Viktor Yuşşenko — Vikipediya
Viktor Yuşşenko | |
---|---|
ukr. Віктор Андрійович Ющенко | |
| |
23 yanvar 2005 – 25 fevral 2010 | |
Əvvəlki | Leonid Kuçma |
Sonrakı | Viktor Yanukoviç |
Ukraynanın xalq deputatı[d] | |
14 may 2002 – 23 yanvar 2005 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Віктор Андрійович Ющенко |
Doğum tarixi | 23 fevral 1954[1] (70 yaş) |
Partiya | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi, bankir |
Həyat yoldaşı | |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Rəhbərlik edib | |
Rütbəsi | kapitan |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Andreyeviç Yuşşenko (ukr. Віктор Андрійович Ющенко; 23 fevral 1954[1]) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi. Ukrayna Respublikasının 3-cü prezidenti (2005–2010).
Həyatı
[redaktə | mənbəni redaktə et]Viktor Yuşşenko 23 fevral 1954-cü ildə Ukraynanın Sumsk vilayətinin Xorujevsk şəhərində anadan olmuşdur. Ata və anası kənddə müəllim olmuşlar. İqtisadçı təhsili alıb, karyerasına SSRİ Dövlət Bankının regional şöbəsində başlayıb. 1993-cü ildə Ukrayna Milli Bankının sədri təyin edilib. 1996-cı ildə dövriyyəyə buraxılan Ukrayna milli valyutasının – qrivnanın "atası" sayılır. Onun rəhbərliyi altında həyata keçirilən pul islahatı uğurlu olub, ölkə iqtisadiyyatına mənfi təsir etməyib. Avropa Bankı onu "İlin ən yaxşı bank işçisi" tituluna layiq görüb.
1999-cu ildən böyük siyasətdə yolu başlayıb, Ukrayna hökumətinə rəhbərlik edib. Bu, Leonid Kçmanın ikinci dəfə prezident seçkisində qələbə qazanmasından sonraya təsadüf edib. Leonid Kçma liberal bazar iqtisadiyyatına keçid istiqamətində islahatların aparılması üçün Viktor Yuşşenkonu baş nazir təyin edib. Viktor Yuşşenko gözləntiləri doğruldub. Onun hökumətə başçılıq etdiyi dövrdə ilk dəfə Ümumi Daxili Məhsulda (ÜDM) artım qeydə alınıb.
Viktor Yuşşenko enerji bazarının biznesmenlərdən asılılığını aradan qaldırıb, büdcəyə mərkəzləşdirilmiş pul axınını təmin edib. Hökumətə başçılıq etdiyi ilk dövrdə o, enerji məsələlərini Yuliya Timoşenkoya, başqa sözlə, gələcəkdə "narıncı inqilab"da silahdaşı, son illər isə əsas rəqibi olan xanıma tapşırıb.
Viktor Yuşşenko ilə Leonid Kuçmanın münasibətlərində ilk çat 2000-ci ildə yaranıb. Baş nazir ölkəyə rəhbərlik edən insanların ünvanına tənqidlər səsləndirib. Baş nazirlə prezidentin mövqeyi həmin dövrdə jurnalist Georgi Qonqadzenin ölümündən sonra yaranmış siyasi böhran zamanı da üst-üstə düşməyib. "Kuçmasız Ukrayna" aksiyasının iştirakçıları prezidentin istefasını tələb edib, onu jurnalistin ölümündə günahlandırıblar. Viktor Yuşşenko uzun müddət bu tərəflərdən hər hansı birinə açıq dəstək verməyib. 2001-ci ilin başlanğıcında isə prezident və spikerin imzaladığı müraciəti o da imzalayıb. Həmin müraciətdə prezident əleyhinə aksiya keçirənlər sərt tənqid olunub. Ancaq o, bu məsələ ilə bağlı sonradan mövqeyini dəyişib.[2]
2004-cü ildəki prezident seçkilərində Ukraynanın prezidenti seçilmişdir. 23 yanvar 2005-ci il tarixindən prezident vəzifələrinin icrasına başlamış, 2010-cu il prezident seçkilərində məğlub olaraq hakimiyyəti Viktor Yanukoviçə təhvil vermişdir..
