UEFA Avro 1996 — Vikipediya
UEFA Avro 1996 | |
---|---|
51°33′02″ şm. e. 0°16′28″ q. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | İngiltərə |
Tarix | 8-30 iyun 1992 |
Başlama tarixi | 8 iyun 1996 |
Bitmə tarixi | 30 iyun 1996 |
Komanda sayı | 16 |
Stadion sayı | Uembli (London), Old Trafford (Mançester), Enfild (Liverpul), Villa Park (Birminhem), Elland Roud (Lids), Hillsboro (Şeffild), Sent-Ceyms Park (Nyukasl), Siti Qraund (Nottingem) |
Yekun nəticəsi | |
Çempion | Almaniya |
İkinci | Çexiya |
Üçüncü yer | İngiltərə Fransa |
Yarış statistikası | |
Oyun sayı | 31 |
Qol sayı | 64 (matç başına: 2.06) |
Tamaşaçı sayı | 1275857 (matç başına: 41157) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Alan Şirer (5 qol) |
Ən yaxşı oyunçu | Matias Zammer |
← 1992 2000 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı.
İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır.
Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur.
Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur. Bu, Almaniya yığmasının Avropa çempionatları tarixində üçüncü uğuru idi.
Çempionatın rəsmi himni Simple Red qrupunun "We're in This Together" mahnısı olmuşdur. We're in This Together — YouTube platformasında
Qısa xülasə
[redaktə | mənbəni redaktə et]- A qrupunda çempionatın açılış oyununda İngiltərə İsveçrə ilə 1 : 1 hesabı ilə heç-heçə oynadı.[1] Növbəti turda Şotlandiya və Niderlandı məğlub edən ingilislər qrupda birinci yeri tutdu.[2] İngiltərə ilə oyunda oyunun sonlarında Partik Klyuvertin vurduğu qol top fərqinə görə Niderlandı ikinci yerin sahibi etdi. Şotlandiya və İsveçrə turnirlə vidalaşmalı oldu.[3]
- B qrupunda Fransa və İspaniya ilk iki yeri bölüşdü.[4][5] Baxmarayaraq ki, qrupda son Dünya çempionatının yarımfinalçısı Bolqarıstan da var idi. Xristo Stoiçkovun hər 3 görüşdə fərqlənməsi komandasına kömək olmadı.[6]
- C qrupunda gözlənilmədən son Dünya çempionatının finalçısı İtaliya yığması[7] Çexiyaya uduzdu və qrupun son matçında Almaniya ilə heç-heçə oynayaraq çempionatla vidalaşdı.[8][9] Almaniya qrupda birinci, Rusiya isə sonuncu yeri tutdu.
- D qrupunda son Avropa çempionu Danimarka Xorvatiya və Portuqaliya ilə mübarizədə 3-cü oldu və çempionatı tərk etdi.[10] Türkiyə yığması isə Avropa çempionatlarında qrup sistemi tətbiq olunandan bəri qol vurmayan ilk komanda kimi tarixə düşdü.
- Play-off mərhələsi daha çox müdafiəmeyilli oyunlarla yadda qaldı. Bunun nəticəsi kimi 7 oyunda cəmi 9 qol vuruldu və oyunlardan 4-nün qalibi oyunsonrası penaltilərlə müəyyən edildi. Birinci yarımfinalda ev sahibi İngiltərə İspaniya ilə qarşılaşdı. Oyun ərzində iki qolu sayılmayan İspaniya oyunsonrası penaltilərdə 2 : 4 hesabı ilə uduzdu.[11] Fransa-Niderland oyunu da 0 : 0 hasabı ilə bitdi, penaltilərdə fransızlar 5 : 4 üstün oldular. Almaniya Xorvatiyanı 2 : 1 hesabı ilə məğlub etdi. Çexiya isə Portuqaliyanın "qızıl nəsli"ni 1 : 0 hesabı ilə məğlub edərək evə əliboş yola saldı.[12]
- İlk yarımfinalda yenə də 0 : 0 hesabı qeydə alındı. Bu dəfə Fransa və Çexiya yığmaları güclünü penaltilərlə təyin etdilər. Reynald Pedrosun pentaltini qaçırması ilə Çexiya 6 : 5 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı. İkinci yarımfinalda 1990 Dünya çempionatında da bu mərhələdə qarşılaşan Almaniya və İngiltərə üz-üzə gəldi. Şirer və Kuntzun qolları ilə oyun penaltilərə qədər uzandı. Qaret Sautgeytin zərbəsini Köpke dəf etdi, Möller isə dəqiq oldu.
