonometrik modellərin qurulması, bunların iqtisadi tsikllar və iqtisadi siyasətlərə uyğunlaşdırılması sahəsində olan tədqiqatlarına görə"[20] | Massaçusets Texnologiya İnstitutu | Pensilvaniya Universiteti | |
1981 | Ceyms Tobin | ABŞ | "maliyyə bazarlarını və onların xərc qərarları, məşğulluq, istehsal və qiymətlərlə olan münasibətlərini təhlil etdiyi üçün"[21] | Harvard Universiteti | Yel Universiteti | |
1982 | Corc Stiqler | ABŞ | "sənaye quruluşlarını, bazarların fəaliyyətini və ictimai tənzimlənmənin səbəb və təsirlərini tədqiq etdiyinə görə"[22] | Çikaqo Universiteti | Çikaqo Universiteti | |
1983 | Cerard Debre | Fransa | "yeni analitik metodları iqtisadi nəzəriyyəyə daxil etdiyinə və ümumi tarazlıq nəzəriyyəsini ciddi şəkildə islah etdiyinə görə"[23] | Paris Ali Normal Məktəbi Paris Universiteti | Berkli Kaliforniya Universiteti | |
1984 | Riçard Stoun | Birləşmiş Krallıq | " iqtisadi fəaliyyətlərin qeydiyyatını izləmək üçün iqtisadi və sosial mühasibat sistemini təkmilləşdirdiyinə görə"[24] | Kebric Universiteti | Kembric Universiteti | |
1985 | Franko Modilyani | İtaliya | "əmanət və maliyyə bazarlarının öncül təhlillərinə görə"[25] | Sosyal Tədqiqatlar üçün Yeni Məktəb | Massaçusets Texnologiya İnstitutu | |
1986 | Ceyms Byukenen | ABŞ | "iqtisadi və siyasi qərar qəbul etmə nəzəriyyəsinin müqavilə və konstitusiya əsaslarını inkişaf etdirdiyinə görə"[26] | Çikaqo Universiteti | Corc Meyson Universiteti | |
1987 | Robert Solou | ABŞ | "iqtisadi böyümə nəzəriyyəsinə verdiyi əvəzsiz töhfələrə görə"[27] | Harvard Universiteti | Massaçusets Texnologiya İnstitutu | |
1988 | Moris Allays | Fransa | "bazarlar nəzəriyyəsinə və mənbələrdən səmərəli istifadəyə verdiyi önəmli töhfələrə görə"[28] | Fransa Politexnik Məktəbi | Paris Universiteti | |
1989 | Trüqve Hovelmu | Norveç | "ekonometrikada ehtimal nəzəriyyəsinin əsaslarını izah etdiyinə və eyni vaxtda baş verən iqtisadi strukturların təhlilinə görə"[29] | Oslo Universiteti | Oslo Universiteti | |
1990 | Harri Markovits | ABŞ | "maliyyə iqtisadiyyatı nəzəriyyəsində qabaqcıl işlərinə görə"[30] | Çikaqo Universiteti | Nyu-York Şəhər Universiteti | |
Merton Miller | Con Hopkins University | Karneq Mellon Universiteti, Çikaqo Universiteti | ||||
Uilyam Şarp | Los-Anceles Kaliforniya Universiteti | Stenford Universiteti | ||||
1991 | Ronald Kouz | Birləşmiş Krallıq | "iqtisadiyyatın strukturu və işləməsi üçün olan əməliyyat xərclərini və mülki hüququn əhəmiyyətini ortaya çıxardığına görə"[31] | London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | Çikaqo Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | |
1992 | Hari Bekker | ABŞ | "mikroiqtisadi təhlil sahəsini insan davranışı və qarşılıqlı əlaqələrinə, o cümlədən, qeyri-bazar davranışına qədər genişləndirdiyinə görə"[32] | Çikaqo Universiteti | Çikaqo Universiteti | |
1993 | Robert Fogel | ABŞ | "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədiklərinə görə"[33] | Con Hopkins University | Çikaqo Universiteti | |
Duqlas Nort | Berkli Kaliforniya Universiteti | Sent-Luis Vaşinqton Universiteti | ||||
1994 | Con Xarsani | Macarıstan ABŞ | "kooperativ olmayan oyunlar nəzəriyyəsindəki tarazlıqları öncül təhlil etdiklərinə görə."[34] | Stenford Universiteti | Berkli Kaliforniya Universiteti | |
Con Neş | ABŞ | Prinston Universiteti | Prinston Universiteti | |||
Reynhard Zelten | Almaniya | Frankfurt Göte Universiteti | Bonn Universiteti | |||
1995 | Robert Lukas | ABŞ | "Rasional gözləntilər fərziyyəsi üzərində çalışaraq makroiqtisadi təhlil və iqtisadi siyasət anlayışını dərinləşdirdiyinə görə"[35] | Çikaqo Universiteti | Çikaqo Universiteti | |
