Çivinli — Vikipediya
Kənd | |
Çivinli | |
---|---|
41°05′21″ şm. e. 43°33′41″ ş. u.HGYO | |
Ölkə | |
Mərz | Şirak |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.125 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Çivinli (1991-ci ildən Yeğnacur) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]1915–1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir. 1988-ci ildə azərbaycanlı əhali yenidən deportasiya olunmuşdur.
Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etnonimi əsasında[4] formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür. Quruluşca sadə toponimdir.
19 aprel 1991-ci ildə kəndin adı dəyişdirilib "Yeğnacur" qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin sakinləri azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar olmuşdur[5].
Kənddə 1905-ci ildə 270 nəfər, 1914-cü ildə 350 nəfər azərbaycanlı yaşamışdır[6].
1915-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildən sonra, indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişdir. 1922-ci ildə kənddə 234 nəfər, 1926-cı ildə 294 nəfər, 1931-ci ildə 324 nəfər[7], 1987-ci üdə 534 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar Ermənistan hökuməti tərəfindən qovulmuşdur. İndi kənddə ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно-Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.284
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.62–63
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.104–105
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105