Vormsi — Vikipediya
Vormsi adası | |
---|---|
est. Vormsi isv. Ormsö | |
Ümumi məlumatlar | |
Sahəsi | 93 km² |
Uzunluğu |
|
Eni | 10,7 km |
Hündür nöqtəsi | 10 m |
Əhalisi | 416 nəfər (2013-cü il) |
Yerləşməsi | |
59°00′00″ şm. e. 23°13′00″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Akvatoriya | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Vormsi (est. Vormsi, isv. Ormsö) — sahəsinə görə Saaremaa, Hiyumaa və Muhu adalarından sonra Estoniyanın dördüncü böyük adasıdır. İnzibati cəhətdən Lyaenes qəzası ərazisinə daxildir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Ada Moonzund arxipelaqına daxildir. Baltik dənizinin şərqində qərrlaşır. Qərbində yerləşən Hiyumaa adasından 12 km enə malik olan Muhu boğazı ilə ayrılır. Sahəsi 93 km² təşkil edir. Ada əttsfında 30 yaxın kiçik adalar vardır. Onlarla birlikdə sahəsi 109 km²-dir. Ada dəniz dibinin 3000 il öncə səthə çıxması nəticəsində meydana gəlmişdir. Qərb və şərqi qayalıqdır. Yalnız Rumpo kəndində çimərlik mövcuddur.
Ada ərazisi əsasən düzənlikdən ibarətdir. Maksimal hündürlüyü 10 metrdir. Ada əsasən Əhən daşından təşkil olunmuşdur. Butada çınqıllı və qumlu ərazilər mövcuddur. Daxili toz ağacı meşələri, sahil əraziləri isə qamışlıqlarla örtülüdür.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ada haqqında ilk məlumat 1391-ci ilə aiddir. Demək olar ki, 19-cu əsr ərzində adada isveçli kolonistlər yaşamışdır[1]. Onların ümumi sayları 3000 nəfər təşkil etmişdir. İkinci Dünya müharibəsi dövründə isveçlilər İsveçə köçürülmüşdür. Ondan sonra ada əhalisi 330 nəfər olmuşdur. Adada yerləşən yaşayış məntəqələrinin böyük hissəsi İsveç adlarıdır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Ada əhalisin ilk sakinləri isveçlilər olmuşdur. Adanın əsas yaşayış məntəqəsi Hullodur. 2013-cü il məlumatına görə ada əhalisinin sayı 416 nəfərdir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Ada əhalisi əsasən Balıqçılıq və Balıqçılıq məhullarının istehsalı ilə məşğul olurlar. Üstəlik burada əkinçilik və maldarlıq mühüm sahələrdəndir. Ada ilə materik arasında gəmi nəqliyyatı fəaliyyət göstərir. Qış ayları isə dənizin donması ilə avtomobillər sərbəst şəkildə hər iki tərəfə irəliləyə bilirlər.
Təbiəti
[redaktə | mənbəni redaktə et]Burada 300-dən çox bitki bitki növü bitir. Adada üç sürünəm və üç suda quruda yaşayan növü vardır. Cəmi 25 növ məməlisi mövcuddur. Quşlara gəldikdə ada mühüm quş köç xəttinin üzərində yerləşir. Bu səbəbdən ada ərazisində 211 növ quşu müşahidə etmək olar.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Mayak -
-
Külək dəyirmanı -
-
Müşahidə qülləsi
İstindlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Vormsi adası". 2010-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.