1996 | Ceyms Mirrlis | Birləşmiş Krallıq | "asimmetrik informasiya altında iqtisadi təşviq nəzəriyyəsinə verdiyi fundamental töhfələrə görə"[36] | Kembric Universiteti | Oksford Universiteti, Kembric Universiteti | |
Uilyam Vikri | Kanada ABŞ | Kolumbiya Universiteti | Kolumbiya Universiteti | |||
1997 | Robert Merton | ABŞ | "bazarların dəyərini müəyyənləşdirmək üçün təkmilləşdirdikləri yeni metoda görə."[37] | Massaçusets Texnologiya İnstitutu | Massaçusets Texnologiya İnstitutu | |
Mayron Şoulz | Kanada ABŞ | Çikaqo Universiteti | Massaçusets Texnologiya İnstitutu | |||
1998 | Amartya Sen | Hindistan | "rifah iqtisadiyyatına verdiyi töhfələrə görə"[38] | Kembric Universiteti | Harvard Universiteti, Kembric Universiteti | |
1999 | Robert Mandell | Kanada | "Fərqli məzənnə rejimləri altında pul və maliyyə siyasətini və optimal valyuta sahələrini təhlil etdiyinə görə"[39] | Massaçusets Texnologiya İnstitutu | Kolumbiya Universiteti | |
2000 | Ceyms Hekman | ABŞ | "seçici nümunələrin analizi nəzəriyyəsi və metodlarını inkişaf etdirdiyinə görə"[40] | Prinston Universiteti | Çikaqo Universiteti | |
Deniel Makfadden | ABŞ | "kəsikli seçkilərin analizi üçün nəzəriyyə və metodlar təkmilləşdirdiyinə görə"[40] | Minnesota Universiteti | Berkli Kaliforniya Universiteti, Massaçusets Texnologiya İnstitutu | ||
2001 | Corc Akerlof | ABŞ | "bazarı asimmetrik informasiya prinsiplərinə əsasən təhlil etdiklərinə görə"[41] | Massaçusets Texnologiya İnstitutu | Corctaun Universiteti, Berkli Kaliforniya Universiteti | |
Maykl Spens | Harvard Universiteti | Harvard Universiteti | ||||
Cozef Stiqlits | Massaçusets Texnologiya İnstitutu | Prinston Universiteti, Kolumbiya Universiteti | ||||
2002 | Deniel Kaneman | İsrail ABŞ | "psixoloji tədqiqatlardan iqtisadi elmə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirləri birləşdirdiyinə görə"[42] | Berkli Kaliforniya Universiteti | Prinston Universiteti, Britiş Kolumbiya Universiteti | |
Vernon Smit | ABŞ | "Empirik iqtisadi analizdə, xüsusən, alternativ bazar mexanizmlərinin öyrənilməsində bir vasitə kimi laboratoriya təcrübələrini qurduğuna görə"[42] | Harvard Universiteti | Arizona Universiteti | ||
2003 | Robert İnql | ABŞ | "Tarazlığı zamana bağlı olaraq dəyişən iqtisadi zaman tsikllarının modelləşdirilməsi metodunu (ARCH) inkişaf etdirdiyinə görə"[43] | Kornel Universiteti | Kaliforniya Universiteti, San-Diyeqo | |
Kliv Qrendjer | Birləşmiş Krallıq | "ümumi tendensiyaları olan iqtisadi zaman seriyalarının təhlili metodlarına görə"[43] | Nottinqem Universiteti | Kaliforniya Universiteti, San-Diyeqo | ||
2004 | Finn Kidland | Norveç | "dinamik makroiqtisadiyyata-iqtisadi siyasətin zamana uyğunluğu və biznes dövrlərinin hərəkətverici qüvvələrinə verdiyi töhfələrə görə:."[44] | Carnegie Mellon University | Carnegie Mellon University | |
Edvard Preskott | ABŞ | Karneq Mellon Universiteti | Karneq Mellon Universiteti | |||
2005 | Robert Aumann | ABŞ İsrail | "oyunlar nəzəriyyəsi təhlili ilə münaqişə və əməkdaşlıq haqqında anlayışımızı artırdığına görə."[45] | Massaçusets Texnologiya İnstitutu | Yerusəlim Yəhudi Universiteti | |
Tomas Şellinq | ABŞ | Harvard Universiteti | Yel Universiteti, Harvard Universiteti | |||
2006 | Edmund Felps | ABŞ | "makroiqtisadi siyasətdəki aralıq ticarət dövriyyələrini təhlil etdiyinə görə"[46] | Yel Universiteti | Kolumbiya Universiteti | |
2007 | Leonid Qurvits | Polşa ABŞ | "mexanizm dizayn nəzəriyyəsinin təməllərini qoyduğuna görə"[47] | London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | Minnesota Universiteti, Iowa State University | |
Erik Meskin | ABŞ | Harvard Universiteti | Harvard Universiteti | |||
