Çaxmaq (Amasiya) — Vikipediya
Kənd | |
Çaxmaq | |
---|---|
40°54′00″ şm. e. 43°42′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Amasiya rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Çaxmaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Çaxmaq rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər[3].
Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır[4].
1916-18-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər[5], 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür. 1988-1989-cu ilin qışında (noyabr-dekabr-yanvar aylarında) azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır. Toponim şahsevən türk tayfasına mənsub olan çaxmaq etrionimi[6][7] əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndim adı dəyişdirilib Kamxut qoyulmuşdur.
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Qafar Çaxmaqlı — Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20, 105
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20-21, 104-106
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20-21, 104-105
- ↑ Əhmədov T.M. Azərbaycan toponimikasının əsasları, Bakı, «Bakı Universiteti», 1991, s.192
- ↑ Əhmədov T.M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.87-88