Zəhərlənmə
[redaktə | mənbəni redaktə et]Baş nazir postunu tərk edəndən sonra Viktor Yuşşenko "Bizim Ukrayna" blokuna başçılıq etməyə başlayıb. 2002-ci ildə bu blok parlament seçkilərində 25 faiz səs toplayıb və Ali Radada ən böyük fraksiya olub. 2004-cü ildə Viktor Yuşşenko prezident seçkilərində namizədliyini irəli sürüb. Onun əsas rəqibi həmin vaxt baş nazir postunu tutan, nüfuzlu Donetsk qruplaşmasının təmsilçisi sayılan, rusiyayönümlü siyasətçi kimi qəbul edilən Viktor Yanukoviç olub. Viktor Yuşşenko və tərəfdarları iddia edirlər ki, seçki kampaniyasının ən qızğın çağında rəqibləri onu dioksinlə zəhərləyiblər. Bir müddət o, mitinqlərdə iştirak edə bilməyib, xəstəxanada müalicə alıb. Kəskin ağrıları olub, bir neçə dəfə cərrahiyə əməliyyatı keçirib, üzü, dərisi tanınmaz dərəcədə dəyişib. Zəhərlənmə məsələsində şübhələr Rusiyaya yönəlib. Ancaq hələ də bu məsələnin üstü açılmayıb.
Prezident seçkilərinin ikinci turu keçirilib və ikinci turda əvvəlcə Viktor Yanukoviç qalib elan olunsa da, davamlı aksiyalar, Qərbin təzyiqi nəticəsində üçüncü tur keçirilib. Bu, Ukraynada "narıncı inqilab" dövrü sayılır. 2005-ci il 24 yanvarda Viktor Yuşşenko seçkilərin qalibi elan olunub və prezident kürsüsündə əyləşib. Ancaq prezident və "narıncı inqilab"da onunla bir cərgədə olan Yuliya Tmioşenkonun hakimiyyət məsələsində ulduzu barışmır. Yuliya Timoşenkonu baş nazir təyin edən Viktor Yuşşenko 2005-ci ilin payızında onu istefaya göndərir. Tərəflər bir-birini korrupsiyada ittiham edirlər.
Həmin ilin qışında Ukrayna və Rusiya arasında ilk böyük qaz mübahisəsi başlayır. Moskva Kiyevi Ukrayna üzərindən kəmərlərlə Qərb ölkələrinə ötürülən qazın bir qismini oğurlamaqda günahlandırır. Növbəti parlament seçkilərində Viktor Yuşşenkonun prezident seçkilərində əsas rəqibi olmuş Viktor Yanukoviçin sədri olduğu Regionlar Partiyası qalib gəlir. Uzun müzakirələrdən sonra Viktor Yanukoviç baş nazir olur. Viktor Yanukoviçin müstəqil addımlar atmağa, prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa çalışması yeni böhranın əsasını qoyur. Prezident parlamenti buraxır, yeni seçkilər keçirilir. "Narıncı koalisiya" yaradılır və Viktor Yuşşenko ilə Yuliya Timoşenkonun tərəfdarları bir araya gəlirlər. Baş nazir postu yenidən Yuliya Timoşenkoya tapşırılır.
Prezident seçkilərinin yaxınlaşması və iqtisadi böhranın dərinləşməsi ilə Viktor Yuşşenko ilə Yuliya Timoşenkonun münasibətləri daha da pisləşib, prezidentin də reytinqi Ukrayna cəmiyyətində aşağı düşüb. Bu səbəbdən də onun bu il keçiriləcək prezident seçkilərində şansı o qədər də yüksək sayılmır.[2]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 21. may 2008 — "Heydər Əliyev" ordeni[3]
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Viktor Yuşşenkonun bir sərəncamında (№ 161/2009) belə yazılmışdı: ""Ukrayna Prezidentinin 3 dekabr 2007-ci il № 292 sərəncamının ləğvi barədə" 6 mart 2009-cu il tarixli sərəncamı ləğv edilsin"[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Wiktor Juschtschenko // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 "Ukrayna prezidentliyinə namizədlər: kim kimdir?". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-06.
- ↑ "V. A. Yuşşenkonun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 may 2008-ci il tarixli, 2829 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 15 mart 2012 at the Wayback Machine (az.)
- ↑ http://www.president.gov.ua/ru/documents/9672.html Arxivləşdirilib 2014-12-26 at the Wayback Machine РАСПОРЯЖЕНИЕ ПРЕЗИДЕНТА УКРАИНЫ № 161/2009-рп
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi saytı
- Viktor Yuşenko Arxivləşdirilib 2008-09-05 at the Wayback Machine
- Tərcümeyi-halı