- Finalda Çexiya və Almaniya milliləri üz-üzə gəldi. Çexiya millisi 1976-cı ilin Avropa çempionatındakı kimi qalib gəlməyi düşünürdü. Hesabı da onlar açdılar. Berger 59-cu dəqiqədə komandasını irəli çıxardı. Lakin Oliver Birhoff həm hesabı bərabərləşdirdi, həm də əlavə vaxtda "qızıl qol" vuraraq komandasına kuboku qazandırdı.
Seçmə mərhələsi oyunları
[redaktə | mənbəni redaktə et]30 noyabr 1992-ci ildə UEFA növbəti Avropa çempionatında 8 yox, 16 komanda iştirak edəcəyinə qərar verdi.[13] Buna təsir edən əsas səbəblərdən biri Avropanın xəritəsində SSRİ və Yuqoslaviyanın parçalanması nəticəsində yeni dövlətlərin yaranması idi. 47 yığma 15 yer uğrunda mübarizəyə qoşulacaqdı.
Seçmə mərhələnin püşkatması 22 yanvar 1994-cü ildə Mançester şəhərində keçirildi.[14] Komandalar 5-6 komanda olmaqla 8 qrupa bölüşdürüldü. Oyunlar 1994-cü ilin aprelində başlandı və 1995-ci ilin dekabrında yekunlaşdı.[15] Qrupa ilk yeri tutanlar və 2-ci yeri tutmuş 6 komanda final mərhələsinə birbaşa vəsiqə qazanırdı. İkinci yeri tutmuş aşağı reytinqli iki komanda isə pley-off oyunları oynamalı idi.
1-ci qrup | 2-ci qrup | 3-cü qrup | 4-cü qrup |
---|---|---|---|
5-ci qrup | 6-cı qrup | 7-ci qrup | 8-ci qrup |
Püşkatma
[redaktə | mənbəni redaktə et]Final mərhələsinin püşkatması 17 dekabr 1995-ci ildə Birminhemin Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir.[16][17] Yalnız 4 komanda 1-ci səbət olaraq təyin edilmişdi: ev sahibi İngiltərə, kubokun son qalibi Danimarka, Almaniya və İspaniya. Digər komandalar səbətə bölünməmişdilər, istənilən qrupa düşə bilərdilər.
Səpələnmiş | Səpələnməmiş | ||
---|---|---|---|
Püşkatmanın nəticələri:
|
|
|
|
Şəhərlər və stadionlar
[redaktə | mənbəni redaktə et]1990-cu ildə yayımlanan Teylorun Hesabatından (1989-cu ildə baş vermiş Hillsboro faciəsindən sonra Lord Telor tərəfindən azarkeşlərin stadionlardakı təhlükəsizliyinin qorunması haqqında hesabat) sonra İngiltərədə bütün stadionlarda ancaq oturacaları olan sistemə keçid etməyə başladı. Turnirə isə ölkənin aparıcı klublarının bu sistemə uyğunlaşdırılmış stadionları seçilmişdir.