Rocer Mayerson | Harvard Universiteti | Şimal-Qərb Universiteti | ||||
2008 | Pol Kruqman | ABŞ | "ticarət nümunələri və iqtisadi fəaliyyət yeriylə bağlı nəzəriyyələrinə görə"[48] | Massaçusets Texnologiya İnstitutu | Prinston Universiteti | |
2009 | Elinor Ostrom | ABŞ | "ümumi iqtisadi idarəetmənin təhlilinə verdiyi töhfələrə görə"[8] | Los-Anceles Kaliforniya Universiteti | İndiana Universiteti | |
Oliver Uilyamson | "iqtisadi idarəetməni, xüsusən firmanın sərhədlərini təhlil etdiyinə görə"[8] | Karneq Mellon Universiteti | Pensilvaniya Universiteti, Berkli Kaliforniya Universiteti | |||
2010 | Piter Daymond | ABŞ | "qoşalaşdırma nəzəriyyəsinə verdiyi töhfələrə görə"[49] | Massaçusets Texnologiya İnstitutu | Massaçusets Texnologiya İnstitutu | |
Deyl Martinsen | Karneq Mellon Universiteti | Şimal-Qərb Universiteti | ||||
Xristofor Pisserides | Kipr | London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi | |||
2011 | Tomas Sercent | ABŞ | "makroiqtisadiyyatda səbəb və təsirlə bağlı empirik tədqiqatlarına görə"[50] | Harvard Universiteti | Huver İnstitutu, Minnesota Universiteti | |
Xristofor Sims | Harvard Universiteti | Minnesota Universiteti | ||||
2012 | Elvin Rot | ABŞ | "sabit bölgülər nəzəriyyəsi və bazar dizaynının tətbiqinə görə."[51] | Stenford Universiteti | Stenford Universiteti, Harvard Universiteti | |
Lloyd Şepli | Prinston Universiteti | Los-Anceles Kaliforniya Universiteti | ||||
2013 | Eqini Fema | ABŞ | "aktiv qiymətlərinin empirik analizinə görə."[52] | Çikaqo Universiteti | Çikaqo Universiteti | |
Lars Piter Hansen | Minnesota Universiteti | Çikaqo Universiteti | ||||
Robert Şiller | Massaçusets Texnologiya İnstitutu | Yel Universiteti | ||||
2014 | Jan Tirol | Fransa | "bazar gücü və tənzimlənməsi ilə bağlı təhlillərinə görə".[53] | Massaçusets Texnologiya İnstitutu | Massaçusets Texnologiya İnstitutu Tuluza İqtisadiyyat Məktəbi Bəşəri Elmlər üzrə Ali Təhsil Məktəbi | |
2015 | Enqus Diton | Birləşmiş Krallıq ABŞ | "istehlak, yoxsulluq və rifahla bağlı təhlillərinə görə".[54] | Kembric Universiteti | Bristol Universiteti, Prinston Universiteti | |
2016 | Oliver Hart | Birləşmiş Krallıq ABŞ | "müqavilə nəzəriyyəsinə verdiyi töhfələrə görə".[55] | Prinston Universiteti | Massaçusets Texnologiya İnstitutu, Harvard Universiteti | |
Benqt Holmström | Finlandiya | Stenford Universiteti | Massaçusets Texnologiya İnstitutu, Yel Universiteti | |||
2017 | Riçard Taler | ABŞ | "davranış iqtisadiyyatına verdiyi töhfələrə görə".[56] | Roçester Universiteti | Kornel Universiteti, Çikaqo Universiteti | |
2018 | Uilyam Nordhos | ABŞ | "iqlim dəyişikliklərinin uzun müddətli makroiqtisadi təhlilə inteqrasına verdiyi töhfələrə görə"[57] | Massaçusets Texnologiya İnstitutu | Yel Universiteti | |
Pol Romer | "texnoloji yeniliklərin uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiyasına verdiyi töhfələrə görə" | Çikaqo Universiteti | Nyu York Universiteti | |||
2019 | Abirjit Banerji | ABŞ Hindistan | "qlobal yoxsulluğun həllində tətbiqi yanaşmalarına görə"[58] | Harvard Universiteti | Massaçusets Texnologiya İnstitutu | |
Ester Düflo | ABŞ Fransa | Massaçusets Texnologiya İnstitutu | Massaçusets Texnologiya İnstitutu | |||
Maykl Kremer | ABŞ | Harvard Universiteti | Harvard Universiteti |
Ölkələr üzrə laureatların sayı
[redaktə | mənbəni redaktə et]Bu günə qədər 84 insan İqtisadiyyat üzrə Nobel mükafatını qazanmağa layiq olub. 84 insanın ölkələrə görə sayı aşağıdakı cədvəldə verilmişdir. İki vətəndaşlığı olan laureatların hər bir ölkəsinə 0,5 bal əlavə olunmuşdur. Yəni bir insan həm İsrail, həm də ABŞ vətəndaşıdırsa, onda hər iki ölkəyə 0,5 bal əlavə edilir.
