Vüqar İskəndərov — Vikipediya

Vüqar İskəndərov
Vəzifədədir
10 mart 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum adı Vüqar Yapon oğlu İskəndərov‎
Doğum tarixi 30 dekabr 1972(1972-12-30) (51 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri Azərbaycan Respublikasının əməkdar məşqçisi
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2019"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 2019

Vüqar Yapon oğlu İskəndərov (30 dekabr 1972, Şəki) — azərbaycanlı siyasətçi, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı.[1]

Vüqar Yapon oğlu İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, həmin məktəbin X sinfini bitirmiş, hərbi xidmətdə olmuşdur.

Vüqar İskəndərov Gürcüstan Respublikası Elm-Tədris İnstitutunun hüquq fakültəsinə daxil olmuş, həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. ABŞ-də dövlət idarəetməsi üzrə xüsusi təhsil almışdır. Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir.

Ailəlidir. 2 övladı var.

  • Vüqar İskəndərov 1990-cı ildən taekvondo şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. 1993–1995-ci illərdə karate-do üzrə məşqçi-müəllim çalışmış, 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilmişdir. 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
  • 2001-ci ildə isə Azərbaycan Taekvondo Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunmuşdur. "Liderlik" və "Vaxtın idarə olunması" proqramları üzrə təlimçi olmuşdur. Həmin ildən Azərbaycan karate-do üzrə yığma komandasının üzvü olmuşdur. Vüqar İskəndərov 2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır.
  • Vüqar İskəndərov 2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010–2015-ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
  • 2020-ci ildə VI çağırış Milli Məclisin deputatı seçilmişdir.[2]
  • "Kariyera planlaşdırma" proqramları üzrə beynəlxalq təlimçi, 1998-ci ildən Karate üzrə beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. 30 aprel 2024-cü ildə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.

Siyasi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Gənclər və idman komitəsinin üzvüdür

Vüqar İskəndərov həmçinin aşağıdakı parlamentlərarası işçi qruplarının da üzvüdür:

Təltif və medalları

[redaktə | mənbəni redaktə et]
  • 1991-ci ildə Taekvondo döyüş növü üzrə keçirilən respublika turnirində II-yerə layiq görülmüş, II-Dan qara kəmər ustasıdır.
  • 1994-cü ildə isə Respublika çempionu olmuşdur.
  • 1996-cı ildə Dünya kubokunda bürünc medal və qara kəmər (beynəlxalq dərəcəli) I-Dana layiq görülmüşdür.
  • 1998-ci ildə qara kəmər II-Dan və beynəlxalq dərəcəli hakimliyə layiq görülmüşdür.
  • 2003-cü ildə Şotokan karate-do üzrə Avropa çempionu olmuşdur.
  • 31 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur[4].
  • 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilib.
  • Vüqar İskəndərov Azərbaycan Respublikasının əməkdar məşqçisidir. Fəaliyyətlərinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin və Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur. ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır.
  • 2002-ci il karate üzrə V Dan qara kəmər sahibidir.
  • 2023-cü ildə Heydər Əliyev 100 illik medalı ilə təltif edilmişdir.
  1. "113 saylı Şəki şəhər seçki dairəsi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
  2. "Bioqrafiya". meclis.info. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
  3. "Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu". meclis.gov.az. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
  4. "Vüqar İskəndərov". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-27.