London | Mançester | ||
---|---|---|---|
Uembli | Old Trafford | ||
Tutumu: 76 567 | Tutumu: 55 000 | ||
Liverpul | Birminhem | ||
Anfild | Villa Park | ||
Tutumu: 42 730 | Tutumu: 40 310 | ||
Lids | Şeffild | Nottingem | Nyukasl |
Elland Roud | Hillsboro | Siti Qround | Sent-Ceyms Park |
Tutumu: 40 204 | Tutumu: 39 859 | Tutumu: 30 539 | Tutumu: 36 649 |
Hakimlər
[redaktə | mənbəni redaktə et]Ölkə | Hakim | Yan hakimlər | 4-cü hakim | |
---|---|---|---|---|
Gerd Qrabher | Eqon Bereuter | Manfred Zeyszer | Günter Benko | |
Vadim Juk | Yuri Dupanov | Aleh Çikun | Kazimir Znaydinski | |
Gi Götals | Mark Van den Brok | Stani Op de Bik | Mişel Piro | |
Atanas Uzunov | İvan Lekov | Yordan Yordanov | Stefan Ormandijev | |
Vatslav Krondl | Milan Brabets | Otakar Draştik | Jiri Ulrix | |
Piter Mikkelsen Kim Milton Nilsen | Yens Larsen Karl-Yohan Kristensen Mayer | Henninq Knudsen Torben Sirsen | Knud Erik Fisker Lars Gerner | |
Devid Ellerey Dermot Qallaxer | Entoni Beyts Fil Coslin | Piter Uolton Mark Uorren | Pol Darkin Stiven Lodc | |
Mark Batta | Pyer Ufrasi | Jak Mas | Alan Sars | |
Hellmut Kruq Bernd Heynemann | Klaus Plettenberq Hans Volf | Eqbert Enqler Harald Zater | Hermann Allbrext Hartmur Ştrampe | |
Şandor Pul | Laslo Hamar | İmre Bozoki | Şandor Piller | |
Pyerluici Payretto Pyero Çekkarini | Donato Nikoletti Enriko Preziosi | Tulio Manfredini Fabrisio Zanforlin | Marsello Nikki Alfredo Trentalanj | |
Mario van der Ende | Yan Dolstra | Berend Talens | Rene Temmink | |
Nikolay Levnikov | Sergey Fursa | Sergey Fransuzov | Sergey Xusainov | |
Lesli Mottrem | Robert Or | Con Fleminq | Hyu Dallas | |
Manuel Dias Veqa Antonio Xesus Lopes | Xoakin Olmos Qonsales Viktoriano Giraldes Karrasko | Fernando Tresako Qrasia Manuel Lopes Fernandes | Xoe Maria Qarsiya-Aranda Xuan Ansuatequ Roka | |
Anders Frisk Leyf Sandell | Mikael Nilsson Kennet Petersson | Sten Samuelsson Mikael Hansson | Karl-Erik Nilson Morqan Norman | |
Serj Muhmenhaler | Ernst Felder | Martin Freyburqhaus | Urs Mayer | |
Ahmet Çakar | Akif Uğurdur | Turgay Güdü | Oğuz Sarvan |
Komandaların heyətləri
[redaktə | mənbəni redaktə et]Final turniri
[redaktə | mənbəni redaktə et]A qrupu
[redaktə | mənbəni redaktə et]Komanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
İngiltərə | 3 | 2 | 1 | 0 | 7 | 2 | 7 |
Niderland | 3 | 1 | 1 | 1 | 3 | 4 | 4 |
Şotlandiya | 3 | 1 | 1 | 1 | 1 | 2 | 4 |
İsveçrə | 3 | 0 | 1 | 2 | 1 | 4 | 1 |
08 iyun 1996 15:00 UTC+1 |
| Uembli, London Tamaşaçı: 76 567 Hakim: Manuel Diaz Veqa |
10 iyun 1996 16:30 UTC+1 |
| Villa Park, Birminhem Tamaşaçı: 34 363 Hakim: Leyf Sandell |
13 iyun 1996 19:30 UTC+1 |
