Xırxatala — Vikipediya
Xırxatala | |
---|---|
40°57′56″ şm. e. 47°45′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 594 m |
Saat qurşağı | |
Xırxatala — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Xırxatala kəndi Həmzəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Cığatelli kəndi mərkəz olmaqla, Cığatelli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Oykonim yerli əhalinin dilindəki xırxa/xırxıra (çayın iki dağ arasından axıb düzənliyə çıxdığı yer) və tala komponentlərindən düzəlib, Qul çayının coğrafi mövqeyini bildirir.[2] Bir başqa vesiyaya görə xırxatala sözünün mənası: ərəbcə "xirqə" (qolsuz paltar, əba) və türkcə "tala" (meşənin içərisindəki açıqlıq) sözlərinin birləşməsindən yaranıb, "xirqəyə bənzəyən tala" anlamı verir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycanın qədim kəndlərindən biridir. Aparılmış tədqiqatlara görə kəndin təxminən 500 ildən artıq yaşı var. Bunu həm də kənddə müəyyən cərgə ilə əkilmiş, yaşı 500 ildən artıq olan şabalıd ağacları da təsdiq edir. Kənddə kəndin qurucularından olan 3 nəsil yaşayır: Alı nəsli, Məhəmmədyusifli nəsli, Molla Mətin nəsli.
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənd arxeoloji abidələlərlə zəngin olmasa da yazılı abidələri kifayət qədərdir (əsasən XIX əsrə aid).
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, rayon mərkəzindən qərbdə, Zarağan–Nic yolunun şimalında, Qul çayının sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. İqlimi əsasən mülayimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1482 nəfər əhali yaşayır.[3] Əsalisi azərbaycanlılardan ibarətdir.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhali əsasən maldarlıqla, əkinçiliklə məşğuldurlar. Sovet dönəmində baramaçılıq və tütünçülük də geniş inkişaf etmişdi. Kəndə fasiləsiz enerji verilir, elektron ATS-dən istifadə edilir.
Təhsil
[redaktə | mənbəni redaktə et]Xırxatala kəndində hələ 1840-cı illərdə Molla İsmayıl Molla Alışan oğlunun evində mədrəsə fəaliyyət göstərirdi. Ondan sonra bir sıra mollalar da öz evində dərs verib. Xırxatalada ilk məscid 1850-ci illərdən qabaq tikilib və onu Molla Abdulla əfəndi tikdirib, burada da şagirdlərə savad verilib. Azərbaycan Cümhuriyyəti dönəmində — 1919-cu ildə kəndin bəyi Mehralı bəy Şıxəli bəy oğlu öz evinin yanında (vəfat etmiş qardaşı Ağası bəyin torpağında) öz xərcinə yeni məscid tikdirib. Həmin ilin sonlrında Xırxatalada ilk dünyəvi ibtidai məktəb açılıb. Onun ilk müəllimləri Molla Çərkəz əfəndi və Molla Umud (Mehrəliyev) olublar.
Sovet dönəmində yeni məktəb 15 yanvar 1921-ci ildə açılıb. "Azərbaycan" İctima Şura Cümhuriyyəti Xalq Maarif Komissarlığı Nuxa Qəza Xalq Maarif Şöbəsinin 1-ci dərəcəli Xırxatala Şura Zəhmət Məktəbi" adlanan sovet məktəbinin ilk direktoru Umud müəllim idi. Bütün dərslər məscidin darısqal hücrəsində keçirilirdi. Umud müəllim 1 sentyabr 1932-ci ilədək həmin məktəbə müdirlik edib. 1940-ci ildə Bum Kənd Sovetinin sədri, xırxatalalı Misir Zöhrabovun köməyi ilə 4 illik məktəb 7 illiyə çevrilib və Mikayıl İbrahimov onun ilk direktoru təyin edilib.
Əhmədiyyə Məmmədovun 21 illik (1962-1983) direktorluğu dövründə 7 illik məktəb orta məktəbə çevrildi, məktəb üçün 2 mərtəbəli bina tikildi.
Bu gün Xırxatala kəndində 1 orta məktəb, uşaq bağçası vardır.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə bir mədəniyyət klubu, bir kitabxana vardır. Bundan başqa kənddə bir çox sakinlərdə tarixə aid bir nümunələr vardır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Xırxatala // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ədalət Tahirzadə. Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı. Bakı: Sabah, 1996.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qəbələ rayonu İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |