Bozyoxuş — Vikipediya
Kənd | |
Bozyoxuş | |
---|---|
40°59′34″ şm. e. 43°56′20″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.045 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Bozyoxuş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «otsuz, çılpaq, meşəsiz»mənasında işlənən boz sözü ilə[5][6] «dik, dağa, təpəyə qalxan yol» mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1878-ci ildə Azərbaycan türklərindən ibarət əhali Türkiyəyə köçdükdən sonra[7][8] Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi.
Bozyoxuş dağı
[redaktə | mənbəni redaktə et]Bozyoxuş dağı İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonundadır.[9]
Bozyoxuş çay
[redaktə | mənbəni redaktə et]İrəvan quberniyasının Novobayazid qəzasında çay adı.[3][10] Türk dillərində bayz, baz «sıldırım qaya» və yoxuş sözlərindəndir.
Bozyoxuş aşırımı
[redaktə | mənbəni redaktə et]Bozyoxuş aşırımı İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonu ərazisində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[11]
Oronim türk dilində «otsuz, çılpaq» mənasında işlənən boz sözü ilə[6] «dik, dikə, təpəyə qalxan yol» mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ 1 2 İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ 1 2 Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.41
- ↑ Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.38-39
- ↑ 1 2 Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.87-88
- ↑ Bayramov A.Ə. Qədim Oğuz ellərinin – Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
- ↑ Шарафхан Бидлиси. Шараф-наме. Перевод, предисловие, примечания и приложения Е.И.Васильевой, т. II. V., 1976..
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 41