| Villa Park, Birminhem Tamaşaçı: 36 800 Hakim: Atanas Uzunov |
9 iyun 1996 14:30 UTC+1 |
| Uembli, London Tamaşaçı: 76 864 Hakim: Pyerluici Payretto |
18 iyun 1996 19:30 UTC+1 |
| Villa Park, Birminhem Tamaşaçı: 34 926 Hakim: Vatslav Krondl |
18 iyun 1996 19:30 UTC+1 |
| Uembli, London Tamaşaçı: 76 798 Hakim: Gerd Qrabher |
B qrupu
[redaktə | mənbəni redaktə et]Komanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
Fransa | 3 | 2 | 1 | 0 | 5 | 2 | 7 |
İspaniya | 3 | 1 | 2 | 0 | 4 | 3 | 5 |
Bolqarıstan | 3 | 1 | 1 | 1 | 3 | 4 | 4 |
Rumıniya | 3 | 0 | 0 | 3 | 1 | 4 | 0 |
8 iyun 1996 15:00 UTC+1 |
| Elland Roud, Lids Tamaşaçı: 24 006 Hakim: Pyero Çekkarini |
10 iyun 1996 19:30 UTC+1 |
| Sent-Ceyms Park, Nyukasl Tamaşaçı: 26 323 Hakim: Helmut Kruq |
13 iyun 1996 16:30 UTC+1 |
| Sent-Ceyms Park, Nyukasl Tamaşaçı: 19 107 Hakim: Peter Mikkelsen |
15 iyun 1996 18:00 UTC+1 |
| Elland Roud, Lids Tamaşaçı: 35 626 Hakim: Vadim Juk |
18 iyun 1996 16:30 UTC+1 |
| Sent-Ceyms Park, Nyukasl Tamaşaçı: 26 976 Hakim: Dermot Qallaher |
18 iyun 1996 16:30 UTC+1 |
| Elland Roud, Lids Tamaşaçı: 32 719 Hakim: Ahmet Çakar |
C qrupu
[redaktə | mənbəni redaktə et]Komanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
Almaniya | 3 | 2 | 1 | 0 | 5 | 0 | 7 |
Çexiya | 3 | 1 | 1 | 1 | 5 | 6 | 4 |
İtaliya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 4 |
Rusiya | 3 | 0 | 1 | 2 | 4 | 8 | 1 |
09 iyun 1996 17:00 UTC+1 |
| Old Trafford, Mançester Tamaşaçı: 37 300 Hakim: Devid Ellrey |
11 iyun 1996 16:30 UTC+1 |
| Enfild, Liverpul Tamaşaçı: 35 120 Hakim: Lesli Mottrem |
14 iyun 1996 19:30 UTC+1 |
| Enfild, Liverpul Tamaşaçı: 37 320 Hakim: Antonio Lopes Nyeto |
16 iyun 1996 15:00 UTC+1 |
| Old Trafford, Mançester Tamaşaçı: 50 760 Hakim: Kim Milton Nilsen |
19 iyun 1996 19:30 UTC+1 |
| Enfild, Liverpul Tamaşaçı: 21 128 Hakim: Anders Frisk |
19 iyun 1996 19:30 UTC+1 |
| Old Trafford, Mançester Tamaşaçı: 53 740 Hakim: Gi Götals |
D qrupu
[redaktə | mənbəni redaktə et]Komanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
Portuqaliya | 3 | 2 | 1 | 0 | 5 | 1 | 7 |
Xorvatiya | 3 | 2 | 0 | 4 | 3 | 6 | 6 |
Danimarka | 3 | 1 | 1 | 1 | 4 | 4 | 4 |
Türkiyə | 3 | 0 | 0 | 3 | 0 | 5 | 0 |
9 iyun 1996 19:30 UTC+1 |
| Hillsboro, Şeffild Tamaşaçı: 34 993 Hakim: Mario van der Ende |
11 iyun 1996 19:30 UTC+1 |
| Siti Qraund, Nottingem Tamaşaçı: 22 460 Hakim: Serj Mumenthaler |
14 iyun 1996 16:30 UTC+1 |
| Siti Qraund, Nottingem Tamaşaçı: 22 670 Hakim: Şandor Pul |
16 iyun 1996 18:00 UTC+1 |
| Hillsboro, Şeffild Tamaşaçı: 33 671 Hakim: Mark Batta |
19 iyun 1996 16:30 UTC+1 |
| Siti Qraund, Nottingem Tamaşaçı: 20 484 Hakim: Bernd Haynemann |