Ölkələr qeyd olunarkən mükafatı alan insanın mükafat aldığı vaxtki vətəndaşlığı əsas götürülüb.
Ölkə | Laureat sayı |
---|---|
ABŞ | 58 |
Birləşmiş Krallıq | 7 |
Norveç | 3 |
Fransa | 2,5 |
İsveç | 2 |
İsrail | 1,5 |
Almaniya | 1 |
Hindistan | 1,5 |
Kanada | 1 |
Niderland | 1 |
SSRİ | 1 |
Finlandiya | 1 |
Kipr | 0,5 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Nomination and Selection of the Laureates in Economics". Nobel Foundation. 2008-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-15.
- ↑ 1 2 "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1969". Nobel Foundation. 2008-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Nobel Prize". Nobel Foundation. 2008-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-15.
- ↑ "The Nobel Prize Award Ceremonies". Nobel Foundation. 2008-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-07.
- ↑ "All Laureates in Economics". Nobel Foundation. 2013-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-17.
- ↑ "Economics Table". Nobel Foundation. 2009-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-15.
- ↑ "Nobel Laureates of UChicago". The University of Chicago. 2012-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
- ↑ 1 2 3 "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2009". Nobel Foundation. 2009-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.
- ↑ "Tarixdə nobel mükafatı almış 6 cütlük". 2020-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14. (#invalid_param_val)
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1970". Nobel Foundation. 2008-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1971". Nobel Foundation. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1972". Nobel Foundation. 2008-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1973". Nobel Foundation. 2008-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1974". Nobel Foundation. 2008-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1975". Nobel Foundation. 2008-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1976". Nobel Foundation. 2008-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1977". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1978". Nobel Foundation. 2008-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1979". Nobel Foundation. 2008-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1980". Nobel Foundation. 2008-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1981". Nobel Foundation. 2008-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1982". Nobel Foundation. 2008-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1983". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1984". Nobel Foundation. 2008-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1985". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1986". Nobel Foundation. 2008-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1987". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1988". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1989". Nobel Foundation. 2008-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1990". Nobel Foundation. 2008-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1991". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1992". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1993". Nobel Foundation. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1994". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1995". Nobel Foundation. 2008-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1996". Nobel Foundation. 2008-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1997". Nobel Foundation. 2008-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1998". Nobel Foundation. 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1999". Nobel Foundation. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ 1 2 "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2000". Nobel Foundation. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2001". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ 1 2 "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2002". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ 1 2 "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2003". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2004". Nobel Foundation. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2005". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2006". Nobel Foundation. 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2007". Nobel Foundation. 2008-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2008". Nobel Foundation. 2008-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-14.
- ↑ "The Prize in Economic Sciences 2010". Nobel Foundation. 2010-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-11.
- ↑ "The Prize in Economic Sciences 2011". Nobel Foundation. 2011-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-10.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2012". Nobel Foundation. 2013-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-01.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2013". Nobel Foundation. 2017-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-01.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2014". Nobel Foundation. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2015". Nobel Foundation. 2015-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2016". Nobel Foundation. 2016-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2017". Nobel Foundation. 2017-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2018". Nobel Foundation. İstifadə tarixi: 2018-10-08.
- ↑ Nobel Prize 2019 nobelprize.org Arxivləşdirilib 2020-05-21 at the Wayback Machine
Mənbələr
[redaktə | mənbəni redaktə et]- "İqtisadiyyatdakı bütün laureatlar". Nobel fondu. İstifadə tarixi: 2008-10-14.