19 iyun 1996 16:30 UTC+1 |
| Hillsboro, Şeffild Tamaşaçı: 28 951 Hakim: Nikolay Levnikov |
Pley-off mərhələsi
[redaktə | mənbəni redaktə et]1/4 final | 1/2 final | Final | ||||||||
22 iyun – Liverpul | ||||||||||
Fransa (pen.) | 0 (5) | |||||||||
26 iyun – Mançester | ||||||||||
Niderland | 0 (4) | |||||||||
Fransa (pen.) | 0 (5) | |||||||||
23 iyun – Birminhem | ||||||||||
Çexiya | 0 (6) | |||||||||
Çexiya | 1 | |||||||||
30 İyun – London | ||||||||||
Portuqaliya | 0 | |||||||||
Çexiya | 1 | |||||||||
23 iyun – Mançester | ||||||||||
Almaniya | 2(ə.v.) | |||||||||
Almaniya | 2 | |||||||||
26 iyun – London | ||||||||||
Xorvatiya | 1 | |||||||||
Almaniya (pen.) | 0 (6) | |||||||||
22 iyun – London | ||||||||||
İngiltərə | 0 (5) | |||||||||
İspaniya (pen.) | 0 (2) | |||||||||
İngiltərə | 0 (4) | |||||||||
1/4 final
[redaktə | mənbəni redaktə et]22 iyun 1996 15:00 UTC+1 |
| Uembli, London Tamaşaçı: 75 440 Hakim: Mark Batta |
22 iyun 1996 18:30 UTC+1 |
| Enfild, Liverpul Tamaşaçı: 37 465 Hakim: Antonio Lopes Nyeto |
23 iyun 1996 15:00 UTC+1 |
| Old Trafford, Mançester Tamaşaçı: 43 412 Hakim: Leyf Sandell |
23 iyun 1996 18:30 UTC+1 |
| Villa Park, Birminhem Tamaşaçı: 26 832 Hakim: Helmut Kruq |
1/2 final
[redaktə | mənbəni redaktə et]26 iyun 1996 16:00 UTC+1 |
| Old Trafford, Mançester Tamaşaçı: 43 877 Hakim: Lesli Mottrem |
26 iyun 1996 19:30 UTC+1 |
| Uembli, London Tamaşaçı: 75 862 Hakim: Şandor Pul |
Final
[redaktə | mənbəni redaktə et]30 iyun 1996 19:00 UTC+1 |
| Uembli, London Tamaşaçı: 73 611 [18] Hakim: Pyerluici Payretto |
Çexiya | Almaniya |
|
|
Avropa çempionu 1996 |
---|
Almaniya Üçüncü titul |
Bombardirlər
[redaktə | mənbəni redaktə et]5 top
3 top
2 top
Statistika
[redaktə | mənbəni redaktə et]Simvolik yığma komanda
[redaktə | mənbəni redaktə et]- Q Devid Simen
- Q Andreas Köpke
- M Radoslav Latal
- M Loran Blan
- M Marsel Desai
- M Matias Zammer
- M Paolo Maldini
- Ym Karel Poborski
- Ym Pol Qaskoyn
- Ym Stiv MakManaman
- Ym Didye Deşam
- Ym Diter Aylts
- Ym Rui Koşta
- H Xristo Stoiçkov
- H Davor Şuker
- H Pavel Kuka
- H Alan Şirer
- H Yuri Corkayeff
Qızıl Buts sahibi
[redaktə | mənbəni redaktə et]- Alan Şirer (5 qol)[19]
Turnirin oyunçusu
[redaktə | mənbəni redaktə et]- Matias Zammer [19]
Terror hadisəsi
[redaktə | mənbəni redaktə et]Old Trafford-da keçiriləcək C qrupunun Almaniya - Rusiya oyunundan bir gün əvvəl, yəni 15 iyunda Mançesterin mərkəzində bomba olan maşın partladıldı.[20] Hadisə nəticəsində ölən olmasa da, 212 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, sığortacıların hesablamalarına görə 700 milyon funt strelinqli zərər əmələ gəlmişdir.
Hadisədən 5 gün sonra Müvəqqəti İrlandiya Respublikası Ordusu (IRA) hadisənin onlar tərəfindən hazırlandığını, mülki şəxslərin xəsarət almasına görə üzüldüklərini bildirdilər.[21]
UEFA Avro 1996 Azərbaycan markalarında
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ridley, Ian. "Shearer bliss, sheer agony". The Independent. Independent Print. 9 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Moore, Glenn. "England's night of rapture". The Independent. Independent Print. 19 iyun 1996. 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ "Kluivert's late strike sinks Scotland". The Independent. Independent Print. 19 iyun 1996. 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Hodgson, Guy. "Dugarry makes the difference". The Independent. Independent Print. 11 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Hodgson, Guy. "Euro '96: Clemente short of firepower". The Independent. Independent Print. 17 iyun 1996. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Culley, Jon. "Spanish eyes are smiling for Amor". The Independent. Independent Print. 19 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Moore, Glenn. "Passion play not enough to save Italy". The Independent. Independent Print. 20 iyun 1996. 2019-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Hodgson, Guy. "Italians left on the brink of disaster". The Independent. Independent Print. 15 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Shaw, Phil. "Smicer strike takes Czechs through". The Independent. Independent Print. 20 iyun 1996. 2017-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Shaw, Phil. "Euro '96: Suker sinks Denmark". The Independent. Independent Print. 17 iyun 1996. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ Brewin, John. "Euro '96". ESPNSoccernet. 1 may 2008. 16 October 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
- ↑ Metcalf, Rupert. "Poborsky rides Euro express". The Independent. Independent Print. 25 iyun 1996. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2012.
- ↑ Jones, Stuart. "UEFA has change of heart". The Times. London. 1 dekabr 1992.
- ↑ Hughes, Rob. "Manchester's grief puts draw under cloud". The Times. London. 22 yanvar 1994.
- ↑ Hughes, Rob. "Comfort for England in playing host to Europe". The Times. London. 24 yanvar 1994.
- ↑ "Big names thrown in deep end". New Straits Times. 14 dekabr 1999. səh. 44. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2013.
- ↑ "EURO 2000™ final tournament draw". UEFA.com. Union of European Football Associations. 29 fevral 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2016.
- ↑ Jones, Ken. "Vogts' triumph over adversity". The Independent. Independent Print. 1 iyul 1996. 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
- ↑ 1 2 "UEFA Euro 2008 Information" (PDF). UEFA. səh. 88. 18 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2008.
- ↑ "IRA's message in blood". The Independent. London. 16 June 1996. 10 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
- ↑ "IRA apologises to bomb victims". The Independent. London. 20 June 1996. 1 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Çempionatın hesabatı (rus.)
- RSSSF saytında çempionatın statistikası (ing.)
- UEFA Avropa çempionatlarının tarixi. 1996. İngiltərə (rus.)
- UEFA Avro 1996 UEFA-nın rəsmi saytında (ing.)
- UEFA-nın rəsmi saytında turnirin rusdilli səhifəsi (rus.)